Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə15/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   129
Müalicə. Dəmir defisitli anemiyanın müalicəsi 3 etap­dan ibarətdir.

Birinci etapda həkimin taktikası ilk növbədə xəstəliyin səbəbin aşkar etmək və bu səbəbi mümkün olduğu qədər aradan qaldırmaq istiqamətinə yönəlməlidir.

İkinci etap adekvat qidalanmanı təşkil etməkdən iba­rətdir. Dəmir defisitli ane­mi­­­yada qida rasionunda heyvan mən­­şəli zülalların hesabına sutkalıq zulalı 140-150 qrama qə­dər artırmaq, yağları 70-80 qrama qədər azaltmaq lazımdır. Qəbul edilən qida vi­ta­min­lər­lə zəngin olmalıdır. Lakin yadda saxlamaq lazımdır ki, rasional dieta xəstəliyin resi­di­­­vi­nin profilaktikasında və latent dəmir defisitində əhəmiyyətlidir. Dəmir ça­tış­­maz­­lı­ğı özü­nü klinik əlamətlərlə biruzə verirsə, bu zamantək rasional qidalanma ki­fa­yət de­yil.

Üçüncü etapda dəmir preparatları ilə medikamentoz müalicə aparılır. Də­mir defisitinin tam korreksiyası üçün uzun müddətli (4-6 ay) müalicə tələb olunur. Se­çilən preparat kifayət qədər effektli, qəbulu rahat və əlavə təsirləri az olmalıdır. Çünki qida məhsullarından dəmirin sorulması məh­duddur. Bu göstərici sutka ərzində 2,5 mq-dan çox olmur. Dəmir preparatından isə dəmir 15-20 dəfə çox sorulur.

Hal-hazırda peroral və parenteral istifadə olunan çox­saylı dəmir preparatları istehsal olunur. Dəmir preparatlarının peroral qəbuluna daha çox üstünlük verilir. Əgər preparatın sorulmasını əngəlləyən hər hansı bir patologiya varsa, onda dəmiri pa­­ren­te­ral təyin et­mək olar. Bu patologiyalara aiddir: bağırsaq patologiyalarında so­rul­ma pro­se­si po­zul­duqda (ente­rit, sorulma çatışmazlığı sindromu, nazik bağırsağın re­­zek­si­ya­sı, mədə re­zeksiyası və s.), mədə və 12 barmaq bağırsaq xorasının kəs­kin­ləş­məsi və s. Əgər dəmirin səviyyəsini qısa müddətə artırmaq lazımdırsa (cər­­rahi əmə­­­liy­yat­lar­dan əv­vəl, eritropoetinlə müalicə və s.) və xəstə preparatı peroral qə­bul edə bilmirsə, bu hal­da da pa­ren­teral təyin etmək olar.

Dəmir preparatının parenteral təyini zamanı bəzən ağır allergik reaksiyalar, hətta ölüm­cül anafilaktik sok da yarana bi­lər. Belə hallardaha çox preparatı vena daxi­li­nəvur­duq­dabaş ve­rir.

Hal-hazırda iki valentli və üç valentli dəmir preparat­larından istifadə olunur. Tər­ki­bin­də iki valentli dəmir olan prepa­ratlar bağırsaqlardan daha yaxşı sorulur. He­moq­­lo­bi­nin bərpa olunması üçün iki valentli dəmirin sutkalıq dozası 100-300 mq ol­ma­lı­dır. Bəzi preparatlar sirop və suspenziya şək­lin­­də istehsal olunur. Uşaqlar bu pre­­pa­rat­larıdaha asan qəbul edirlər.

Dəmir preparatını adətən yemək zamanı qəbul edirlər. Bəzi maddələr (ta­nin, fosfor turşusu, fitin, süd, kalsium du­zu), dərman preparatları (tetrasiklin, al­ma­qel, fos­folyüqel, kalsi preparatı, levomisetin, penisillin və s), dəmirin sorul­masını azaldır. Lakin bu mad­də­lər üç valentli dəmirin sorulmasına təsir etmir.

Dəmir preparatlarını düzgün dozada təyin etdikdən 7-10 gün sonra re­ti­ku­­­lo­sit­­lə­­­rin səviyyəsi artır. Hemoqlobinin səviy­yəsi isə adətən müa­licənin 3-4-cü, bəzən də 6-8-ci həftə­sində normal­laş­ma­­ğa başlayır. Bəzən də birdən-birə, sıç­­ra­yış­­­lı artım da olur. Müa­licəyə fərqli cavab reaksiyaları dəmir de­fisit­li ane­mi­ya­nın xü­su­­siyyətindən, də­mirin azalma də­rə­cə­sindən, eyni zamanda xəstəliyi yaradan sə­­bəb­lər­­dən asılıdır.

