Aşuranin mübarək mehi



Yüklə 306,58 Kb.
səhifə84/114
tarix07.01.2022
ölçüsü306,58 Kb.
#85280
1   ...   80   81   82   83   84   85   86   87   ...   114

Namaz və Aşura


Bunu da əlavə edim ki, Aşura günü günorta çağı və əzadarlıq mərasiminin arasında namaza önəm verməyin özü başqa bir dəyərli məqam idi. Biz həmişə gənclərin və xalqımızın Aşura günü əzadarlıq etdiyini və namazlarının qüruba yaxın qılındığını gördükdə əziyyət çəkirdik. Xalq (bu il) namazın, Allah zikrinin və Allahı yad etməyin əhəmiyyətini Aşura mərasiminin ortasında göstərdi. Odur ki, bu, minnətdarlığa və təşəkkürə layiqdir.

İmam Hüseyn (ə) əzadarlığının təhdidləri


Təəssüflə qeyd etməliyəm ki, bəzən belə nümunələr görünür. Yəni bəzən bir nəfər bir məclisdə elə sözlər danışır ki, həm dəlil və əqli, yaxud nəqli mötəbərlik baxımından zəifdir, həm də agah və məntiqli bir dinləyicinin zehnində buraxdığı təsir dağıdıcıdır. Misal üçün, bir kitabda elə mətləblər yazılıb ki, onun yalan olmasına dəlilimiz yoxdur; düz də ola bilər, yalan da. Həqiqətin ziddinə olmaması dəqiq bilinməsə də, siz o mətləbləri bəyan etsəniz, onları eşidən tələbə, şagird, döyüşçü və yaxud inqilabçı bir gəncdə - Allaha şükür olsun ki, inqilab zehinləri açmışdır - dinə qarşı sual yaranacaq, irad qarşıya çıxacaq. Hətta sənədi düzgün olsa da, siz o mətləbləri deməməlisiniz; azğınlığa səbəb olduğundan deməməlisiniz. Halbuki bəzi kitablarda dərc olunan bu mətləblərin əksəriyyətinin düzgün sənədi də yoxdur.

Bir nəfər başqa birisinin dilindən bir mətləb söyləyir. Deyir ki, mən filan səfərdə filan yerdə idim və filan hadisə baş verdi. Danışan sənədlə, yaxud sənədsiz belə bir mətləbi söyləyir, dinləyici də ona inanır və bir kitabda yazır. Sonra bu kitab mənim və sizin əlinizə düşür. Mən və siz nə üçün böyük bir toplumda agah, məlumatlı və sayıq beyinlər üçün izah edilməsi mümkün olmayan bu mətləbi söyləməliyik?! Məgər harada nə yazıblarsa, insan onu oxumalı və deməlidir?!



Yüklə 306,58 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin