İmmun hemolitik anemiyalar
İmmun hemolitik anemiyalar-heterogen xəstəliklər qrupu olub, immun mexanizmlərin təsirindən eritrositlərin vaxtından əvvəl destruksiyası ilə xarakterizə olunurlar. İmmun proseslərin xarakterindən asılı olaraq hemolitik anemiyalar alloimmun, transimmun, heteroimmun və autoimmunolmaqla 4 qrupa bölünürlər.
Alloimmun hemolitik anemiyada xəstənin eritrositlərinin antigeninə qarşı anitel və ya xəstənin antitelinə qarşı antigen olan eritrositlər orqanizmə kənardan daxil olur (döl və yenidoğulmuşların hemolitik xəstəliyi, posttransfuzion immun reaksiyalar). Alloimmun hemolitik anemiyada ananın antitellərinin təsirindən döl və yenidoğulmuşlarda eritrosit-lərin yaşama müddəti qısalır. Bu hemolitik anemiya yenidoğulmuşların hemolitik xəstəliyi zamanı müşahidə edilir. Belə ki, anada rezus faktora qarşı antitel yaranır və cift vasitəsi ilə bu antitel uşağın qan dövranına keçir. Xəstəyə qan qrupu və ya rezus faktoru uyğun olmayan eritrosit kütləsinin köçürülməsi zamanı da alloimmun hemolitik anemiya yaranır.
Transimmunhemolitik anemiya zamanı autoimmun hemolitik anemiyası olan anadan cift vasitəsi ilə antitellər uşağa kecir və onda da hemolitik anemiya yaradır.
Heteroimmun (qapten) hemolitik anemiya zamanı xəstənin eritrositlərinin səthində yeni antigen yaranır. Orqanizmdə isə yeni antigenə qarşı antitellər əmələ gəlir və onlar birləşərək komplementin aktivlənməsinə, hüceyrənin dalaqda faqositoz prosesinə uğramasına səbəb olur. Qapten həm dərman preparatları, həm də viruslar ola bilər.
Autoimmun hemolitik anemiyada eritrositlərin öz antigeninə qarşı antitellər yaranır.
Dostları ilə paylaş: |