Beləliklə, təyin edilən preparatın effektini müəyyən et­mək üçün müalicə baş­la­nan­­­dan 7-10 gün sonra retikulositlərin miqdarını və hər həftəisə he­moq­lo­bi­nin sə­viy­yə­­­sini və artma tempini öy­rən­mək lazımdır.

Hemoqlobinin səviyyəsinin norma həddinə çatması müalicəni dayandırmağa əsas vermir. Or­qa­nizm­də dəmir ehti­yatını artırmaq üçün müa­­licə az dozada və uzun müddət davam etməlidir. Əgər ay­başı gur qanaxmalarla müşahidə edilirsə, onda 2-3 ay­­lıq müalicədən sonra dəmir preparatı hər ay həf­təlik kurslarla aybaşı qurtardıqdan son­­ra qəbul edilir. Belə müalicə kursunun sayı də­mir və hemoqlobinin azalma sürə­tin­­­dən asılıdır. Əgər qanaxma intensiv olaraq davam edir­sə, ya­rım illik və ya illik fa­si­­­lə­dən sonra hemoqlobin azalırsa, onda aylıq kurs müalicəsi ildə 1-2 dəfə müa­licə do­­za­sın­da aparılmalıdır.

Dəmir preparatları ilə müalicə fonunda xəstələrdə ürək­bulanma, anoreksiya, ağız­­da metal da­dı, epiqastral nahiyədə ağırlıq, diş emalının, damağın tündləşməsi, al­­ler­­gik reaksi­yalar, qə­biz­lik, ishal və s. kimi əlamətlər ola bilər. Dispeptik əlamətlər pre­­­­paratı yeməkdən sonra qəbul et­dik­də və ya dozanı azaltdıqda zəifləyir. Dəmir pre­pa­­­­ratının parenteral tə­yi­ni zamanı bəzən ağır allergik reaksiyalar, hipotoniya, əzələ-oy­­­naq agrıları, hətta ölümcül anafilaktik sokun da olması istisna edilmir. İnyeksiya ye­­­rində dərinin tündləşməsi, abses, fle­bit də ya­rana bilər.

Dəmir preparatları ilə yanaşı təyin edilən digər pre­paratlar - fol turşusu, vitamin kom­­­­plek­si, mikroelementlər müa­li­cənin effektini artırır. Askorbin turşusu üç valentli də­mi­­­­rin iki valentli də­mirə çevrilməsində və rezorbsiyasında iştirak edir.

Hamilə qadınlarda dəmirə olan tələbat 10 dəfəyə qədər artır. Dəmir defisitli ane­­mi­­ya ha­mi­lələrdə rast gəlinən pato­genetik variantdır. Anemiya II-III trimestrdə da­ha çox diaq­noz olunur və bu vəziyyət dəmir preparatları ilə korreksiya olunmalıdır. Tər­ki­bində as­kor­bin turşusu olan dəmir-sulfat pre­­pa­ratlarını təyin etmək daha məq­sə­də­uy­ğundur. Əgər hami­lə qadında aşkar olunan anemiya ağır deyilsə, tə­yin edi­lən də­mi­rin miqdarı 120 mq-dan çox olmaya bilər. Elementar dəmir və fol turşusu 3 ay müd­dətinə təyin edilir. Xüsusi gös­təriş yox­dur­sa, hamilə qadınlarda preparatın pa­ren­te­ral təyi­ni məqsədəuyğun deyil. Dəmir defisitli anemiyanın müalicəsi ha­mi­ləliyin so­nu­na qədər aparılmalıdır. Bu həm hamilələrdə anemiyanın korreksiyası üçün, həm də döl­­də dəmir defisitinin pro­fi­lak­tikası üçün əhəmiyyətlidir.

Ümumdünya Səhiyyə Təşkilatının təklifinə əsasən bü­tün hamilə qadınlar II-III tri­mestr və laktasiyanın ilk 6 ayı ərzin­də dəmir preparatları qəbul etməlidirlər. İs­ti­fa­də olunan də­mir preparatları: aktiferrin, aktiferrin kompozitum, tardi­feron, sorbifer du­­rules, ferro-qradumet, hemofer, maltofer, ferrum lek və s.

Proq­noz xoşdur. Diaqnozu düzgün təyin edib, adekvat terapiya apardıqda xəs­təlik tam sağalır.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin