Bəxtiyar Tuncay
II QAZİ GƏRAY XANIN DÖVRÜMÜZƏDƏK YETİŞƏN YARLIQLARI
Tarixi mənbələrdə adı bəzən Bora Ğazı Geray (كراى غازى بورا), bəzən də “Gəray Ğazi (غازى كراى) II Qazi Gəray Xan (1551-1607) iki dəfə (1588-1596 və 1596-1607) Uluq Ordanın (Turanın) uluq xanı olub. Bu iki xanlıq dövrü arasında Uluq Orda dövlətinə I Dövlət Gəray Xanın oğlu I Fətih Gəray Xan başçılıq edib.
Qazı Gəray gənc yaşlarından atası I Dövlət Gəray Xanın hərbi yürüşlərində, o cümlədən Həştərxan səfərində iştirak edib. 1578-ci ildə qardaşları Adil Gəray və Şakay Mübarək Gərayla birlikdə Azərbaycana – qızılbaşlara qarşı yürüşdə iştirak edən Qazi Gəray həmin ilin noyabrında Şirvanın Ağsu nayihəsində baş verən döyüşlərində iştirakçısı olub. Həmin döyüş Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi və onun kalğa (vəliəhd) olan qardaşı Adil Gəray qızılbaşlara əsir düşdü və bir il sonra edam edildi.
Növbəti il, yəni 1579-cu ildə Uluq Orda və Osmanlı qoşunları ilə Azərbaycan qoşunları arasında savaş Dağıstan və Şirvan ərazilərində baş verdi. Osmanlı və tatarlar Bakıya qədər irəliləyərək qızılbaş qoşunlarını məğlubiyyətə uğratdılar. Qazi Gəray bu döyüşdən sonra iki min tatar süvarisini Osmanlıların əmrinə verərək özü Kırıma dönmüş, bir qədər sonra isə yenidən geri qayıdaraq Çirvan torpaqlarının hakimi olmuşdur.
1581-ci ildə, qızılbaşlara qarşı növbəti yürüş zamanı Qazi Gəray əsir düşdü və Azərbaycan sərkərdəsi Həmzə Mirzənin əmri ilə Ələmut zindanında həbs edildi. Qızılbaşlar ona Azərbaycan şahının tərəfinə keçməyi, şahın qızı ilə evlənərək Şirvan hakimi vəsifəsində qalmağı və Osmanlılara qarşı savaşmağı təklif etsələr də, İslam xəlifəsinə qarşı çıxmayacağını bildirərək qəti etiraz etdi, nəticədə həyatının 7 ilini məhbəsdə keçirməli oldu.
Uluq Ordanın (Turanın) Xan şəhəri Bağçasaray
1587-ci ildə zindan gözətçilərindən ikisini ələ almağı bacaran Qazi Gəray Ələmutdan qaçmağı və gizli yollarla Ərzuruma gəlməyi bacardı və yenidən qızılbaşlara qarşı savaşlara qatıldı. Daha sonra İstanbula gələn Qazi Gəray burada Osmanlı sultanı və İslam xəlifəsi III Murad tərəfindən böyük hörmət və ehtiramla qarşılandı. Xəlifə ona Uluq Ordanın (Turanın) xanı olmaqda yardım edəcəyinə söz verdi. Elə həmin ilin baharında Qazi Gərayın Kırımda xanlıq taxtında oturan qardaşı II İslam Gəray Xanın ölüm xəbəri gəldi. Sultan-xəlifə onu Uluq Ordanın yeni xanı kimi təsdiqləyərək bir neçə gəmi ilə Kırıma yola saldı. Apreldə Kırımın Balıqlava (Balaklava) liman şəhərinə xan qismində enən II Qazi Gəray Xan qardaşlarından kalğa (vəliəhd) Alp Gərayın xəyanəti ilə üzləşdi. Alp Gəray özünü xan elan edərək Akkermanda qoşun toplayaraq yeni xana qarşı çıxdı. Lakin bu, II Qazi Gəray Xana aprelin 27-də paytaxt Bağçasaraya daxil olaraq xanlıq taxtına oturmağa mane ola bilmədi. Yeni xanın hər kəs tərəfindən müdafiə edildiyini görən Alp Gəray istanbula qaçmaq məcburiyyətində qaldı, Alp Gəraya dəstək verən digər qardaşı nurəddin (vəliəhd əvəzi) Şakay Mübarək Gəray İsə Çərkəzə qaçaraq mərkəzi hakimiyyətə qarşı çıxan çərkəzlərə sığındı (Гази-Гирей, 1890-1907).
II Qazi Gəray Xan hakimiyyətə gələr-gəlməz, öz qardaşı oğlanları, Həştərxanda yaşayan Murada və Səfa Gəraya çaparlar göndərərək, onları Kırıma dəvət etdi. 1588-ci ilin iyununda Səfa Gəray və Mənsur mirzələrindən (bəyzadələrindən) Arslan Mirzə onminlik noqay qoşunu ilə birlikdə Kırıma gəldilər. Səfa Gərayın anası ilə evlənən xan onu öz oğlu və nurəddini (ikinci vəliəhd) elan etdi. Kalğalığa (birinci vəliəhd) isə öz kiçik qardaşı Salamat Gərayı təyin etdi. Lakin yeni kalğa, Səfa Gərayın ondan atası Mühəmməd Gərayın qisasını ala biləcəyindən ehtiyatlanaraq, Kəfəyə qaçdı. II Qazi Gəray Xan Kəfə paşasından Salamat Gərayı geri qaytarmasını tələb etsə də, paşa onu İstanbula göndərdi. Belə olan halda xan onun əvəzinə digər qardaşı Fətih Gərayı kalğa etdi.
Hakimiyətə gələr-gəlməz, II Qazi Gəray Xan tərəfindən həyata keçirilən əsas məsələlərin başında ölkədəki qarşıdurmaların qarşısına alınması gəlməkdəydi. Bu səbəbdən də xan ilk növbədə düşmənçilik edən bəy ailələrini barışdırmaq lazım idi. Buna böyük ölçüdə nail olundu.
Polşa kralı III Siqizmund
1589-cu ilin sentyabrında II Gəray Xan Polşa-Litva ittifaqının, yəni Reç Pospolitanın cənub torpaqlarına yürüş gerçəkləşdirdi. Tatarlar Dnepr sahillərində yollarını kəsməyə çalışan Zaporojye kazaklarını darmadağın edib, çayın o biri sahilənə keçdilər. Lvov və Tarnopoldan çox sayda əsir və qənimət ələ keçirib geri döndülər.
Xan yürüşdə ikən qardaşlarından Şakay Mübarək Gəray Çərkəzdən Kırıma hərəkət edərək, paytaxtı ələ keçirərək II Qazi Gəray Xanı devirməyə cəhd etsə də, geri oturduldu.
Uluq Orda dövləti Reç Pospolita ilə müharibə apardığı dövrdə İsveç ilə yazışmalar aparılır, Moskva ilə də xoş münasibətlər davam etdirilirdi. Lakin 1591-ci ildə II Qazi Gəray Xan nqay mirzələrindən Qazi ilə birlikdə Moskva ərazisinə hücuma keçdi. Hərbi yürüşdə kalğa Fətih Gəray və nurəddin Səfa Gəray da iştirak edirdilər. Tatarlar həmin ilin iyul ayının 3-də Kaşira və Serpuxov arasında Oka çayını keçərək, paytaxt Moskvaya istiqamət götürdülər. Yolda qarşılarını kəsmək istəyən moskvit, kazak və rus qoşunlarını çətinlik çəkmədən darmadağın edib irəlilədilər. İyulun 4-də tatar qoşunları Moskvanın həndəvərinə yetişdilər. Lakin bu dəfə nəinki şəhəri ələ almaq mümkün olmadı, hətta tatarlar müəyyən qədər itkilər də verdilər. Döyüşlərdə xanzadələr Səfa Gəray və Baxtı Gəray yaralandılar. Avqustun 2-də II Qazi Gəray Xan çox sayda əsir və qənimətlərlə Baxçasaraya geri döndü.
Növbəti il kalğa Fətih Gəray və nurəddin Baxtı Gərayın başçılığı ilə Moskva Ulusunun cənub torpaqlarına növbəti yürüş düzənləndi. Ryazan, Tula,Kaşirsk, Venevsk və s. ərazilərdən çox sayda əsir və qənimət əldə edildi. Moskva bəylərbəyi (çarı) Fyodor İvanoviç Uluq Ordaya göndərilən illik xərac və hədiyyələri bərpa etməyə, eləcə də xanın tələb etdiyi 10 000 som məbləğində axçanı göndərməyə məcbur oldu və əvəzində II Qazi Xan yürüşləri dayandırmağa boyun oldu (1594). Moskvanın ram olması xana müstəqilliyə can atan və xərac göndərməkdən yayınan Bessarabiya (Moldova), Valaxiya və Macarıstan üzərinə yürüşlər təşkil etmək imkanı verdi.
1594-cü ilin yayında Osmanlı və Uluq Ordanın Macarıstan üzərinə böyük hərbi səfəri həyata keçirildi. Bu yürüşdə Osmanlı ordusundan başqaŞ 80 min tatar-noqay qoşunu da iştirak edirdi. Sonradan Osmanlılar və Uluq Ordalılar ayrıldılar və fərqli istiqamətlərdə irəliləməyə başladılar. Tatarlar Tata və Komorn qalalarını ələ keçirdilər. Döyüş zamanı Osmanlı vəziri Sinan Paşa ilə II Qazi Gəray Xan arasında mübahisə yarandı. Belə olan halda xan Osmanlılara yardım üçün 10 min noqay əsgəri verib, özü qoşunu ilə geri dönməli oldu. Yol üstü Valaxiya və Bessarabiyadakı üsyanları yatırdı. Baxtı Gərayın oğlu, xanzadə Adil Gəray Bessarabiyanın hakimi təyin edildi. Valxiya üsyanını yatırarkən II Qazi Gəray Xan güllə yarası aldı və Baxçasaraya dönmək məcburiyyətində qaldı.
1595-ci II Qazi Gəray Xana yenidən Bessarabiya üzərinə yürüş təşkil etdi. Buna səbəb Polşa kralı III Siqizmund Vazanın həmin ölkəyə ordu göndərərək, uluq bəy (knyaz) Aron Tiranı devirərək, onun əvəzinə taxta İeremiya Moqilanı oturtması idi. Həmin ilin 19-20 oktyabrında tatar qoşunları Bessarabiyadakı Polşa qoşunlarını darmadağın etdilər. II Qazi Xan Polşalıları Bessarabiyanı tərk etməyə məcbur etdi, lakin illik xəracın ödənilməsi müqabilində İeremiya Moqilaya toxunmadı.
1596-cı ildə osmanlıların Macarıstan üzərinə növbəti yürüşü gerçəkləşdi. Bu yürüşdə II Qazi Gəray Xanın başçılıq etdiyi Uluq Orda (Turan) qoşunları da iştirak edirdi. Valaxiyada yeni bir üsyanla üzləşən xan ordunun bir qismini Fətih Gərayın başçılığı ilə Macarıstana göndərdi, özü isə üsyanı yatırtmaq üçün Valaxiyada qaldı.
Kalğa Fətih Gəray 20 minlik tatar ordusunun başında Macarıstana gəldi və Osmanlı ordusu ilə birləşdi. O, Eger qalasının alınmasında və döyüşə qarşı tərəfdən qatılan Avstriya ordusunun darmadağın edilməsində böyük rol oynadı. Onun bu qəhrəmanlıq və şücaəti Osmanlı ordusuna başçılıq edən vəzir Sinan Paşanın gözündən qaçmadı. Elə bu da onun sonradan Kırım taxtında II Qazi Gərayı kalğa Fətih Gərayla dəyişmək lazım olduğu fikrini sultsn və xəlifə III Murada təlqin etməsinə səbəb oldu.
II Qazi Gəray Xan Valaxiyadan Kırıma dönəndən sonra İslam xəlifəsinin taxt-tacı kalğa Fətih Gəraya təhvil vermək barədə fərmanını aldı. Beləcə, Fətih Gəray Uluq Ordanın yeni xanı oldu. Lakin onun hakimiyyəti bir neçə ay çəkdi. İstanbulda vəfat edən Sinan Paşanın yerini tutan yeni vəzir Damad İbrahim Paşa, xəlifəni verdiyi qərarın səhv olduğuna və II Qazi Gərayı yenidən taxta oturtmağın vacibliyinə inandıra bildi və Qazi Gəray Xanın ikinci hakimiyyət dövrü başladı.
1597-ci ilin yayında xanın Dnepr sahillərində olmasından istifadə edən Fətih Gəray Baxçasaraya hücum edib, paytaxtı ələ keçirmək istədi, lakin buna nail ola bilmədi. Bu xəbəri eşidən II Qazi Gəray Xan Kırıma döndü və Fətih Gəray Kəfəyə qaçmağa məcbur oldu. Sonradan peşiman olub, üzrxahlıq etmək üçün Baxçasaraya gəldi. Lakin xan onu bağışlamadı və edam etdirdi. Onun bütün tərəfdarları, o cümlədən Baxtı Gəray qətlə yetirildilər.
