AzMİU-nun "fh və hft" kafedrası üzrə "Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma"



Yüklə 0,61 Mb.
səhifə1/8
tarix08.06.2018
ölçüsü0,61 Mb.
#53021
növüQaydalar
  1   2   3   4   5   6   7   8

AzMİU-nun “FH və HFT” kafedrası üzrə

“Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma”



fənnindən testlər


  1. Standartlaşdırma elmi nəyi öyrədir?

  1. Fəaliyyət sahələrinin nizamlanması üçün norma və qaydaların müəyyən edilməsini.

  2. Qənaət əldə etmək üçün səmərəliliyin hesablanmasını.

  3. Fəaliyyət sahəsinin məhsuldarlığının hesablanması üçün norma və qaydaların müəyyən edilməsini.

  4. Fəaliyyət sahəsində məhsulun maya dəyərinin hesablanmasını.

  5. Fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsini üçün norma və qaydaların müəyyən edilməsini.




  1. Niyə görə metrologiya elmi standartlaşdırılma elmi ilə birlikdə öyrənilir?

  1. Ölçmələrin yüksək dəqiqliklə yerinə yetirilmə tələbinin mövcudluğundan.

  2. Ölçmə avadanlıqlarından istifadə edilmə tələbinin mövcudluğundan.

  3. Beynəlxalq vahidlər sistemindən (BVS) istifadə edilmə tələbinin mövcudluğundan.

  4. SQS vahidlər sistemindən istifadə edilmə məcburiyyətindən.

  5. Metrologiyanın inşaat ölçmələrində istifadə edilmə məcburiyyətindən.




  1. Fiziki kəmiyyətlərin həqiqi qiymətlərinin müəyyən edilməsi nəyə əsaslanır?

  1. Onların dəqiq üsulla kiçik ölçmə xətası ilə xüsusi tədqiqatlar vasitəsilə müəyyən edilməsinə.

  2. BVS-yə əsasən ölçmələr aparılmasına və göstəricilərin kiçik ölçmə xətası ilə xüsusi tədqiqatlar vasitəsilə müəyyən edilməsinə.

  3. SQS vahidlər sisteminə əsasən ölçmələr aparılmasına və göstəricilərin kiçik ölçmə xətası ilə xüsusi tədqiqatlar vasitəsilə müəyyən edilməsinə.

  4. Xüsusi ölçmələrə.

  5. Xüsusi tədqiqatlara.



  1. Standartlaşdırılmada nəzarət zamanı nə müəyyən edilir?

  1. Fiziki kəmiyyətin ölçülmüş qiymətinin həqiqi qiymətə uyğunluğu.

  2. Ölçmələrin nəticələrinin SQS və BVS vahidlər sisteminə uyğunluğu.

  3. Ölçmələrin nəticələrinin SQS vahidlər sistemiə uyğunluğu.

  4. Xüsusi ölçmələrin nəticlərinə uyğunluğu.

  5. Xüsusi ölçmələrin və tədqiqatların nəticələrinə uyğunluğu.




  1. Standartlaşdırmada nəzarət zamanı hansı nümunələrdən istifadə edilir?

  1. Kalibrlərdən, şablonlardan, elektroəlaqə çevriciləri olan quruluşlardan.

  2. Kalibrlərdən, cihazlardan, qurğulardan və elektroəlaqə çevriciləri olan quruluşlardan.

  3. Şablonlardan.

  4. Cihazlardan, şablonlardan, etalonlardan və elektroəlaqə çevriciləri olan quruluşlardan.

  5. Qurğulardan.




  1. Ölçmələrin dəqiqliyinin metroloji təminatının hüquqi-normativ sənədləri hansılardır?

  1. Dövlət standartları.

  2. Təlimatlar.

  3. Kodekslər.

  4. Təliqələr və təlimatlar.

  5. Ölçmələrin nəticələri.




  1. Məhsulların keyfiyyətinin yüksəldilməsini təmin edən əsas vasitə hansıdır?

  1. Standartlar.

  2. Təlimatlar.

  3. Kodekslər.

  4. Ölçmələrin nəticələri.

  5. Məcəllələr.




  1. Standartlaşdırılmanın elmi prinsiplərini öyrənən beynəlxaq komitə hansıdır?

  1. İSO.

  2. İST.

  3. İSK.

  4. İTK.

  5. İTB.




  1. İSO təşkilatı nə vaxt yaradılmışdır?

  1. 1926.

  2. 1927.

  3. 1928.

  4. 1929.

  5. 1930.




  1. 1941-ci ildən İSO təşkilatı necə adlandırılır?

  1. İSA.

  2. İST.

  3. İSK.

  4. İTK.

  5. İTB.




  1. Metrologiya elmində ölçmələr nələrə əsasən sinifləşirlər?

  1. Nəticələrin dəqiqlik şərtinə, ölçmələrin sayına və ölçmə üsuluna əsasən.

  2. Vaxta, məzmuna, ölçmələrin sayına və ölçmə üsuluna əsasən.

  3. Yalnız vaxta əsasən.

  4. Ölçmələrin sayına, məkana, cihazların sayına və ölçmə üsuluna əsasən.

  5. Yalnız məkana əsasən.




  1. Metrologiya elmində ölçmələr nələrdən asılı olaraq sinifləşir?

  1. Ölçmə vasitələrindən, vaxtdan və vəziyyətdən.

  2. Vaxtdan.

  3. Vəziyyətdən.

  4. Məkandan, təzyiqdən, vaxtdan və vəziyyətdən.

  5. Təzyiqdən, nəmişlikdən, vaxtdan və vəziyyətdən.




  1. Metrologiya elmində mütləq, bilavasitə qiymətləndirməklə və nisbi olmaqla sinifləşmə nəyə görə aparılır?

  1. Ölçmələrin aparıldığı yerə və ölçmələrin nəticələrinə görə.

  2. Ölçmələrin vaxtına, sayına və ölçmələrin nəticələrinə görə .

  3. Ölçmələrin sayına görə.

  4. Ölçmələrin aparıldığı yerə, vaxta və ölçmələrin sayına görə.

  5. Ölçmələrin nəticələrinə görə.




  1. Ölçülən fiziki kəmiyyətlərin qiymətlərinin onların həqiqi qiymətlərdən fərqlənməsi nəyi xarakterizə edir?

  1. Ölçmə xətasını.

  2. Ölçmə yerini.

  3. Ölçmələrin sayını.

  4. Ölçmə vaxtını.

  5. Ölçmələrin nəticələrini.




  1. Vaxtdan və vəziyyətdən asılı olaraq hansı ölçmələr mövcuddur?

  1. Statiki və dinamiki.

  2. Statiki və texniki.

  3. Dinamiki.

  4. Texniki və dinamiki.

  5. Mexaniki.




  1. Ölmə vasitələrindən asılı olaraq hansı öıçmələr mövcuddur?

  1. Mexaniki, radioaktiv, fiziki-kimyəvi, istilik texnikası və elektriklə.

  2. Fiziki, kimyəvi, mexaniki, radiotexniki, dinamiki və statiki.

  3. Radiotexniki və kimyəvi.

  4. Mexaniki, radiotexniki, elektrikli, fiziki, dinamiki və statiki.

  5. İstilik texnikası və elektriklə.




  1. Nəticələrin dəqiqlik şərtinə görə hansı ölçmələr mövcuddur?

  1. Texniki, yoxlama-nəzarət, maksimum mümkün dərəcədə.

  2. Yoxlama və nəzarət.

  3. Texniki, mexaniki, radiotexniki və maksimum mümkün dərəcədə.

  4. Radiotexniki və yoxlama.

  5. Texniki, radiotexniki, yoxlama, nəzarət və maksimum mümkün dərəcədə.




  1. Dəqiq ölçmələrin sayına görə hansı ölçmələr mövcuddur?

  1. 1 dəfəlik və çox saylı müşahidələrə əsaslanan.

  2. Texniki, kimyəvi, vizual və çox saylı müşahidələrə əsaslanan.

  3. Kimyəvi müşahidələrə əsaslanan.

  4. Vizual müşahidələrə əsaslanan.

  5. Yoxlamalara əsaslanan.




  1. Ölçmə üsuluna görə hansı ölçmələr mövcuddur?

  1. Birbaşa, kompleks, diferensial və dolayı yolla.

  2. Birbaşa, çoxsaylı, fiziki, kimyəvi və kompleks.

  3. Kompleks, diferensial və fiziki.

  4. Diferensial, fiziki, kimyəvi və dolayı yolla.

  5. Dolayı yolla.




  1. Ölçmə yerinə görə hansı ölçmələr mövcuddur?

  1. Laboratoriyada və sənaye obyektlərində.

  2. Bazarlarda və mağazalarda.

  3. Bazarlarda və evdə.

  4. Mağazada və evdə.

  5. Laboratoriyada, mağazada, bazarda və auditoriyada.




  1. Nəticələrinə görə hansı ölçmələr mövcuddur?

  1. Həqiqi, nisbi və bilavasitə qiymətləndirmə.

  2. Həqiqi və birdəfəlik.

  3. Dəqiq və nisbi.

  4. Dəqiq, nisbi, birdəfəlik və bilavasitə qiymətləndirmə.

  5. Həqiqi və dəqiq.




  1. Birbaşa ölçmələrdə fiziki kəmiyyətin qiyməti necə tapılır?

  1. Təcrübə nəticəsində alınmış məlumatdan.

  2. Məlum asılılıqlar əsasında.

  3. Cihazlarla ölçməklə.

  4. Cihazlarla ölçməklə və təqribi alınmış qiymətlərə əsasən.

  5. Təmasda olan avadanlıqlarla.




  1. Dolayı yolla ölçmələrdə fiziki kəmiyyətin qiyməti necə tapılır?

  1. Məlum asılılıqlar əsasında.

  2. Təcrübə nəticəsində alınmış məlumatlardan.

  3. Cihazlarla ölçməklə.

  4. Cihazlarla ölçməklə və təqribi alınmış qiymətlərə əsasən.

  5. Təmasda olan avadanlıqlarla.




  1. Universal ölçmə vasitələrinə hansı avadanlıqları aid etmək olar?

  1. Əşya stolları, lövhələr, dayaqlar, ştativlər.

  2. Ştangen pərgarlar və xətkeşlər.

  3. Ştangen xətkeşlər.

  4. Lövhələr, ştangen xətkeşlər və dayaqlar.

  5. Şüşə borular və qıflar, ştangen xətkeşlər və dayaqlar.




  1. Ölçü başlıqlarına hansı avadanlıqlar daxildir?

  1. Lingli, diskli və ucluqlu indikatorlar.

  2. Ştativlər.

  3. Ştangen pərgarlar, lingli və ucluqlu cihazlar.

  4. Saniyə ölçənlər.

  5. Ştativlər, lingli və ucluqlu cihazlar.




  1. Optik mexaniki ölçü cihazlarının hansı növləri mövcuddur?

  1. Əlaqəli və əlaqəsiz.

  2. Əlaqəli və lingli.

  3. Əlaqəsiz və diskli.

  4. Lingli, diskli və linzalı.

  5. Əlaqəli, lingli, diskli.



  1. İnterferometrlər hansı prinsiplə işləyirlər?

  1. İşığın interferensiyasına əsasən.

  2. İşığın dispersiyasına və titrəmələrə əsasən.

  3. Titrəmələrə əsasən.

  4. Səs siqnallarına və təkanlara əsasən.

  5. Təkanlara əsasən.




  1. Proektorlar nə üçün tətbiq edilir?

  1. Böyüdülmüş halda ekranlara verilmiş hissənin ölçülməsi və nəzarəti üçün.

  2. Hissənin daxilinə nəzarət etmək üçün.

  3. Hissənin xarici ölçülərinə nəzarət etmək üçün.

  4. Dərinlik ölçülərini çıxarmaq üçün.

  5. Mürəkkəb quruluşlu hissələrin ölçülərini çıxarmaq və onların daxilinə nəzarət etmək üçün.




  1. Etalonlar nə üçün istifadə edilir?

  1. Fiziki kəmiyyətlərin vahidlərini ümumi dövlət və beynəlxalq miqyasda əks etdirmək üçün.

  2. Ölçmələri dəqiqləşdirmək üçün.

  3. Ölçmələrin nəticələrini müəyyənləşdirmək üçün.

  4. Mürəkkəb quruluşlu hissələrin ölçülərini çıxarmaq, ölçmələri dəqiqləşdirmək və onları beynəlxalq miqyasda əks etdirmək üçün.

  5. Hissənin xarici ölçmələrinə nəzarət etmək üçün.




  1. Mayelərin özlülüyü nəyi nəzərdə tutur?

  1. Mayelərin bir hissəsinin digər hissəsinə sürtünməsi zamanı yaranan müqaviməti.

  2. Onların qatılığını.

  3. Onların kapillyarlığını, kipliyini və bir hissəsinin digər hissəsinə sürtünməsi zamanı yaranan müqaviməti.

  4. Onların kipliyini.

  5. Onların temperaturunu, kipliyini və bir hissəsinin digər hissəsinə sürtünməsi zamanı yaranan müqaviməti.




  1. BVS-də özlülüyün vahidi nədir?

  1. Pasan

  2. kPa

  3. MPa

  4. Din  san

  5. Stoks  dəq.




  1. SQS vahidlər sistemində özlülüyün vahidi nədir?

  1. Stoks

  2. MPa

  3. Pa

  4. kPa

  5. din




  1. 1 Stoks neçə m2/san-ə bərabərdir?

  1. 10-4

  2. 10-3

  3. 10-5

  4. 10-6

  5. 10-2




  1. Temperatur artdıqca mayelərin özlülüyü necə dəyişir?

  1. Azalır.

  2. Artır.

  3. Cüzi azalır.

  4. Çox azalır.

  5. Dəyişmir.




  1. Mayelərin özlülüyü hansı cihazla ölçülür?

  1. Viskozimetrlə.

  2. Dinamometrlə.

  3. Manometrlə.

  4. Termometrlə.

  5. Psixrometrlə.




  1. Mayelərin özlülüyünü texnoloji proseslərdə ölçmək üçün hansı cihazdan istifadə edilir?

  1. Avtomatik, kapilyar və titrəyişli.

  2. Avtomatik və yarımavtomatik.

  3. Kapilyar, şüşəli, mexaniki və titrəyişli.

  4. Titrəyişli və titrəyişsiz.

  5. Kapilyar və mexaniki.




  1. Mayelərin qatılığı nə ilə xarakterizə olunur?

  1. Maye axarkən onun bir hissəsinin digərinə müqaviməti ilə xarakterizə olunur.

  2. Onların özlülüyü ilə.

  3. Onların kapilyarlığı ilə.

  4. Onların kipliyi ilə.

  5. Onların temperaturu ilə.




  1. Temperatur artdıqca mayelərin qatılığı necə dəyişir?

  1. Azalır.

  2. Artır.

  3. Cüzi azalır.

  4. Çox azalır.

  5. Dəyişmir.




  1. Mayelərin dinamiki qatılığı hansı təzyiqə qədər təsirlərdə dyişmir?

  1. 20Mpa

  2. 30Mpa.

  3. 40Mpa.

  4. 60Mpa.

  5. 70Mpa.




  1. Mayelərin qatılığı hansı cihazla ölçülür?

  1. Viskozimetrlə.

  2. Dinamometrlə.

  3. Manometrlə.

  4. Termometrlə.

  5. Psixrometrlə.




  1. Mayelərin səviyyəsi dedikdə nə başa düşülür?

  1. Texnoloji avadanlıqların maye və səpilən yüklərlə doldurulduğu hündülük nəzərdə tutulur.

  2. Maye və səpilən yüklərin doldurulduğu həcm və ya texnoloji avadanlıqların maye və səpilən yüklərlə doldurulduğu hündülük nəzərdə tutulur.

  3. Maye və səpilən yüklərin kütləsidir.

  4. Maye və səpilən yüklərin çəkisidir.

  5. Maye və səpilən yüklərin kapilyrlığı, çəkisi, kütləsi və həcmidir.




  1. İş prinsipinə görə səviyyəölçən cihazlar hansılardır?

  1. Üzgəcli, hidrostatik, elektrikli, ultrasəsli.

  2. Üzgəcli, dinamometrik, elektrikli, ultrasəsli və mexaniki.

  3. Avtomatik, kapilyar və elektrikli.

  4. Manometrik, dinamometrik və üzgəcli.

  5. Hidrostatik, manometrik və üzgəcli.




  1. Məişətdə və sənayedə daha geniş istifadə olunan səviyyəölçən hansıdır?

  1. Üzgəcli.

  2. Dinamometrik.

  3. Hidrostatik.

  4. Mexaniki.

  5. Ultrasəsli.




  1. Elektrikli səviyyəölçənlər neçə cür olurlar?

  1. 2

  2. 3

  3. 4

  4. 5

  5. 6




  1. Elektrikli səviyyəölçənlər hansılardır?

  1. Həcimli və kondutometrik.

  2. Hidrostatik və həcmli.

  3. Dinamometrik və konduktometrik.

  4. Mexaniki və həcmli.

  5. Ultrasli və həcmli.




  1. Maye və qazların sərfi dedikdə nə nəzərdə tutulur?

  1. Müəyyən zaman müddətində vahid en kəsikdən keçən maye və qazların miqdarı.

  2. Müəyyən zaman müddətində vahid en kəsikdəki maye və qazların həcmi.

  3. Müəyyən zaman müddətində vahid en kəsikdəki maye və qazların kütləsi.

  4. Müəyyən zaman müddətində vahid en kəsikdən keçən maye və qazların temperaturu və təzyiqi.

  5. Müəyyən zaman müddətində vahid en kəsikdən keçən maye və qazların təzyiqi.




  1. Maye və qazların sərfinin göstərişini əks etdirən qurğular necə adlanırlar?

  1. İnteqrallaşdırıcılar.

  2. Konduktorlar və təsirləndiricilər.

  3. Kondensatorlar.

  4. Təsirləndiricilər.

  5. Deferensiallaşdırıcılar.




  1. Maye və qazların sərfinin ölçülməsi zamanı alınan nəticələrə ətraf mühitin temperaturunun təsirini aradan qaldırmaq üçün nə etmək lazımdır?

  1. Alınan nəticələri normal atmosfer şəraitinə gətirmək.

  2. Alınan nəticələri normal təzyiqə uyğunlaşdırmaq.

  3. Alınan nəticələri nrmal temperatura uyğunlaşdırmaq.

  4. Alınan nəticələri normal rütubətə uyğunlaşdırmaq.

  5. Alınan nəticələri normal sərf qiymətlərinə uyğunlaşdırmaq üşün.




  1. Maye və qazların fiziki-kimyəvi xassələri onların hansı xüsusiyətləri ilə xarakterizə olunur?

  1. Sıxlığı, özlülüyü, xüsusi çəkisi, sındırma əmsalı, doymuş buxarın təzyiqi və yanma temperaturu ilə.

  2. Xüsusi çəkisi, sındırma əmsalı və sıxlığı ilə.

  3. Təzyiqi, temperaturu və xüsusi çəkisi ilə.

  4. Özlülüyü, sıxlığı və temperaturu ilə.

  5. Qatılığı, özlülüyü, xüsusi çəkisi, sındırma əmsalı, doymuş buxarın təzyiqi və yanma temperaturu ilə.




  1. Mayelərin və qazların sıxlığı dedikdə nə başa düşülür?

  1. Onların kütləsinin tutduqları həcmə olan nisbətidir.

  2. Onların çəkisinin temperaturuna olan nisbətidir.

  3. Onların təzyiqinin tutduqları həcmə olan nisbətidir.

  4. Onların kütləsinin temperaturuna olan nisbətidir.

  5. Onların çəkisinin təzyiqlərinə olan nisbətidir.




  1. Mayelərin sıxlığı onların yerin səthində, harada olmalarından asılıdırmı?

  1. Xeyir.

  2. Bəli.

  3. Qismən.

  4. Ekvator xəttinə yaxınlaşdıqca artır.

  5. Ekvator xəttində dəyişmir.




  1. Mayelərin xüsusi çəkisi yer kürəsinin müxtəlif yerlərində dəyişirmi?

  1. Bəli.

  2. Xeyir.

  3. Qismən.

  4. Ekvator xəttinə yaxınlaşdıqca artır.

  5. Ekvator xəttində dəyişmir.




  1. Mayelərin nisbi sıxlığı nəyə deyilir?

  1. Normal temperaturda mayelərin sıxlığının, distillə edilmiş suyun +4 0S temperaturdakı sıxlığına olan nisbətinə deyilir.

  2. Normal temperaturda mayelərin qatılığının, distillə edilmiş suyun +4 0S temperaturdakı sıxlığına olan nisbətinə deyilir.

  3. Normal temperaturda mayelərin kütləsinin, distillə edilmiş suyun +20 0S temperaturdakı sıxlığına olan nisbətinə deyilir.

  4. Normal temperaturda mayelərin qatılığının, distillə edilmiş suyun +10 0S temperaturdakı sıxlığına olan nisbətinə deyilir.

  5. Normal temperaturda mayelərin sıxlığının, distillə edilmiş suyun +10 0S temperaturdakı sıxlığına olan nisbətinə deyilir.




  1. Qazların nisbi sıxlığı nəyə deyilir?

  1. Qazların sıxlığının, normal şəraitdə götürülmüş quru havanın sıxlığına olan nisbətinə deyilir.

  2. Qazların qatılığının, quru havanın sıxlığına olan nisbətinə deyilir.

  3. Qazların miqdarının, quru havanın sıxlığına olan nisbətinə deyilir.

  4. Qazların qatılığının, normal şəraitdə götürülmüş quru havanın sıxlığına olan nisbətinə deyilir.

  5. Qazların miqdarının, normal şəraitdə götürülmüş quru havanın sıxlığına olan nisbətinə deyilir.




  1. Mayelərin və qazların sıxlığı temperaturun artması ilə necə dəyişir?

  1. Azalır.

  2. Artır.

  3. Qismən dəyişir.

  4. Çox az dəyişir.

  5. Nisbi dəyişir.




  1. Qazların sıxlığı təzyiqin artması ilə necə dəyişir?

  1. Artır.

  2. Azalır.

  3. Qismən dəyişir.

  4. Çox az dəyişir.

  5. Nisbi dəyişir.




  1. Mayelərin sıxlığı təzyiqdən asılı olaraq necə dəyişir?

  1. Dəyişmir.

  2. Az dəyişir.

  3. Qismən dəyişir.

  4. Nisbi dəyişir.

  5. Çox dəyişir.




  1. Sıxlığı ölçmək üçün hansı cihazlardan istifadə edilir?

  1. Üzgəcli, tərəzili, hidrostatik, hidroqazodinamik, radioizatopik.

  2. Mexaniki, hidravliki, elektrikli, tərəzili, hidroqazodinamik, radioizatopik.

  3. Üzgəcli, hidravliki, hidrostatik, tərəzili.

  4. Hidrodinamiki, mexaniki, elektrikli.

  5. Radioizatoplu, hidravliki, elektrikli, üzgəcli, hidroqazodinamik, hidrodinamiki.




  1. Qazların sıxlığının xüsusiyyətlərindən hansı sahələrdə geniş istifadə edilir?

  1. Daxili yanma mühərriklərində gücü artırmaq üçün yanıcı qarışığın tərkibinin normalaşdırılmasında, yanma kamerasına işçi qarışığın dolma əmsalının artırılmasında və sıxma təzyiqinin artırılmasında.

  2. Kompressor balonlarının hava ilə doldurulmasında, daxili yanma mühərriklərində gücü artırmaq üçün yanıcı qarışığın tərkibinin normalaşdırılmasında, yanma kamerasına işçi qarışığın dolma əmsalının artırılmasında və sıxma təzyiqinin artırılmasında.

  3. Raket texnikasında.

  4. Pnevmatik tormoz sistemlərində.

  5. Pnevmatik qaldırıcılarda, daxili yanma mühərriklərində gücü artırmaq üçün yanıcı qarışığın tərkibinin normalaşdırılmasında, yanma kamerasına işçi qarışığın dolma əmsalının artırılmasında və sıxma təzyiqinin artırılmasında.




  1. Təzyiq nə deməkdir?

  1. Müəyyən ölçülü səthə göstərilən təsir qüvvəsidir.

  2. Müəyyən ölçülü səthin müqavimətidir.

  3. Müəyyən ölçülü səthin daxilindəki seyrəklikdir.

  4. Müəyyən ölçülü səthin molekulyar quruluşudur.

  5. Müəyyən maddənin atom quruluşudur.




  1. Təzyiqin hansı növləri mövcuddur?

  1. Atmosfer, həqiqi, izafi və seyrəklik.

  2. Atmosfer, dinamiki, statik və həqiqi.

  3. Atmosfer, mexaniki, izafi və dinamiki.

  4. Atmosfer, izafi, statiki və dinamiki.


  5. Yüklə 0,61 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin