qanunvericilik və müəssisənin uçot siyasətində müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydaların düşüncəli surətdə saxtalaşdırılması;
uçot qeydlərində manipulyasiya, ilk sənədlərin və hesabat registrlərinin saxtalaşdırılması.
Mövzu6. Auditor fəaliyyəti və onun tənzimlənməsinin əsasları.
Azərbaycan Respublikasının bazar iqtisadiyyatına keçməsi,ölkədə iqtisadi hüquqi nəzarətin keyfiyyətinin əsaslı surətdə yüksəldilməsini və onun dünya standartlarına cavab verməsini tələb edir.Bu da öz növbəsində son illərə kimi fəaliyyət göstərən inzibati amirlik sisteminə əsaslanan köhnəlmiş bir sıra iqtisadi nəzarət qurumlarının təkmilləşdirilməsini tələb edir.
Bu baxımdan bazar iqtisadiyyatının məhsulu olan audit xidməti yaradılmışdır.
Auditin yaranmasına səbəb- müəssisənin fəaliyyətini maliyyələşdirənlərin və onu idarə edənlərin maraqlarının müxtəlif olmasıdır.
Müəssisənin ilk uçot məlumatlarını malsatanlar və kreditorlar əldə edə bilmirlər.