II Qazi Gəray Xan qardaşı Salamat Gərayı vəliəhd (kalğa) elan etdi. Lakin o da xəyanət edərək, osmanlı torpaqlarına qaçdı. Xan tərəfindən nurəddin (vəliəhd əvəzi) təyin edilən Dövlət Gəray isə edam edildi. Salamat Gərayın İstanbula qaçmasından sonra Toxtamış Gəray kalğa, Səfər Gəray isə nurəddin oldular.
1598-ci ilin yayında II Qazi Gəray Xana macarıstana ikinci səfərini gerçəkləşdirdi. Uluq Orda ordusu ilə Osmanlı ordusu birləşərək, Transilvaniyadakı Varad qalasını ələ keçirdi. 1599-cu ilin payızında xan səfərdən Kırıma döndü.
1601-ci ilin iyununda nurəddin Dövlət Gəray və Şirin bəylərindən Qutlu Gəray xana qarşı sui-qəsd cəhdi təşkil etdilər, fəqət uğur qazana bilmədilər. Onlar xanın əmri ilə Qurban bayramı günü güllələndilər. Üsyanda iştirak edən kalğa Salamat Gəray və xanın kiçik qardaşı Kırımdan Akkermana, oradan da Osmanlı torpaqlarına qaçdılar.
1602-ci ilin payızında II Qazi Gəray Xan Macarıstana üçüncü səfərinə çıxdı. Qışı Peç adlı macar şəhərində keçirdi. 1603-cü ilin baharında yeni döyüşlərdə iştirak etdi. Elə həmin il o, ölkəsinin müdafiə qüdrətini möhkəmləndirmək üçün Polşa kralı III Siqizmunda müraciət edərək, ondan yeni qalaların tikilməsi və onların toplarla təmin edilməsi barədə kömək istədi.
1607-ci ildə xan Çərkəz sərhədlərində, Kuban çayının yuxarı axarında tikdirdiyi yeni qalasına gələrək bütün qızı orada keçirtdi, Kabarda, Qumuq və Dağıstan bəyləri hüzuruna gəlib, ona sadiq olacaqları barədə Qurana and içdilər. Elə həmin il II Qazi Gəray Xan vəfat etdi və Baxçasarayda dəfn edildi. O, yaddaşlarda təkcə böyük xan kimi deyil, həm də gözəl bir bəstəkar, şair, qəzəlxan və məsnəvi ustası kimi qaldı. Xalq onu çoşğun xarakterinə görə uzun müddət “Bora” (tufan) ləqəbi ilə xatirələrdə yaşatdı (Гайворонский O., 2007, s. 311-349), ona dastanlar qoşdu.
Ə. Sədrəddinin yazır ki, II Qazi Gəray Xanın sənətkar yönünün ən öndə gələn tərəfi klassik Türk musiqisi sahəsindəki əsərlərində görülür. “Birçok enstrümanı kullanabilen usta bir sazende ve döneminin en güçlü bestekârlarından biri olarak gösterilir Giray Han. Kendisinin bestelediği peşrev ve saz semailerinden altmış iki tanesi günümüze ulaşabilmiş. Bunun yanı sıra el yazması güfte mecmualarında kendisine ait olduğu tahmin edilen “Tatar” isimli birçok güfteye rastlanır fakat bunların besteleri günümüze ulaşmamış.
Bendenizin döne döne dinlediği II. Gazi Giray Han bestelerinden biri, hüseyni peşrevi, diğeri ise nihavend peşrevi. Hüseyni peşrevi, Cenab-ı Hüseyin Efendimiz Hazretlerine götüren, ince yanık bir hüznü taşıyor. Nihavend peşrevi ise Bağdad'ın, manevi ikliminde gezintiye çıkaran bir meltem.
Musikiden sonra II. Gazi Giray Han'ın sanatçı yönü şairliği ile ön plana çıkar. Şiirlerinden “Gazayi” veya “Han Gazi” mahlaslarını kullanan II. Giray Han, Farsça, Arapça, Kırım ve Osmanlı Türkçeleri ise manzum eserler vermiş.
Divan edebiyatının nazım şekilleriyle kaleme aldığı şiirlerinde, özellikle mertlik ve kahramanlık hislerini terennüm eden manzumeleri ile Türk edebiyatında belli başlı hamasi şairler arasında anılır. II. Gazi Giray'ın düşündüklerini çekinmeden söyleyen, haksızlık ve yolsuzluklara tahammül edemeyen mizacı dolayısıyla hicviyeler de yazmış.
Kırım hanları hakkında malumatlar barındıran Halim Giray'ın “Gülbün-i Hanan” adlı eserinde II. Gazi Giray Han'ın bir divan tertip ettiğinden bahsedilir fakat bugüne ulaşabilmiş değildir. İsmail Hikmet Ertaylan, "Gazi Geray Han, Hayatı ve Eserleri" kitabında kendisinin 42 gazelini yayınlamış. Bir “divançe” olarak anılabilecek olan eserde gazellerin yanı sıra Yunus Emre'nin "Dolap niçin inilersin" ilahisini andıran, "Yol üstünde yoluktum bir dolaba/Dedim niçin sürersin yüz bu aba" beytiyle başlayan kırk bir beyitlik bir manzumesi de bulunmaktadır.
II. Gazi Giray Han'ın eserlerinden bir diğeri de “Gül ü Bülbül” mesnevisi. Bülbülün güle olan muhabbeti yüzünden çektiği ızdırabı klasik aşk mesnevisi niteliğinde ele alan bir manzume olarak dikkat çeker. Mesnevinin bazı kısımlarında bülbüle ağzından lirik gazeller söyleten II. Gazi Giray Han, bu eserini Çağatay Türkçesi ile Peçuy'da bulunduğu 1602 kışında tamamlar.
İsmail Hikmet Ertaylan, II. Gazi Giray Han hakkında yayınladığı kitapta bu eser hakkında bazı bilgiler verir. Bu malumatlara göre, “Gül ü Bülbül”ün bir nüshasının Rusya'da Leningrad Kütüphanesi'nde, Fuzulî'nin “Leyla vü Mecnun”unu ihtiva eden yazmanın içinde bulunduğunu söyler. II. Gazi Giray'ın bir diğer eseri de, yine Peçuy'da iken kaleme aldığı kahve ile şarap arasındageçen münazarayıkonu alan bir manzume olan, “Kahve ile Bade”dir. Eserin nüshalarına şimdiye kadar ulaşılamamış.
Bütün bu eserlerin yanı sıra kaynaklarda II. Gazi Giray Han'ın ayrıca usta bir münşî olduğu belirtilir. Kırım hanı sıfatıyla Osmanlı payitahtına, vezirlere, devlet adamlarına, Hoca Sadeddin Efendi ve Hüseyin Kefevî gibi ulemaya gönderdiği manzum ve mensur mektupları inşa mecmualarında yer alır. Bu iki âlime yazdığı dört mektup, Hoca Sadeddin Efendi'nin “Mekatib-i Sultani” adıyla tertip ettiği bir mecmuadan alındığı kaydıyla Abdullahoğlu Hasan tarafındanyayınlanmış.
