«Saat səkkizdə»
Rəhmətlik Şeyx Əsədullah İsmaili nəql edirdi:
İmam Xomeyninin “Təhrirül-vəsilə” kitabının bir-neçə cildini Nəcəfdən poçtla mənim adıma göndərmişdilər. Qumun poçt idarəsi kitabları saxlatdırır və mənim özümü də təhlükəsizlik idarəsinə çağırırlar. Orada məni bir neçə saat sorğu-suala çəkib işkəncə verirlər. Məğrib namazının vaxtı çatanda sorğu-sualdan əl çəkib məni boşlayırlar. Fürsətdən istifadə edib dəstamaz aldım ki, namaza başlayım, gözlənilmədən təhlükəsizlik idarəsinin müavini tərəfindən məni çağırıb, bir daha İmam Xomeyninin kitablarının mənim adıma poçt edilməyəcəyi haqda dilimdən izahat alıb azad etdilər.
Kitab dükanına çatanda gördüm cənab Qazi Təbatəbai (Ayətullah seyyid Hüseyn) qardaşım Cəmşidlə bir yerdə dükanda əyləşiblər. Gözləri mənə sataşar-sataşmaz hər ikisi gülməyə başladı. Qardaşım saatına baxıb dedi:
Saat səkkizdir. Mən məsələnin nə yerdə olduğunu soruşdum. Qardaşım dedi:
Cənab Qazi məni qəm dəryasına batan halda görüb fikrə dalmağımın səbəbini soruşdu. Dedim, qardaşımı təhlükəsizlik orqanının məmurları apardı, nə olacağını bilmirəm. Cənab Qazi bir müddət fikrə gedib, sonra başını qaldırıb dedi:
Qardaşını hansı saatda yanında görmək istəyirsən? Ərz etdim, səkkizdən o tərəfə olmasın. Sən gələndə saata baxdım, gördüm düz səkkizdir. Ona görə də hər ikimiz sevincdən güldük.1
Dostları ilə paylaş: |