Frazeoloji birləşmələrin (çox zaman atalar sözləri və məsəllər də bura daxil edilir) mühüm bir qismi məhz alliterasiya prinsipi ilə seçilən sözlərdən tərtib olunur. Ən çox aşağıdakı səslərin alliterasiyası özünü göstərir:
1.B.
Bal bardağı bağlamaq (Bakı, məhəlli).
Bablı babın tapmasa, günü ah-vaynan keçər.
Bacarana (başarana) baş qurban.
Başına gələn başmaqçı olar.
Bal tutan barmaq yalar.
Bəzən eyni ifadədə bir yox, bir neçə səsin alliterasiyası müşahidə edilir:
1.Həm q, həm də b səslərinin alliterasiyası:
İki qoçun başı bir qazanda qaynamaz.
2.Q, z, g səslərinin alliterasiyası:
Qıznan qızıl gizli gərək.
Tapmaca janrında da alliterasiya diqqəti cəlb edir:
Qara qul qapıda yatar (Qıfıl).
Qara köpək qapıda yatar,
Qolu əyilər, belinə batar (Qıfıl).
Qaraca-qaraca qarğalar,
Qapı-qapı yorğalar (Sac).
Bal sapı,
Balta sapı,
Beş budağı,
Bir yarpağı (Əl).
Bir sıra bayatı, layla, oxşama mahnılarında alliterasiya
diqqəti cəlb edir:
Bala dadı – bal dadı
Bala adam aldadıb
Şirini şirin olar
Acısı da bal dadı...
Dağda darılar (D)
Sünbülü sarılar (S)
Qoca qarılar (Q)
Bu balama qurban (B)...
Alliterasiyadan yanıltmaclarda xüsusilə geniş miqyasda istifadə edilir.
Yanıltmaclar xalq yaradıcılığına məxsus janr olub, əyləncəli “səs oyunu”ndan ibarətdir. İfadələri təşkil edən sözlər burada elə səs tərkibinə malik olur ki, bunların tələffüzü müəyyən ağırlıq törədir. Xüsusilə belə sözlərin sürətlə, fasiləsiz olaraq tələffüz edilməsi tələbi bu işi (tələffüzü) daha da çətinləşdirir.
Getdim gördüm bir dərədə iki kar, kor, kürküyırtıq kirpi
var Dişi kar, kor, kürküyırtıq kirpi erkək kar, kor, kürkü yırtıq
kirpinin (yırtıq) kürkünü yamamaqdansa, erkək kar, kor, kürkü-
yırtıq kirpi dişi kar, kor kürküyırtıq kirpinin (yırtıq) kürkünü ya-
mayır.
Alliterasiya hadisəsi uşaq oyunlarında oxunan müxtəlif mahnılarda geniş yayılmışdır. Bu mahnılar ya oyun zamanı oxunur, oyunu müşayiət edir, ya da oyun başlanmazdan müxtəlif məqsədlərlə ifa olunur.
1.Bənövşə,
Bəndə düşə,
Bizdən sizə kim düşə (B).