Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə390/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   386   387   388   389   390   391   392   393   ...   410
AliMuhemmedin sirleri

2. Nifaqın dayaqları
Əli (ə) buyurdu: “Nifaq dörd dayaq üzərindədir: həvaye-nəfsə itaət
asudəlik, qəzəb və tamah.
Həvaye-nəfs əhli
Nəfsin istəklərinə tabe olmaq dörd qisimdir: ədalətsizlik, ədavət, şəhvət və 
zülm.
Kim haqsızlıq etsə, nöqsanları artar, tərk edilər və yardım görməz. Ədavət 
bəsləyən şəxsin pisliyindən aman olmaz, ürəyi sağalmaz və şəhvətlərdən özünü 
saxlaya bilməz. Kim şəhvətlərə görə özünü danlamasa, pisliklərə meyl edər. 
Kim zülm etsə, höccətsiz və bildiyi halda azar.
Asudəlik əhli
Asudəlik əhli dörd qisimdir: qürurlanmaq, arzu, heybət (və ya qorxu) və 
təxirə salmaq.
1
 “Nəcm” surəsi, ayə 55.


Ali-Muhəmmədin sirləri
291
Heybət haqdan uzaqlaşdırar. Təxirə etmək ölüm anına qədər işlərini geri 
salar.  Əgər arzu olmasaydı insan özünə aid hesabını bilərdi,  əgər hesabını 
bilsəydi üzüntü və qorxudan qəfl ətən ölərdi. Qürurlanmaq isə insanı əməlində 
qüsurlu edər.
Qəzəb
Qəzəb əhli dörd qisimdir: təkəbbür, fəxr etmək, dikbaşlıq və təəssüb.
Kim təkəbbür etsə haqqa arxa çevirər, kim fəxr etsə günah edər, kim dikbaş 
olsa günahlarda israr edər, kim təəssübə qapılsa, zülm edər. Sirat üzərində haq-
qa arxa çevirmək, günah işləmək, günahda israr etmək və zülm arasında olan 
işlər nəcə də pis işlərdir!
Tamah əhli
Tamah əhli dörd qisimdir: Fərəh, sevinc, inad və çoxluqla öyünmək.
Fərəhlənmək Allah yanında bəyənilməyən əməldir. Sevinc özünü bəyən-
mək dir.  İnadkarlıq - günah yükünü daşımağa məcbur qalan kəs üçün bəladır. 
Çoxluqla öyünmək əyləncə, oyun, boş məşğuliyyət və yaxşını pisə çevirməkdir.
Bunlar nifaq, nifaqın dayaqları və nifaq əhlidir.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin