1002) Reanimasion və ya postreanimasion dövrdə böyrəklərin vəziyyətini göstərən sindromlar arasında qan dövranının bərpa olunması fenomeni deyilən sindrom var. Bu nədir?
A) Qanın şuntlanması
B) Kontrpulsasiya üsulunun fenomenlərindən biri olan, damar sisteminin müəyyən hissələrində qan dövranının periodik dayanması
C) Ürək masajının effektiv olmayaraq böyrəklərin qan dövranının təmin etməməsi
D) Bərpa olunmuş ümumi hemodinamika fonunda böyrəklərdə mikrosirkulyasiya səviyyəsində qan dövranının olmaması
E) Böyrək arteriyasının trombozu
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
1003) Damar daxili laxtalanma (DDL) sindromu zamanı müalicə məqsədi ilə aminokapron turşusunun tətbiqi hansı mərhələdə aparılır?
A) IV mərhələ (bərpa)
B) Heç bir mərhələdə
C) II mərhələ (sərfolunmuş koaqulopatiya)
D) III mərhələ (fibrinoliz)
E) I mərhələ (hiperkoaqulyasiya)
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
1004) Xəstədə kollaps fonunda A/T-in sistolik göstəricisi 60 mm c. süt. qədər enib. Bununla əlaqədar hansı preparatın tətbiqi məsləhətdir?
A) Reopoliqlükin
B) Jelatinol
C) 5% qlükoza
D) Efedrin
E) Poliqlükin
Ədəbiyyat: С.А.Сумин. Неотложные состояния. М., « Фармацевтический мир». 2000.
1005) Ağ ciyər ödemi zamanı müalicə kompleksinə sidik qovucuların istifadəsi daxildir. Bu məqsədlə hansı preparata üstünlük verilir?
A) Fərqi yoxdur
B) Mannitol
C) Laziks
D) Sidik cövhəri
E) Veroşpiron
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
Dostları ilə paylaş: |