III. Hesabatın (aktın) tərtib edilməsi standartları.
1. Hesabatda (aktda) hansı maliyyə (mühasibat) hesabatlarının yoxlanıldığıvə həmin hesabatların mühasibat uçotu qaydalarına müvafiq tərtib edilib-edilmədiyigöstərilməlidir.
2. Hesabatda (aktda) əvvəlki dövrlə müqayisədə yoxlanılan bütün dövrərzində həmin qaydaya riayət edilib – edilmədiyi göstərilməlidir.
3. Maliyyə (mühasibat) hesabatlarındakı məlumatların düzgünlüyü vədəqiqliyi müəyyən edilməlidir.
4. Hesabatda (aktda) rəyin tərtib edilməməsi səbəbi göstərilməlidir.
Auditin standartları auditin feyfiyyətli aparıldığını məhkəmədə sübut etməkvə auditorların məsuliyyət dərəcəsini müəyyən etmək üçün əsasdır. Eyni zamandaaudit standartları elə bir bazadır ki, onun əsasındaauditorların hazırlanması, təkmilləşdirilməsi və peşə hazırlığı səviyyəsinin yüksəldilməsiüzrə tədris proqramlarıhazırlanır.
Audit standartları aşağıdakı funksiyanı yerinə yetirir: yoxlamanın yüksək keyfiyyətini və auditor prosedurlarının müxtəlif elementlərinin əlaqəsini təmin edir.
Audit standartları auditorların peşəkar fəaliyyətlərini nizamlayırlar. Belə ki, bu standartlar bir tərəfdən, auditor rəyinin ən yüksək obyektivliyinə nail olmağa - maliyyə hesabatının mühasibat uçotunun ümumi qəbul edilmiş prinsiplərə müvafiq aparılmasını əks etdirir, digər tərəfdən, auditor fəaliyyətinin nəticələrini müqayisə etmək üçün keyfiyyət kriteriyaları müəyyən edirlər.
Audit standartları əsasında auditorların hazırlanması proqramları tərtib edilir. Audit standartları məhkəmədə auditin keyfiyyətili aparılması üzrə sübutların əsası olur və auditorların məsuliyyət ölçülərini təyin edir.
Audit standartları aşağıdakıları təmin edir:
auditor yoxlamasının keyfiyyətinin yüksək olmasını;
auditor praktikasına yeni elmi nailiyyətlərin tətbiq edilməsini;
auditor yoxlaması prosesinin istifadəçi tərəfindən anlamasına köməklik edilməsini;
dövlət tərəfindən nəzarətin ləğv edilməsini;
auditorun müştəri ilə danışıqlar aparmasına yardım edilməsini;
auditor prosesinin müxtəlif elementlərinin əlaqələrinin təmin edilməsini.
Bu gün 3 qrup standartlar vardır:
Milli;
Beynəlxalq;
Firmadaxili.
Firmadaxili standartlar konkret auditor firmasında auditor yoxlamasına vahid yanaşmanı təmin etməklə, milli və beynəlxalq standartlara zidd olmamalıdır. Firmadaxili standartların məzmunu – məxfi informasiya olur.
Auditə verilən peşəkar tələblərin Beynəlxalq səviyyədə işlənməsini 1977-ci ildə yaradılmış Mühasiblərin Beynəlxalq Federasiyası(İFAC) aparır. İFAC çərçivəsində fəaliyyət göstərən Auditor Praktikası üzrə Beynəlxalq Komitə(International Auditing Practices Committee, IAPC)audit üzrə beynəlxalq standartları dərc edir(International Auditing Guidelines — IAG).
Audit üzrə peşəkarlıq norma və standartlarının işlənib hazırlanması ilə birneçə təşkilat, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası, Audit Təcrübəsi üzrəBeynəlxalq Komitə və başqaları məşğul olur.
Audit Təcrübəsi üzrə Beynəlxalq Komitə iki məqsədə xidmət edir:
1. audit üzrə peşəkarlıq səviyyəsi ümumdünya səviyyəsindən aşağı olanölkələrdə auditi inkişaf etdirmək;
2. imkan daxilində beynəlxalq səviyyədə auditə yanaşmağı öyrətmək.
Bir sıra ölkələrdə icazə verilib ki, beynəlxalq audit standartlarının bazasındaöz milli standartlarını işləyib hazırlasınlar. Məsələn, Avstraliya, Kipr, Braziliya,Hindistan, Hollandiya və s.
Bəzi ölkələrə öz milli standartlarının işlənib hazırlanmasına icazəverilməmişdir. Onlar yalnız beynəlxalq audit standartlarından öz standartları kimiistifadə edə bilərlər. Məsələn, Malaziya, Fici, Şri-Lanka, Nigeriya və s.
İnkişaf etmiş ölkələrdən Kanada, Böyük Britaniya, İrlandiya, ABŞ və Türkiyənin öz milli audit standartları vardır.
BEYNƏLXALQ AUDİT STANDARTLARININ TƏTBİQİNİN HƏYATA KEÇİRİLMƏSİ HAQQINDA -Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2009-cu il 30 dekabr tarixli 206/7 saylı qərarı.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət Planının (2007-2011-ci illər)” 45- ci (“Beynəlxalq audit standartlarının tətbiqinin həyata keçirilməsi”) bəndinin icrasını, beynəlxalq audit standartlarının tətbiqi ilə əlaqədar auditin normativ hüquqi bazasının və auditin keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini, auditor kadrlarının yenidən hazırlanması sahəsində kompleks tədbirlərin görülməsini təmin etmək məqsədilə
Dostları ilə paylaş: |