Bütün bu güzel hasletlere sahip olan II. Gazi Giray Han, Namık Kemal'in “Cezmi” isimli romanının ikinci derecedeki kahramanları arasında zikredilir. Kendisinin hüseyni peşrevi ile yazmaya başladığım yazıyı, yine aynı eserinin nağmeleri kulağımda, kendisine “hazret” demek iştiyakı içimde olduğu halde, ruhunun mele-i alada ferahnâk buyrulması duasıyla bitiriyorum” (Ahmed Sadreddin, 2017).
Əsərlərini “Qəzayi” ləqəbi ilə qələmə alan II Qazi Gəray Xan əsərlərinin böyük bir qismini Azərbaycan türkcəsində yazmışdır. Onun İmadəddin Nəsimidən ilhamlanaraq qələmə aldığı və qızı Xanzaləyə həsr etdiyi aşağıdakı qəzəli deyilənlərə ən gözəl misaldır:
Həbibim, munisim yarim, dərdə dərmanım,
Ənisim, yar-i dilxahım, lətifim, məhrəmim canım.
Güləndamım, dilaramım, vəfadarım, havadarım,
Özi şahım, yüzi mahım, boyı sərv-i gülistanım.
Pəripeykər, ləbi şəkkər, sözi gövhər, özi huştər,
Kaşı ya kirpiki xənçər sühanvər ləli mərcanım.
Yüzi gül, saçı reyhanım, ləbi mül, çeşmi hünxarım
Ki, sənsən hasılım, varım, mühəssəl dinim, imanım.
Könül inlər, gözim ağlar, yaşım çağlar firaqında,
Tərəhhüm eylə ey şahım, təkəllüm eylə, ey xanım.
Çıxıb seyrə süvar olmuş yolunda tən gübar olmuş,
Niçələr haqsar olmış kəzər nazilə cananım.
Közim yaşın dökər hər dəm çəkər zəhminə, yox mərhəm,
Qəzayi qanı bir məhrəm diyəm hal-i pərişanım (Oleg Rustemov, 2017, s. 359).
II Qazi Gəray Xandan dövrümüzədək üç yarlıq yetişmişdir. Onlardan birincisi onun Borisə göndərdiyi 1590-cı il tarixli yarlıqdır. Həmin yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 3” şifrəsi altında qeydə alınmışdır.
Yarlığın qısa məzmunu belədir:
Xanın adamı Əhməd ağadan alınan və Cahanşah Mirzənin inanılmış adamı Pirəli tərəfindən Moskvaya aparılan albavut haqqının xəzinədən götürülərək geri qaytarılmasının xahiş edilməsi. Məbləğin İsay bəyə ötürülməsi üçün Cahanşah Mirzə ilə xanın adamı İsay bəyin üzləşdirilməsi istəyinin ifadə edilməsi.
Yarlığın orijinal mətni belədir:
Ğazi Gəray Xan.
Sözüm.
Yaxşı dostumız Barisgə əs-səlam ali min ətba əl-Xuday elam yarlığ-i şərif mühəbbət oldur kim, bundın burun Cihanşah Mirzə anda Məsqvağa barğan çağında Cihanşah Mirzəniñ Pirəli inamlı kişisi bunda xassa qulumız Əhməd ağadın bir culuvlı albavut kişisin alub, Məsqvağa alub ketmiş. Ol culuvlı albavutnıñ culuv bahası xassa qulumız Əhməd ağağa virilməy qalmış. İmdi sən Barisdın köb tilək qılamız kim albavutnıñ culuv bahası uluğ biy xəzinəsindəmi qalmışdur, yoqsa Cihanşah Mirzəmi almışdır, çıqışdırub xəzinədə qalmış bolsa, xəzinədin culuv bahasın çıqarub qulumız İsay bəgə virüb yibərgəysiz. Əgər Cihanşah Mirzəgə virilüb almış bolursa, qulum İsay biyni Cihanşah Mirzə ilə közləşdürüb və cıqışdırub Cihanşah Mirzədın alub berüb bu tarafğa yibərgəysiz. Qulumız İsay biygə Cihanşah Mirzəni közləşdürüb albavut bahasın alub bergəysiz teyüz, yarlığ-i şərif bitildi fi şehri Zilqədə, sənə 998.
Dər Bağçasaray.
Xan Ğazi Gəray bin Dövlət Gəray Xan (Документы Крымского Ханства.., 2017, s. 20-21).
II Qazi Gəray Xandan dövrümüzədək yetişmiş yarlıqlardan ikincisi Polşa kralı Siqizmunda göndərdiyi 1592-ci il tarixli yarlıqdır. Həmin yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 4” şifrəsi altında qeydə alınmışdır.
Yarlığın qısa məzmunu:
Hacı Gəray zamanında Polşa ilə xoş münasibətlər, sülh və qarşılıqlı ticarət. Kral Avqustun ölümündən sonra Polşada 12 il hakimiyyətsizlik. Dnepr sahillərində tatarlara məxsus mal-qara və at ilxılarının qaçırılması. Macar Stefan kral olur. Cankerman, Akkerman və Bəndər qalaları ətrafında kazakların tacirlərə və mal-qara sahiblərinə vurduqları ziyan və bunun Dövlət Gəray Xan zamanından Polşa ilə düşmənçiliyə səbəb olması. Polşa kralı Siqizmund tərəfindən xəzinə (bac-xərac) və hədiyyələrin elçi Baranovski vasitəsilə xana göndərilməsi. Xəzinəni alınması, Polşa ilə Uluq Orda (Turan) arasında sülhün bərqərar olması və kralı əmri ilə kazakların Dnepr sahillərindən geri çəkilmələri. İllik xəzinəni, kalğa Fətih Gəraya və daha on iki nəfərə hədiyyələrin göndərilməsi. Xanın krala Beş Baş kazaklarının Polşa torpaqlarına hücumlarını önləyəcəyi barədə vədi. Polşaya danışılmış şərtlər əsasında duz almağa icazə verilməsi. Moskvaya yürüş edəcəkləri halda polyaklara hərbi və mali dəstək veriləcəyi barədə vəd. Xanın kraldan onun elçilərini iki aydan artıq yubatmamaq, illik xəzinə və hədiyyələrin vaxtında göndərilməsi barədə xahişi. Osmanlı torpaqlarına və təəbələrinə ziyan vurmamaq barədə xanın tələbi.
Yarlığın orijinal mətni belədir:
Bil-qüvvətül-Xudayyə vəl-mücizat əl-Mühəmmədiyyə.
Uluğ Ordu Uluğ Xanı
Ğazi Gəray.
Sözüm.
Bismillahirrahmanirrahim.
La ilahə illəllah, Mühəmmədün rəsulullah
Allah və Xuday İzim ve İzid və Oğan Tañrı Təala həzrətləriniñ vəhdaniyəti və əzəməti birlə başlansun oñ qolnıñ və sol qolnıñ Uluğ Ulusnıñ tümən bilgən miñ yüz on bilgən oğlanlarınga və mirzələrıngə və Rus və Burus knəzləringə ve aq başlı və qara tonlarınğa meşçanlarınğa və barça uluğ keñəş panlarıña və içki və tışqarılarıña və köblik qara ilgə, barça tüzəncə bilgənləriñə.
Besa min ki, sansız və köblik Dəşt-i Qıpçaqnıñ uluğ padişahı Ğazi Gəray Xan, min Haq Sübhanə və Təalaniñ ulüvv inayətləri şan-i şerifimüzgə müqarın və müavin bolub, uluğ atalarımıznıñ urunlarıña Təxt-i Xaqaniğa cülus mısr və nəsib boldı irsə, işbu yarlığ-i şərif xaqanimiz birlən bəyan və aşkarə qılarmız kim, əvaildən uluğ atamız ve ucmaqlıq Hacı Gəray Xan və öngâ həvaqinul-ezam və səlatinül-kiram, rəhmətallahu aleyhim ecmain zamanlarında Vilzyət-i İleh məmləkəti qıralları olan Qazimir qıral və Zigmut qıral və Axust qıral və sair qırallar çağlarında biri-birisi birlən dost-mühəbbət və barış və yarış bolub, iki curt arasında öksüz oğul ve tul xatun və yərli-yirincə başlarıña altun tac urub yürür bolsalar və islamçi tacir və bəzirgən varub-kilür bolsalar, zərər və ziyan körməy emin varub, aman kilür irdilər. Amma Axust qıral fövt olduqda İleh məmləkətigə qıral bolur oğul qalmay, İleh məmləkəti on eki yıl qıralsız bolub. Məmləkət içində olan hırsuz və haramiləri İleh məmləkətiniñ vayvodaları və panları və kerman bəgləri tirkəməy və zəbt qılmay, zahirə-azuq virüb, gəmi virüb, Özü Suyuna kilür. Tataruñ tavarcısın alub və tavar və yılqısın sürüb. Soñ Macar qıralları uruğındın Eştefan qıral İleh məmləkətigə qıral bolub. Özü Suyunda olan qristiyannıñ hırsuz harami Qazaqlarıña riayət itkən üçün Özü Suyunda harami və hırsuz Qazaqlar köblik bolub. Özü Suyundın inüb dövlətlüğ və səadƏtlüğ padişah Hünkar həzrətləriniñ Özü Suyı boyunda olan Cankerman və Aqkerman və Bəndərkermannıñ arasında olan qoycı və tuvarcı və bəzirgən fəqirləriñə zərər və ziyan körgəzgənləri üçün rəhmətlıq babamız Dövlət Gəray Xan və ağaçalarımız xanlar və özümiz və sultanlar və biş baş Tatar Qazaqları İleh məmləkətni hər yıl və her qış cabub. Eki curt biri-birigə düşmən olurğa Özü Suyı içində olan harami, hırsuz qristiyan Qazaqları səbəb olunmışlardır.
Halə İleh məmləkəti qıralı bolğan Asuşkə qıral oğlu qarındaşımız Zigmut qıral Dövlət işigimizgə uluğ ilçisi Baranovskini bölək, xəzinəsi birlə yibərüb burunğı barış və yarış və dost və mühəbbət yosunca eki curtumuz barış və yarış bolub. Bəzirgən əmin varub və aman kilüb. Kim kimsənədin zərər və ziyan olmasın didilər irsə, yibərgən bölək, xəzinəsin xoş körüb, alub, qəbul qılındı və qarındaşımız Zigmut birlə dost və mühəbbət və barış və yarışımıznı dəxi şol şərt üzərinə qılamız ki, Özü Suyı içində olan harami və hırsuz qristiyan Qazaqların barçasın sürüb Özü Suyından çıqarub, tirkəb zəbt itkəylər və taqı yibərə turğan bölək, xəzinesin hər yıl yibərgəylər və dəftərimüz üzrə kişilərimizniñ tiyişlərin, bölek, xəzinəsiylə bilgə yibərgəylər və taqı Qalğa Sultan olan qarındaşımız Fətih Gəray Sultanğa dəxi altmış bostaf cəkman bölək, xəzinəsiylə bilgə yibərgəylər və on eki kişigə dəxi tiyiş yibərgəylər.
Bu uslüb üzrə bölək, xəzinəsin virüb və tiyişlərin bilgə yibərür bolsalar və Özü Suyı içindin qrtistiyan Qazaqların bir qoymay, barçasın çıqarur bolsalar, barış və yarış və dost və mühəbbət bolub, əgər min özüm Ğazi Gəray Xan bulay və uluğ-kiçik Qağalğa Sultan başlıq barça sultanlar bolğaylar və bəglər və mirzələr bolsun, Tatar çerümiz birlən cabarğa və yaqub yıqarğa və zərər və ziyan qılarğa bir kimsənə barmasın.
Əgər sin qarındaşımız Zigmut bu əhd və şərt üzərinə turar bolsalar və Allah və Billah və Tallah dostuñızğa dost və düşməniñizgə düşmən bolurmız və taqı Biş Baş Qazaqlar barub, il astındın salañız çabub əsir kiltürır bolsalar, min qarındaşıñız Ğazi Gəray Xan kiltürğən əsirlərni qayta alub yibərirmiz və biş baş Qazaqlarnıñ taqı haqlarındın kilürmiz.
Özü Suyı içində turğan qristiyan Qazaqlarıñıznı çıqarmas bolsañız, Tatar tuvarcısığa və tuvar qarağa zərər və ziyan qılar bolsalar, siz qarındaşımız Zigmut bilmiş bolsun kim, dostluq və mühəbbət və barış və yarış olmay, eki curt əmin-aman bolmaslar və taqı siz Zigmut qarındaşımız Özü Suyı içində qristiyan Qazaqlarıñıznı çıqarar bolsañız, Özü Suyı boyında bolğan qara riayət il kişiləriñiz kəlüb corqa tuzumızdan aqçaları birlən eminimüzdin tuz satun alub ketsün.
Sin Zigmut qarındaşımıznıñ məmləkətigə və bizim məmləkətimizgə bəzirgənlər qorqmay və uşanmay əmin varub aman kilgəylər. Halə uluğ ilçiñiz Baranovskiniñ közüncə bu ant və şərt və əhd idüb, bu əhdnamə yarlığ-i şərif xaqanimuzğa altun nişanlığ mühürni basub özümizniñ uluğ ilçimuz olan içki bəgimiz olub vəzirimüz olan Qasımnı bu ant və şərt və əhdimizni siz qarındaşımız Zigmut bildirir ücün yibərdik və taqı siz Zigmut qarındaşımız Məsqva düşməniñizgə atlanğanıñızda min Ğazi Gəray Xan qarındaşıñızdan yardım üçün Tatar çerüyin tilər bolsañız, xərcliq qılurı, yibərgəysiz ki, çerümizgə virüb düşməniñiz üstünə cibərgəymiz və taqı biz Ğazi Gəray Xan qarındaşıñızdın varan uluğ ilçimüzi eki aydın artuq tutqar qılmay, bölək xəzinəsi və tiyişlər birlən qayta tiz-oq biz qarındaşıñızğa yibərgəysin və siz Zigmut qıral qarındaşımızdın bizgə kilgən uluğ ilçiñizni, taqı eki aydın artuq tutqar qılmay, sin Zigmut qıral qarındaşımızga tiz-oq cibərirmiz imdi sin Zigmut qıral qarındaşımız bilmiş bolsunlar kim, Özü Suyını içindin Qazaqlarıñıznı çıqarmay və tirkəməy zəbt qılams bolursañız. Biz qarındaşıñıznıñ tuvarcılarına və tuvar qarağa zərər qılub və dövlətlüğ səadətlüğ padişah Hünkar həzrətləriniñ kermanlarına və rəayasığa zərər və ziyan qılar bolsalar, dostluq və mühəbbətliq və yarış və barış bolmay eki curtnıñ rəayası və bərayası zəhmət körüb dövlətlüğ padişah Hündigar həzrətlərindin dəxi oyat bolursız.
Bu əhd və şərt və ant üzərinə turulmaq kərəkdir deyü, əhdnamə yarlığ-i şərif xaqani bitildi fi şəhr-i Cümadi-əl-əvvəl min şühur sənə əlif.
Bi-məqam Alma Saray darül-xaqani
Xan Ğazı Gəray bin Xan Dövlət Gəray (Документы Крымского Ханства.., 2017, s. 20-23).
II Qazi Gəray Xandan dövrümüzədək yetişmiş yarlıqlardan üçüncüsü də Polşa kralı Siqizmunda göndərilib. Onun da göndərilmə tarixi 1592-ci ilə təsadüf edir. Həmin yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 5” şifrəsi altında qeydə alınmışdır.
Yarlığın qısa məzmunu:
Keçmiş krallar Siqizmund və Avqust dövründə, Hacı Gərayın xanlığından Dövlət Gərayın xanlığına qədər mövcud olmuş əvvəlki dostluq. Tacirlərin sərbəst dolaşımı və xanın Polşa torpaqlarına yürüşləri qadağan etməsi, Beş Baş kazaklarının aldıqları əsirlərin qaytarılması. Sultanın da öz təəbələri tərəfindən alınmış əsirləri qaytarması. Kral Avqustun ölümündən sonra Polşadakı 12 illik hakimiyyətsizlik. Xristian kazaklar tərəfindən tatar maldarlarının əsir alınması, mal-qaranın oğurlanması. Akkerman, Cankerman və Bəndərkerman qalaları arasında qoyun və mal-qaranın qaçırılması. İki ölkə arasında düşmənçilik. Kazakların Dneprdəki qışlaq və yaylaqlardan çıxarılmaması səbəbilə Polşa torpaqlarında törədilən talan və qarətlər. Təəbələrinin icidilməsi səbəbindən sultanın qəzəbi. Sultanın xandan kralı cəzalandırmasını istəməsi və bu məqsədlə Osmanlı ordusunun göndərilməsi. Xanın vəziyyəti anlatmaq məqsədi ilə sultana məktub – 12 illik hakimiyyət boşluğu və sultanın düşməni Stefanın taxta çıxması. Siqizmundun taxta çıxması ilə xanın sülhə ümid etməsi. Polşalılardan illik xəzinənin (bac-xəracın) göndərilməsinin istənməsi. Sultanın xanın sözünə etibar etməsi.
Xanın Siqizmunddan kazakları Dneprdən çəkməsini və xan torpaqların yürüşlərinin önlənməsini xahiş etməsi. İllik xəzinənin xana, kalğa Fətih Gəraya, eləcə də hədiyyələrin 12 şəxsə vaxtında çatdırılması. Əhdə vəfa ediləbəyi halda Polşaya hücum edilməyəcəyi barədə xanın vədi. Elçi Baranovski tərəfindən xəzinənin gətirilməsi. Xanın krala göndərdiyi əhdnaməsi. Xanın ona tabe kazakların götürdüyü əsirlərin qaytarılmasını və günahkarların cəzalandırılmasını vəd etməsi. Moskva knyazı Fyodorun xəzinə, pul və hədiyyələr vəd edən məktubu. Xəzinəni gəndərməyə etiraz edən Moskva elçisinin zindana salınması. Moskvanın üç yüz minlik tatar ordusu tərəfindən talan edilərək yandırılması. Yaya yürüşü barədə niyyət. Xanın yürüş üçün kraldan 5 min flörn pul göndərməsini xahiş etməsi. Elçi Qasım bəyin krala göndərilməsi.
Yarlığın orijinal mətni belədir:
Hu.
Əbül Fəth əl-Ğazi Ğazi Gəray Xan.
Sözümiz.
Uluğ Ulusnıñ və köb Rusnıñ və Borusnıñ və İlehniñ və Mazaveşniñ və Milyaniñ və Qraqovnıñ və barca qristiyanlarınıñ uluğ qristiyan padişahı qarındaşımız Zigmut qıral köbdən köb səlam mərfu dikəç yaxşımısız və xoşmısız dib, halıñız və xətriñiz sorağanımızdin soñ elam yarlığ-ı şərif mühəbbət xaqanı oldırım. Əgər biz qarındaşıñız sarı sorar bolsañız, əlhəmdülillah məmləkətimiz əmin-aman bolub, barca cerümiz tüz və yasanlı xoş hal bilgəysiz. Halə siz Zigmut qarındaşımız bilmiş bolsun kim, mundin burun min Ğazi Gəray Xan köblik və sansız Dəşti Qıpçaqnıñ uluğ padişahınıñ uluğ atamız, ucmalıq Hacı Gəray Xannıñ xanlıqları çağındın rəhmətliq babamız Dövlət Gəray Xan xanlıqları zamanığa kilgəncə, İleh qıralları bolğan Zigmut qıral və Axust qıral qarındaşlarımız dost və mühəbbət və barış-yarış bolub iki curtnıñ arasında öksüz oğul ve tul xatun virincə yarlılar başlarınga altun tac urub yürür bolsalar, kim kimsədin zərər və ziyan körməy və aslamçı bəzirgənlər eki curtnıñ arasında əmin varub və aman kəlib padişahlarğa alqışlar qıla turar irdilər və taqı xanlar və sultanlar cerü birlə qıral qarındaşlarımız məmləkətlərin çabmay və afan qılmay turar irdiler.
Əgər Biş Baş Tatar qazaqları yüritüb barub [...] qarındaşlarımıznıñ məmləkətlərindin əsir ciqarub Qırım məmləkətigə kiltürsələr, Qırım xanları və sultanlar qayta yibərirler irdilər və əgər satub bəzirgənlər əsirni satun alub, İstanbula alub barsalar, dövlətlüğ uluğ padişah Hündigar həzrətləriniñ hüküm-i şərifləri birlə əsirni bəzirgəndin tartıb, alub qayta yibərər irdilər.
Axust qıral qarındaşimiz ölgəndin soñra İleh məmləkətigə [...] bolur oğlı qalmay, barça İleh məmləkəti on iki yıl caqlı qıralsız və padişahsız qalıb turğanda Qırğavda bolğan qristiyan voyvodaları və banları və kerman biylikləri hırsuz və harami bolğan qristiyan qazaqların tirkəməy və zəbt qılmay azıq və kəmilər virüb Özü suyuğa yibərüb Tatarnıñ tuvarcısın və tuvarın alğanlarındin soñ dövlətlüğ uluğ padişah, ərkli kişi Hündigar həzrətləriniñ qırğav kermanları bolğan Cankerman və Aqkerman və Bəndər Kermanı aralarında yürügən qoyların və tuvarların və yılqıların alub, müslümanlarğa zərər və ziyanlar üçün iki curt biri biringə düşmən bolub.
Ucmaqlıq babamız Dövlət Gəray Xan və ağacalarımız xanlar və min Ğazi Gəray Xan uluğ-kiçik sultanlar və Tatar qazaqları və biş başları barub İleh curtın çabub, yaqub, yıqub və xarab idüb və qristiyan kişilərin köblik əsir idüb kiltürgənləringə harami və hırsuz qristiyan qazaqları Tatarnıñ burundın örüş və qışlavı olan Özü suyundin ketməgənləri səbəb olunmışdır və taqı [...] qarındaşımız bilmiş bolsun kim, qristiyan harami-hırsuz Qazaqlarıñız Özü Suyundın çıqmay Özü suyundin barub dövlətlüğ uluğ padişah əyəmüz ərkli kişi Hündigar həzrətləriniñ kermanları arasında yürükən qoycı və tuvarcı yarlı fəqirlərin incidüb uşındirgənlərin padişah Hündigar həzrətleri bilüb, qəhirgə kilib. Mən Ğazi Gəray xanğa hükm-i şəriflərin çavuşları birlən yibərib məngə düşmən bolub məmləkətimgə zərər və ziyan tikürgən İleh məmləkəti qristiyanlarınıñ halın və əslin sin [...] yaxşı bilürsin. Sən ki Dəşt-i Qıpçaq xanı Ğazi Gəray Xansın, qapum qullarındın köblik qullarım və toblar və zabuzanlar və yeniçərlər və Urum İli paşasın və Anatolı paşasın barca köblik cerüni səngə qoşub yibərirmin. İleh məmləkətin yaqub və yıqub və zəbt olunur uluğ şəhirlərin və kermanların alub içinə kişilər qoyub zəbt itkəysin dib, Hündigar həzrətləri buyurmışlar irdiler.
Mən Ğazi Gəray Xan qarındaşıñız taqı bulay sözüm söz və cəvab qılıb dövlətlüğ padişah Hündigar həzrətləringə kağıdım yibərüb bildirdim ki, Axust qıral ölgəndin soñ İleh məmləkəti on iki yıl qıralsız turub. Məmləkət tirgəvsiz və zəbtsiz olunğan ücün Özü suyinə kəlüb zərər və ziyan idərlər irdi və on iki yıldin soñ Macar qırallarındın Eştefan qıral İleh məmləkətigə qıral olub. Macar qıralları burun ve burundın dövlətlüğ padişah Hündigar həzrətləriniñ əski düşmənləri olğanlar ucün Özü suyində bolğan qristiyan qazaqların tirkəməy artuğıylə harami və hırsuz Qazaqlar köblik boldılar. Halə burundin burun İleh məmləkəti qıralı bolub ölgən Axust qıralnıñ ceyanları ki, Asuşkə qıral qarındaşımıznıñ oğlı Zigmut qarındaşımız İleh məmləkətigə qıral boldılar, taqı kilməy və qıral taxtığa kiçməy, bugün-yarın kəlüb taxta keçüb dövətlər ilə qıral olurlar. Zigmut qarındaşımız kilib qıral taxtığa kiçkəndin soñ harami ve hırsuz Özü Suyındə olğan barça qristiyan qazaqların Özü suyundın çıqarub burunğı Zigmut və Axust qırallardın köblik dövlətlüg padişah Hündigar və min Ğazi Gəray Xan qarındaşlarınga dostlıq və mühəbbət və barış və yarış və qarındaşlıqnı yaxşı qılarlar və dövlətlüğ uluğ padişah Hündigar həzrətləringə və min Ğazı Gəray qarındaşlarınga adət olan bölək xəzinəsin hər yıl artuğıylə yibərüb dost və mühəbbət və qarındaş və barış və yarış bolub, curtlar padişahlar dövlətlərində əmin-aman bolub, yarlı-fəqirlər zərər və ziyan körməy dua və alqış qılarlar tib, dövlətlüğ padişah ərkli kişi Hündigar həzrətlərigə bildirüb min dövlətlüğ padişah Hündigar həzrətləri min Ğazi Gəraynıñ bu sözni yaxşı kördilər.
İmdi sən qarındaşımız Zigmut bilmiş bolsun kim, Özü Suyu içində bolğan harami və hırsuz qristiyan Qazaqların bir Qazaq Özü Suyındə qomay çıqarğaysın, yaxşı yasaq və tirkəv itkəysin ve taqı min Ğazi Xan qarındaşıñızga bölək, xəzinəsin her yıl tutqar qılmay birib yibərgəysin və dəftər itkən kişilərimüzniñ tiyiş bir nəsin əksiksiz yibərgəysin və taqı Qağalqa Sultanımız bolğan qarındaşımız Qağalqa Fəth Gəray Sultan hər yıl altmış bostaf çəkman bölək xəzinəsiylə yibərgəysin.
İmdi sin ki, Zigmut qıral qarındaşımızsın, Özü Suyunda fəsad itkən hırsuz və harami qristiyan Qazaqlarıñıznı barcasın Özü Suyundan çıqarub tirkəb qoycı və tuvarcımuz zərər və ziyan qaldırmay və şartımuz üzərinə bölək xəzinəsin və tiyişlərin berir bolsañız və Qağalqa Sultan Feth Gəray Sultan qarındaşımızga hər yıl altmış bostaf çəkman və on iki kişisigə tiyiş berür bolsañız və Allah və Billah və Tallâh, min ki, özüm Ğazi Gəray Xan uluğ sansız Dəşt-i Qıpçaqnıñ uluğ Xanı min və Qağalqay Sultan Fəth Gəray Sultan başlıq və Nurəddin Sultan uluğ-kiçik sultanlar çerümiz birlən sən qarındaşımız Zigmutnıñ İleh və sair məmləkətləringə barmasamız və cabmasamız və baqub yıqmasamız və əsir qılmasamız dib, içki və tışqı uluğ qərəcı olan kiyan və bəg və mirzə çinlıq üzərində ant və şərt idüb və Baranovski uluğ ilçiñiz birlən taqı yibərgəniñiz, bölək xəzinəsin xoş körüb alub, qəbul qıldım və Baranovski uluğ ilçiñiz korüncə əhd qıldıq və əhdnaməmizni taqı yazub və ant və şərt qılıb, sin qarındaşımız Zigmut qıral hüzurlarınğa yibərdim.
Əgər qristiyân Qazaqlarıñıznıñ barcasın Özü Suyundın çıqmay və çıqarmay zəbt və tirkəv qılmas bolsañız, xəzinə, bölək yibərmək ile dost və mühəbbət və qarındaş və barış və yarış olunmas. Tañrı kimgə berür bolsa, ol alur və taqı şərt üzərinə turub Qazaqlarıñızdan tuvarcılarımızğa zərər və ziyan olmay, Özü Suyından çıqarar bolsañız, Qırım vilayəti qazaqları barub, İleh məmləkətindin əsir kiltürür bolsalar, əsirləri tutub cibarurmız və qazaq və Biş Başlarnıñ haqlarınıñ kilürmüz və dostıñızğa dost və düşməniñizgə düşmən bolurmız və taqı sən Zigmut qarındaşımız bilmiş bolsun kim, Məsqva məmləkəti bəki olan İvan oğlı knəz Födr min Ğazi Gəray Xan Dəşt-i Qıpçaq xanığa kağıdın və ilçisin yibərüb və bölək xəzinəsin tondan və aqçadın köb nimə köndərüb bu kündin soñ ikav dost və barış-yarış bollıq və her yıl otuz kərə yüz biñ nuqarat aqçasın və nəqd bölək xəzinesi birlə berüb yibərirmin tib, söz qılmış irdi.
Siz Zigmut qıral qarındaşımızdan dostlıq idub, bölək xəzinəsin virürmiz tib, Xocamberdi tilmaçi yibərgəniñizdən Məsqva ilçi və sözin qəbul itməyüb və böləgin xoş körməy Xocamberdi tilmaç közüncə Məsqva ilçisin tutdırub zindanğa saldırub həbs qıldırdım və Qırım cerüy və Noğay cerüy və Çərkəs qollarım cerüy barça uç yüz biñ cerü birlə Məsqva taxtına varub yolda qoyğan çerüyin və qarağulın qırub-öldürüb, taxtın yilga yaqub və yıqub və esir və malın kiltürüb.
Əlhəmdülilləhi, barça cerümiz sağ-əsən keldik. Şöylə bilgəysin inşəallahu Təala əvəl bahardə yaz oldıqda taqı cerümız ilə varub, cabub cavlarımız sin Zigmut qarındaşımızdan köblik dilək qılarmız. Səfər və cerü xərcı ucün biz Ğazi Gəray Xan qarındaşıñızga yoq diməy, beş bin flöri xərclıq çıqarub burun kilgən bizim və sizniñ cabqunlarımızdın qaldırmay, cibərgâysin. Burun bolğan xanlarğa və ucmaqlıq ağacamuz Mühəmməd Gəray Xanğa beş biñ flöri səfər xərci ucün qıral qarındaşlarımız virgənlərdir. Sən Zigmut qıral dəxi yoq diməy, beş bin flörini virüb tiz-oq cabqunlar ilə burun cibərgəysin. Halə sin Zigmut qıral qarındaşımız birlə bolğan dostlıq və mühəbbət və barış və yarış və qarındaşlıqmıznı siz Zigmut qıral qarındaşımızğa ber-ber yitib bildürmek ucün uluğ içki bəgimiz bolub vezirimiz bolğan yaxşı kişimiz Qasım bəgni uluğ ilci biyimüz qılıb, sin Zigmut qıral qarındaşımıznıñ hüzurlarınğa cibərdim. Titi və baxşısı birlə Tañrı bərsə savlıq və əsənlıq birlə barğanda taqı öz sözlərimizi taqı sorar bolsañız barcasın aytıb, sin Zigmut qıral qarındaşımızga aytıb bildirirlər.
İnşəallah, kilürdə savlıq və əsənliqiñizni min qarındaşıñız Ğazi Gəray Xanğa bildirgəysin ki, sivinüb və kənanib, dostuñızga dost və düşməniñizgə düşmən bolub, köb yıllar barış və yarış və mühəbbət və tatuvlu və qarındaş bolğanımız birlə eki curtımız əmin-aman bolub, yarlı-fəqirlər ikəv qarındaş padişahğa alqış artura turğaylar teyü, ağır səlam və yəñgil bölək birlə yarlığ-i şərif mühəbbət-i xaqani bitildi vəs-səlam ali min ətbə əl-Xuday fi şəhr-i Cümazi əl-əvvel min şəhr-i sənə biñ yılında tarihnıñ Alma-Sarayında bitildi.
Xan Ğazı Gəray bin Xan Dövlət Gəray (Документы Крымского Ханства.., 2017, s. 24-27).
Qaynaqça
Ahmed Sadreddin. Kırım'ın en sanatkâr sultanı Gazi Giray Han. Güncelleme Tarihi: 05 Mayıs 2017, 12:55 (https://www.dunyabizim.com/mercek-alti/kirimin-en-sanatkr-sultani-gazi-giray-han-h16437.html).
Гази-Гирей, крымский хан // Энциклопедический словарь Брокгауза и Ефрона: в 86 т. (82 т. и 4 доп.). СПб., 1890-1907.
Гайворонский O. Повелители двух материков, том 1, Киев-Бахчисарай, 2007 г.
Документы Крымского Ханства из собрания Хусейна Фейзханова / Составитель, транслитерация: Р. Р. Абдужемилев. Симферополь, 2017. 872 s.
Oleg Rustemov. Kırım Türklerinin Edebî Dil Gelenekleri: Kırım Hanı Bora Gazi Giray’ın Şiir ve Mektupları Üzerine // “Söylem” Filoloji Dergisi, 2017; 2(2), s. 348-361.
Dostları ilə paylaş: |