«Rəhmət yağışı» “Camiun-nureyn” kitabında belə yazılır ki, mərhum Hacı
İbrahim Kəlbasinin zamanında (vəfatı 1261q.) bir il yağış
yağmadı. Mənuçehrxan Motəmidud-dövlə Hacının xidmətinə
gəlib dedi:
Camaat sizdən təmənna edir ki, yağış duasına çıxın. Hacı
üzrxahlıq edib dedi:
Mən qoca adamam, yol getməyə halım yoxdur. Motəmidud-
dövlə ərz etdi:
Sizin üçün rahat taxt göndərərəm, onda əyləşib gedərsiniz.
Hacı dedi:
Axı qəsbi (haram) taxtla yağış duasına getməyə nə ad
vermək olar? Səncə Allah o duanı qəbul edərmi? Hacının oğlu
Ağa Məhəmməd Mehdi dedi:
Evdə taxta var. Biz özümüz sizin üçün taxt düzəldərik. Hacı
dedi:
Eybi yoxdur.
Dülgər çağırıb taxtı hazırladılar. Sonra şəhərdə elan etdilər
ki, camaat şənbədən otuc tutmağa başlasın və birinci gün oruc
halında Hacıyla birlikdə yağış duasına hazır olsunlar.
Oruc tutmuş camaat təyin olunmuş gün bir yerə toplaşıb
Hacını taxtın üzərində “Təxti-fulad” deyilən yerə gətirdilər. Bir
tərəfdə İsfahan erməniləri əllərində İncili, digər tərəfdə İsfahan
yəhudiləri Tövratlarıyla orada hazır oldular.
Mərhum Hacı bir tərəfdə ermənilər və digər tərəfdə
yəhudilərin düzüldüyünü görəndə, çalmasını açaraq, əllərini
səmaya tərəf qaldırıb dedi:
1
Həmin mənbə.
32
İlahi, bu İbrahim saqqalını islam yolunda ağartmışdır. Bu
gün məni yəhudi və məsihilərin yanında xəcalətli etmə. Birdən
göyün üzünü bulud aldı və elə həmin saat yağış yağmağa
başladı.
1