Audit xidməti və onun təşkili – (30+15)-15 mövzu Mövzu Auditin mаhiyyəti, məqsədi və vəzifələri


Auditin əsas məqsədi – obyekt haqqında obyektiv, dəqiq, real məlumat verməkdir



Yüklə 141,45 Kb.
səhifə26/77
tarix01.01.2022
ölçüsü141,45 Kb.
#103230
1   ...   22   23   24   25   26   27   28   29   ...   77
Auditin əsas məqsədi – obyekt haqqında obyektiv, dəqiq, real məlumat verməkdir.

Auditin əsas vəzifəsi təkcə yaranan iqtisadi münasibətləri qeyri-səmimi sahibkarlardan qorumaqla bitmir.O,həm də iqtisadiyyat sahəsində hüquq pozuntularının qarşısını almaqla yanaşı,həm də ictimai hüquq şüurunun daha da yüksək səviyyədə formalaşmasına əsaslı surətdə təsir göstərməkdən ibarətdir.

Auditin əsas vəzifələrindən biri – uçot və hesabat üzrə məsləhət verməkdir.

Bununla əlaqədar onu da qeyd etmək lazımdir ki,son illər respublikamızda müstəqil auditor nəzarəti sisteminin yaradılması,auditor kadrlarının hazırlanması,auditorların peşə vəziflərinin,hüquq və məsuliyyətinin tənzimlənməsi sahəsində və s. məsələlər sahəsində xeyli işlər görülmüşdür.Deyilənlərə misal olaraq onu qeyd etmək lazımdır ki,son illər “Auditor xidməti haqqında” AR Qanunu,“AR Auditor Palatası haqqında”Əsasnaməqəbul olunmuş, əsassız yoxlamaların qadağan edilməsinə,dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə dair Respublika Prezidenti fərman vermiş və i.a.Bütün bunların nəticəsində respublikada auditor xidməti bazarı formalaşmışdır.

Belə bir vaxtda auditor fəaliyyətinin daha yüksək səviyyədə tənzimlənməsinə böyük ehtiyac vardır.Məlum olduğu kimi auditor fəaliyyəti onun əsasnaməsi ilə tənzimlənir.Bu əsasnamə Milli Məclis tərəfindən 1995-ci il 19 sentyabr tarixdə 1115 saylı qərarla təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.



  Palata öz fəaliyyətində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununu, öz Əsasnaməsini, eləcə də digər normativ aktları rəhbər tutur.

Yüklə 141,45 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin