Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə13/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   129
Diaqnoz. Diaqnoz anamnez, xarakter şikayətlərə, klinik əlamətlərə, si­de­ro­pe­nik sindrom, qanın, sümük iliyinin və dəmir mübadiləsinin laborator müa­yi­nə­lə­ri­nə əsas­lanır.

Xəstələrdə hipoxrom mikrositar anemiya olur. Dərin anemiya zamanı ani­zo­si­toz, poykilositoz, tək-tək hədəfvari hü­ceyrələr müəyyən edilir. Eritrosit və he­moq­­­lobin qeyri-bəra­bər azalır. İlk öncə hemoqlobin azalır, eritrosit norma həd­­din­də olur. Dəmir defisiti dərinləşdikcə eritrositlərin sa­yın­da da azalma başlayır. He­moq­lo­bi­­nin miqdarı anemiyanın dərəcəsindən asılı olaraq 20-30 q/l-110 q/l ara­sın­da tə­rəd­düd edir. Eritrositlərin miqdarı 1,5-2,0 x 1012/l-əqədər azalır.

Qan yaxmasında üzük formasında hüceyrələr-anu­lositlər müşahidə edilir. Də­mir defisitli anemiya zamanı eritrositlərin orta diametri və orta həcmi (MCV 60-70 fl-ə qə­dər) azalır. Eritrositlərdə hemoqlobinin orta konsentrasiyası (MCHC) 20-25 q/dl-ə qə­­­dər azalır. Rəng göstəricisi adətən normadan aşağı olur (0,7-0,5). Erit­ro­sit­lə­rin os­mo­tik rezis­tent­liyi dəyişmir və ya bir qədər artır. Dəmir defisitində re­ti­ku­lo­sit­lə­rin miq­­­darı norma daxilində (2%-ə qədər) olur, bə­zən bir qədər azalır. Kəskin qan­itir­mə­lər zamanı isə reti­kulositlərin miqdarı artır.

Dəmir defisitli anemiyada leykositlər neytrofillərin hesabına azalmaya meyilli­dir­­­. Trombositlərin miqdarı çox zaman norma həddində olur, lakin qanitirmələr za­ma­­nı arta bilər. Sümük iliyində nəzərə çarpacaq patoloji əlamətlər aşkar edilmir. Hü­­cey­rə tərkibi adətən norma həddində olur. Histo­loji olaraq hüceyrə tərkibi ilə piyin nisbəti dəyişmir.

Bəzən zəif hüceyrə hiperplaziyası, sitoloji müayinədə qırmızı şaxənin üs­tün­lü­yü qeyd olunur. Digər hipoxrom anemiyalarda olduğu kimi dəmir defisitli ane­mi­ya­da da erit­ro­karositlərin miqdarı artır. Eritroblastlar bütün hüceyrələrin 40-60 %-ni təş­kil edir, lakin onlarda degenerativ dəyişikliklər (sitoplazmanın vakuolizasiyası, nü­və piknozu, sitoplazmanın olmaması-lüt nüvə) aşkar olunmur.

Meqakariositlərin miqdarı norma daxilində olur, lakin qanaxmalar zamanı arta bilər. Tərkibində dəmir qranulası olan eritrokariosit sideroblastların miqdarının azal­ma­­sı dəmir defisitli anemiya üçün xarakter əlamətlərdəndir. Diaqnosti­kada çə­­­tinlik ya­­randıqda sideroblastların müayinəsinin aparılması əhəmiyyətlidir. Ley­ko­poez üçün ye­tişməmiş qra­nu­lositlərin artması xarakterdir.

Diaqnozu tam dəqiqləşdirmək ücün orqanizmdə olan ehtiyat dəmiri və dəmir mü­badiləsinin göstəricilərini müayinə etmək lazımdır. Xəstəliyin diaqnostikasında bio­­kimyəvi me­tod­lardan biri Henry metodu ilə zərdabda dəmirin miqdarının müəyyən edil­məsidir.

Zərdab dəmirinin miqdarı sağlam insanlarda 70-170 mkq/dl, yaxud 12,5-30,4 mkmol/l-dir. Xəstəliyin ağır forma­sında dəmirin miqdarı 1,8-5,4 mkmol/l, yüngül formada 7,2-10,8 mkmol/l-ə qədər azalır.

Dəmir ehtiyatını öyrənmək üçün zərdabın ümumi dəmir birləşdirmək qabiliyyəti müayinə edilir. Zərdabın ümumi də­mir birləşdirmək qabiliyyəti dedikdə transferinin müt­ləq miq­darı yox, transferinlə birləşə bilən dəmir başa düşülür. Nor­ma­da trans­fer­ri­­nin 1/3 (30-35%) hissəsi dəmirlə birləşir, 2/3 hissəsi isə sərbəst qalır. Sərbəst trans­fer­­rin isə zərdabın latent dəmir birləşdirmək qabiliyyətinin göstəricisidir. Nor­ma­da zər­da­bın ümumi dəmir birləşdirmə qabiliyyəti 30,6-84,6 mkmol/l-dir. Dəmir defisitində bu gös­tərici ar­tır.

Transferrin əsas dəmir birləşdirici zülaldır və dəmiri mədə-bağırsaqdan sümük ili­­yi­nin eritrokariositlərinə və toxu­ma deposuna daşıyır. Eyni zamanda eritrositlərin par­­ca­lan­ma­sı zamanı ayrılan dəmiri toxuma deposundan və makrofaqlar­dan sümük ili­yinə da­şıyır.

Transferrinin doyma göstəricisi (norma 16-50%) zərdab dəmirinin zərdabın ümu­mi dəmir birləşdirmə qabiliyyətinə olan nisbətinin faizlə ifadəsidir. Dəmir de­fi­sit­li ane­­mi­yada trans­ferrinin doyma faizi kəskin azalır.

Bəzən zərdab dəmirinin səviyyəsi orqanizmdə olan ehtiyat dəmirin miqdarını düz­­­gün ifadə etmir. Məsələn, xroniki xəstəliklər anemiyasında dəmir ehtiyatı nor­mal olduğu halda zərdabda dəmirin miqdarı azalır.

Ehtiyat dəmir ferritin və hemosiderin şəklində olur. Ferritinin səviyyəsi ehtiyat də­­­mirin əsas göstəricisidir və qara ciyərdə sintez olunur. Zərdab ferritini radio­im­mu­no­­­loji və ya immunoferment metodu ilə təyin olunur. Normada ferritinin miq­­­­­­­darı 15-300 mkq/l-dir. Dəmir defisitli anemiyada ferritin 10 mkq/l-dən aşagı olur. Normal he­moq­lobin fonunda ferri­tinin aşa­­ğı səviy­yəsi ehtiyatın azalmasını göstərir. Əgər xəs­tə­də anemiya fonunda ferritinin səviyyəsi nor­mal və ya norma­dan artıqdırsa, onda anemiyanı ya­­ra­da biləcək digər səbəbləri axtarmaq lazımdır. Ferritinin səviyyəsinin normal ol­ma­sı dəmir defisitli anemiyanı inkar etməyə əsas vermir. Orqaniz­mdə iltihab ocaq­ları var­sa bu zaman ehtiyat dəmirdən asılı ol­ma­ya­raq zərdabda ferritinin səviyyəsi artır, çün­ki ferritin kəs­kin faza zülalıdır. Fe­r­ri­ti­nin səviyyəsi hipo­tireoz, C vitaminin çatış­maz­lığında azalır. Lakin kəskin fa­za zü­la­lı kimi qara ci­yər xəstəliklərində, hemoliz za­ma­nı, bədxassəli törəmələrdə, in­fek­sion-il­tihabi pro­ses­lər­də, qeyri-effektiv erit­ro­poez­də ar­tır.

Orqanizmdə ehtiyat dəmir desferal testi ilə təyin olunur. Əzələ daxili desferal vu­rul­duqdan sonra sidiklə xaric olan dəmiri təyin etməklə ehtiyat dəmir haqqında fikir söyləmək olar. Çünki desferal-kompleksion dəmir ionlarını orqanizm­dən xaric edir. Kütləsinə görə 100 hissə desferal 8,5 hissə üç valentli dəmiri özünə birləşdirir. Xəs­tə­yə əzələ daxilinə 500 mq desferal təyin edilir. Normada sutka ərzində 0,8-1,3 mq də­­mir xaric olur. Xəstədə dəmir defisiti varsa, desferal təyi­nin­dən sonda sidiklə xa­ric olan dəmirin miqdarı azalır. Bəzi xəstələrdə bu göstərici 0,2 mq/sutka və daha aşa­ğı olur. Yad­da saxlamaq lazımdır ki, desferal testindən sonra xaric olan dəmir tək eh­ti­yat dəmiri əks etdirmir, eyni zamanda eritropoezin aktivliyini və eritrositlərin par­ça­lan­­ma intensiv­liyini göstərir.

Dəmir defisitli anemiyada dəmirin səviyyəsi aşağı olduğu üçün o, protoporfirinin ha­­­mısı ilə birləşə bilmir və protoporfirin eritrositlərdə toplanır. Müayinə zamanı erit­ro­­sit­lər­də proto­por­firininmiqdarı normadan artıq olur (norma 2,7-9,0 mkmol/l).

Orqanizmdə ehtiyat dəmiri öyrənmək üçün digər bir test - qan zər­da­­­bın­da həll olan transferrin reseptorlarının (S-TfR) müəyyən edilməsidir. Dəmir defisitli ane­mi­­­­yada zər­dabda transferrin reseptorlarının səviyyəsi normaya nisbətən 3 dəfəyə qə­dər artır. Bu eritrokariositlərin səthində olan transferrin reseptorlarının səviyyəsinin art­­­­ma­sı ilə əlaqə­dardır. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, zərdab­dakı trans­­­­­fer­­rin reseptorlarının miqdarı ilə dəmirin çatışmazlığının dərəcəsi paralel in­ki­­şaf edir.

Dəmir defisitli anemiyada zərdabda transferrin reseptor­larının səviyyəsi orta he­sabla 13,0±4,6 mq/l-ə qədər artır (norma 5,36±2,67 mq/l). Xroniki xəstəliklər ane­mi­­yasında zə­rdabda transferrin reseptorları norma həddində olur, bəzi xəstələrdə isə az miqdarda artır. Lakin bu artım dəmir defisitli anemiyaya nisbətən az olur. Ehtiyat də­­miri öyrənmək məqs­ədi ilə S.D Cook zərdabdakı ferritinlə transferrin re­sep­tor­la­rı­nın nisbətini öyrənməyi təklif etmişdir. Bu nisbət normada 1,5-dən aşağı olmalıdır. Də­mir defisiti zamanı isə 4,2-yə qədər artır.

Dəmir defisitli anemiyanın səbəbini və onu yaradan faktorları aşkar etmək üçün aşağıdakı müayinələri aparmaq lazımdır; mədə şirəsi turşuluğunun müayinəsi, nəcisin para­zitə görə müayinəsi, həzm kanallarında gizli qanaxmanı təyin etmək üçün nə­cisin müayinəsi, xora xəstəliyini, diafraq­ma yırtığını, yemək borusunun venoz sis­te­mini, şiş və digər xəstəlikləri aşkar etmək üçün həzm traktının endo­skopik, rent­ge­no­loji müayinəsi, ginekoloji müayinə, xoralı kolit, he­mor­roy və s. xəstəlikləri aş­kar et­mək üçün düz bağırsağın müayinəsi və s.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin