Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə56/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   52   53   54   55   56   57   58   59   ...   410
AliMuhemmedin sirleri

biz müşrik deyildik!”
1
, “Onlar sizə and içdikləri kimi, Allaha da and içəcək 
və bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!”
2
Süleym dedi: “Ey Möminlərin  Əmiri! Sizi imam bilməyən, lakin 
düşmənçilik etməyən, sizin düşmənçiliyi öz əqidəsinə çevirməyən, təəssüb 
çəkməyən, həmçinin sizin vilayətinizi qəbul etməyən və düşmənlərinizdən də 
uzaqlaşmayan şəxs haqqında rəyiniz nədir? O, bunları (imamətinizin haqq ol-
masını) bilmədiyini söyləyir və bu da həqiqətdir”.
İmam Əli (ə) buyurdu: “Onlar yetmiş üç fi rqəyə daxil deyillər. Peyğəmbər 
(s) yalnız haqq olduqlarını iddia edərək özlərini tanıtmış və camaatı öz dinlərinə 
dəvət edən yetmiş üç fi rqəni nəzərdə tutmuşdur. Onlardan yalnız biri Rəhmanın 
dini üzərində, yetmiş ikisi isə Şeytanın dinindədir. Onu qəbul edənləri dost tutar 
və düşmənçilik edənlərdən uzaqlaşarlar.
Amma Allahı yeganə bilən və Peyğəmbərinə (s) iman gətirən, amma bizim 
vilayətimizi və düşmənlərimizin zəlalətini bilməyən, bizə qarşı düşmənçiliyi 
olmayan, bir şeyi halal, ya da haram etməyən, bilmədiyi halda barəsində ixtilaf 
olmayan Allah hökmlərinə əsaslanan şəxs nicat tapar.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin