Allaha iman



Yüklə 1,29 Mb.
səhifə21/32
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#842
növüMücərrəd
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

FƏLSƏFİ DƏLİL

Allahın fəlsəfi dəlil ilə isbat edilməsinə başlamazdan əvvəl fəlsəfi dəlil, onun elmi dəlillə olan fərqi, həmçinin qismlərini bəyan edirik. Ümumiyyətlə, dəlillər üç növdür: riyazi, fəlsəfi və elmi.

Riyazi dəlillər yalnız riyaziyyatda və suri məntiqdə istifadə olunur. Bu dəlillər həmişə tənaqüzün (pradoksun) olmaması prinsipinə əsaslanır. Bu qaydada deyilir: əlif əlifdir, özündən başqası ola bilməz. Bu prinsip və onun təfərrüatına əsaslanan hər bir dəlil riyazi dəlildir və bütün cəhətlərdən etimad olunasıdır.

Elmi dəlil təbii elmlərin təhqiqatında istifadə olunur. Onun bünövrəsini riyazi dəlillərdən əlavə, hiss və elmi müşahidə yolu ilə əldə olunan dəlillər də təşkil edir.

Fəlsəfi dəlil isə xarici (əyani) aləmin həqiqətlərinin isbat olunmasında riyazi dəlillərin müqəddimələrindən əlavə, əqli məlumatlara da əsaslanır. əqli məlumatlar hiss və təcrübəyə ehtiyacı olmayan məlumatlara deyilir.

əlbəttə, əqli məlumatların təcrübə və hissdən ehtiyacsız olmasının mənası, o fəlsəfi dəlilin zəruri olaraq hissi və müşahidə olunan məlumatlara arxalanmaması demək deyildir. Məqsəd budur ki, sadəcə olaraq onlarla hüdudlanmır. Bundan əlavə, müstəqil şəkildə, müəyyən şeyləri isbat etmək üçün lazım olan hadisə çərçivəsində başqa əqli məlumatlara istinad edilir.

Buna əsasən, fəlsəfi dəlil özünün maddi bürhanlar və riyazi qanunlar çərçivəsinə sığmayan əqli məlumatlarla olan rabitəsi səbəbi ilə elmi dəlildən fərqlənir.

Fəlsəfi dəlilin məfhumu barəsində qeyd olunanlara diqqət yetirməklə aşağıdakı suallar yaranır:

əqli məlumatlara, başqa sözlə desək, hiss, təcrübə və elmi müşahidələrə ehtiyac olmadan əldə olunan nəzriyyələrə etimad etmək olarmı?

Bu sualın cavabı müsbətdir. Çünki, məlumatların tam xatircəmliklə etimad olunan bir hissəsi, eləcə də sırf riyazi elmlərin hamısı ona əsaslanır. Bu da tənaqüzün (paradoksun) olmaması prinsipinə əsaslanır. Bu prinsipin özünü əql ilə dərk etmişik və bu, heç də bizim təcrübə və müşahidələrimiz çərçivəsində olmamışdır. Bu məsələnin şahidi odur ki, bizim bu prinsipə etimad etməyimiz heç də müəyyən təcrübə və müşahidələrimizdən təsirlənmir ki, onu təsdiq etsin. Misal üçün, riyaziyyatdan bir nümunə gətiririk. Biz 2+2=4 ifadəsini gördükdə, bu sadə riyazi bərabərliyin doğruluğuna qəlbən inanırıq və konkret şahidləri mülahizə etməklə bizim yəqinimiz artıb və ya azalmır. Ümumiyyətlə, bunun əksinə deyilən hər hansı sözləri eşitmək belə istəmirik. əgər hansı bir vaxtsa 2+2=5, yaxud 2+2=3 deyilərsə, heç vaxt onu qəbul etmərik. Çünki yuxarıdakı həqiqətə olan etiqadımızın hiss və təcrübə ilə heç bir əlaqəsi yoxdur.

Bu həqiqətin hiss və təcrübə ilə heç bir rabitəsi olmadığına baxmayaraq, onu tam xatircəmliklə qəbul etdiyimiz kimi, bunu da qəbul etməliyik ki, fəlsəfi dəlillərə əsaslanan əqli dəlilləri bəzi hallarda qəbul etmək olar.

Başqa sözlə desək, fəlsəfi dəlilin sadəcə əqli məlumatlara əsaslandığını və əqli məlumatların da təcrübə və müşahidə ilə heç bir əlaqəsi olmadığını əsas tutub qəbul etməmək, bünövrəsi tənaqüzün (pradoksun) olmaması pirinsipi əsasında qurulan riyazi dəlilləri rədd etməyə oxşayır, çünki onlar da hiss, təcrübə və müşahidəyə əsaslanmır.16




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin