Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması



Yüklə 119,83 Kb.
tarix17.11.2018
ölçüsü119,83 Kb.
#84024


Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə
P R O Q R A M


Azərbaycan Respublikasının arxiv xidməti təşkilatları xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün nadir və qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi-tədqiqat mərkəzləridir. Müstəqil Azərbaycan Respublikasının arxiv xidməti geniş şəbəkəyə malikdir. Bu gün ölkəmizdə 7 respublika dövlət arxivi, onların 15 filialı, habelə Naxçıvan Muxtar Respublikasının və 56 rayonun dövlət arxivi fəaliyyət göstərir. Elmin, mədəniyyətin və ictimai həyatın ən müxtəlif sahələrini özündə əks etdirən həmin arxivlərdə 4 milyondan yuxarı saxlama vahidi mühafizə olunur.

Müstəqil Azərbaycan Respublikasında arxiv xidmətinin qanunvericilik bazasını “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 694 nömrəli Qanunu təşkil edir. Həmin Qanun ölkəmizdə arxiv xidmətinin fəaliyyətini tənzimləyir, onun idarə olunması prinsiplərini, arxiv işi sahəsində dövlətin vəzifələrini müəyyən edir. Arxiv fondu yeni materiallarla daim zənginləşən mühüm bir mənbədir. Azərbaycan xalqının tarixinin müxtəlif mərhələlərinə aid yüz minlərlə iş və sənəd müntəzəm olaraq dövlət arxivlərinə qəbul olunur, ictimai elmlərin, xüsusilə tarix elminin tədqiqat bazasını daha da genişləndirir.

Bununla yanaşı arxiv xidmətinin statusu və strukturu müstəqil Azərbaycan Respublikasında gedən dövlət quruculuğu işlərinin tələblərinə tam cavab vermir. Arxiv işi sahəsində bu günə qədər vahid informasiya bazasının yaradılmaması, elektron informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməməsi bu sahədə problemlər yaradır. Problemlərin bir qismi də arxiv binalarının çatışmazlığı və ya mövcud binaların yararsız vəziyyətdə olmasıdır.

1. Proqramın məqsəd və vəzifələri

Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə Proqramın əsas məqsədi “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda, habelə digər müvafiq hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq arxiv işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkəmizdə elmin inkişafını və vətəndaşların sosial-hüquqi xarakterli tələblərini təmin edən tarixi sənədlərin toplanılmasını, mühafizəsini və onlardan istifadəni təmin etməkdən ibarətdir.
Proqramın əsas vəzifəsi aşağıdakılardır:

bütün mövcud potensiallardan istifadə edərək Azərbaycan Respublikasında arxiv işinin hərtərəfli inkişafına nail olmaq;

ölkənin mənəvi sərvəti olan arxiv sənədlərinin mühafizəsi üçün lazımi maddi-texniki baza yaratmaq, dövlət arxivlərini lazımi binalarla təmin etmək;



arxiv işi sahəsində müasir tələblərə cavab verən vahid elektron informasiya bazası yaratmaq;

arxiv xidməti binalarını müasir tipli texniki avadanlıqla təmin etmək;

mövcud arxiv binalarını əsaslı təmir etmək, onlarda saxlanılan sənədlərin etibarlı mühafizəsi üçün optimal istilik və rütubət rejimi yaratmaq;

xalqımızın tarixinə aid dünya ölkələrinin arxiv, muzey və kitabxanalarında saxlanılan nadir sənədləri aşkar edərək surətlərini toplamaq.

2. Gözlənilən nəticələr
Proqramda yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir:

respublika dövlət arxivlərinin işi müasir tələblər səviyyəsində qurulacaq və bu sahədə pərakəndəliyi aradan qaldırmağa imkan yaradacaq;

dövlət arxivlərinin yeni binalarla və avadanlıqlarla təmin olunması arxiv sənədlərinin mühafizəsi işini yaxşılaşdıracaq;

nazirlik, komitə, idarə, təşkilat və müəssisələrdə dövlət mühafizəsinə veriləcək işlərin qəbulu üçün şərait yaranacaq;

dövlət arxivlərində elektron informasiya daşıyıcılarının imkanlarından istifadə etməklə vahid informasiya bazasının yaradılması arxiv sənədlərindən səmərəli istifadənin yaxşılaşdırılmasına imkan verəcək;

arxiv işi sahəsində beynəlxalq əməkdaşlığın inkişafına təkan verəcək.
3. Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə
T Ə D B İ R L Ə R




Tədbirlər

İcraçılar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

1.

Bakı şəhəri, Mətbuat prospekti, 593 nömrəli məhəllədə, Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutuna məxsus keçmiş “Alunit” zavodunun binasının bütünlüklə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin balansına verilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası, Milli Arxiv İdarəsi

2004

2.

Milli Arxiv İdarəsinə ayrılmış keçmiş “Alunit” zavoduna məxsus binanın arxiv sənədlərinin mühafizəsi üçün yenidən qurulması, metal qəfəsələr, yanğına qarşı mübarizə qurğuları və sənədlər saxlanılan anbarlarda optimal temperatur və rütubət rejimi yaradan avadanlıqlarla təmin edilməsi

İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Milli Arxiv İdarəsi

2003-2007


3.

Bakı şəhəri, Z.Bünyadzadə prospekti, 3 nömrəli və Azadlıq prospekti, 161 nömrəli binalarda əsaslı təmir işlərinin aparılması, yanğına qarşı mübarizə qurğuları və sənədlər saxlanılan anbarlarda optimal istilik, rütubət rejimi yaratmaq üçün qurğuların yeniləşdirilməsi, elektrik avadanlıqlarının tamamilə yenidən qurulması

Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Milli Arxiv İdarəsi

2003-2007


4.

Azadlıq prospekti, 161 nömrəli binada tamamilə sıradan çıxmış istilik sisteminin təmir-bərpa edilməsi və yenidən ümumi istilik sisteminə qoşulması

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi

2003-2004




1

2

3

4

5.

Z.Bünyadzadə prospekti, 3 nömrəli binada sənəd daşımaq üçün yük və Azadlıq prospekti, 161 nömrəli binada isə sənəd və sərnişin daşımaq üçün quraşdırılmış və tamamilə sıradan çıxmış liftlərin yeniləri ilə əvəz edilməsi

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi

2003-2004

6.

Respublikanın dövlət arxivlərində vahid informasiya bazası sistemi

yaratmaq məqsədilə onların müasir tipli elektron informasiya daşıyıcıları və surətçıxarma cihazları ilə təmin edilməsi

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

2003-2007

7.

Respublika dövlət kino-foto və səsyazmaları arxivlərinin müasir tipli elektron informasiya və bu məqsəd üçün lazım olan cihazlar, digər avadanlıq və materiallarla təmin edilməsi

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

mütəmadi

8.

Dövlət arxivlərinin kitabxanalarında saxlanılan XVIII-XX əsrlərə aid ən qiymətli və nadir qəzet və jurnal komplektlərinin və kitabların sığorta nüsxələrini yaratmaq üçün onların iri formatlı sürətçıxarma cihazları ilə təmin edilməsi

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

mütəmadi

9.

Dövlət arxivləri sənədlərinin mikro və kserosurətlərinin çıxarılması, bərpası və cildlənməsi laboratoriyasının müvafiq cihazlar, avadanlıqlar və materiallarla təmin edilməsi

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

mütəmadi

10.

Dövlət arxivlərində saxlanılan işlərin tozdan, xarici mühitin dağıdıcı təsirindən daha yaxşı mühafizəsi üçün onların lazımi avadanlıqlarla təmin edilməsi

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi

mütəmadi




1

2

3

4

11.

Dünya arxiv, muzey və kitabxanalarında saxlanılan Azərbaycan tarixinə aid sənədlərin aşkar edilməsi və onların surətlərinin çıxarılması


Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi

mütəmadi

12.

Respublika dövlət arxivlərinin Bakı, Əli Bayramlı, Lənkəran, Mingəçevir, Şəki, Yevlax, Salyan, Göyçay filiallarının sənədlərin mühafizəsinə cavab verən binalarla təmin edilməsi


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, şəhər və rayon icra haki-miyyəti orqanları

2003-2004

13.

Ağdaş, Dəvəçi, Masallı, Siyəzən, İmişli, Saatlı, Lerik, Yardımlı, Kürdəmir, Ağstafa, Gədəbəy, Goranboy, Tərtər, Oğuz, Samux, Xaçmaz rayon dövlət arxivlərinin yararlı binalarla təmin edilməsi

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları

2003-2004

14.

Naxçıvan Muxtar Respublikası – Muxtar vilayət dövlət arxivinin əsaslı təmir edilməsi, istilik, su, elektrik enerjisi sisteminin dəyişdirilməsi, arxivin elektron informasiya daşıyıcıları və surətçıxarma cihazları ilə təmin edilməsi. Şərur, Ordubad, Babək və Cülfa rayon dövlət arxivlərinin yeni bina ilə təmin edilməsi, Şahbuz və Sədərək rayon dövlət arxivlərinin əsaslı təmir edilməsi

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının şəhər, rayon icra hakimiyyəti orqanları

2003-2007


15.

Dövlət arxivləri işçilərinin iş şəraitini yaxşılaşdırmaq məqsədilə onların iş otaqlarının təmir edilməsi və müasir tipli ofis avadanlıqları ilə təmin edilməsi

Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

mütəmadi

16.

Dövlət arxivlərində mühafizə edilən qiymətli sənədlər toplularının nəşr etdirilməsi, habelə “Azərbaycan Arxivi” jurnalının nəşrinin bərpa olunması



Milli Arxiv İdarəsi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

mütəmadi

1

2

3

4

17.

Dövlət arxivlərində arxiv sənədlərinin təhlükəsiz surətdə daşınması üçün Milli Arxiv İdarəsinin və Naxçıvan Muxtar

Milli Arxiv İdarəsi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2003-2004




Respublikası Arxiv İdarəsinin kiçik tonnajlı yük maşınları ilə təmin edilməsi







18.

Kino-foto sənədləri arxivinə məxsus Minsk şəhərinin “Belarus” kinostudiyasında qalmış 12631 metrlik və arxivin özündə mühafizə olunan 300 qutu yanan nitroəsaslı lentin yanmayan triasitat əsaslı lentə köçürülməsinin təmin edilməsi

Maliyyə Nazirliyi, Milli Arxiv İdarəsi

2003-2004

Yüklə 119,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin