2007-ci ilin mayın 2-də “Auditorun peşə məsuliyyətinin icbari sığortası” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Bu qanuna əsasən, sığorta hadisəsinə - “audit sferasında qəbul edilən hüquqi normativ aktlar, standartlar və qaydalar üzrə tələblərin pozulması” aiddir.
Auditorun məsuliyyəti – müqavilənin predmetindən və icazə verilən kənarlaşmadan asılıdır.
Qüvvədə olan qanunçuluğa görə Azərbaycan Respublikasında sərbəst auditor hüququnu qazanmaq üçün aşağıdakı şərtlər tələb olunur (maddə6):
a)Həmin şəxs Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
b) Məhkəmənin qüvvəyə minmiş hökmü ilə maliyyə - təsərrüfat sahəsində müəyyən vəzifələr tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi;
v) mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquqşünas ixtisasları, üzrə ali təhsilə və ixtisas üzrə azı 3 il iş stajına malik olmalıdır;
c) sərbəst auditor imtahanlarını verməlidir. Tamah məqsədi ilə cinayət törətmək üstündə məhkum olunmuş və məhkumluq müddətini başa vurmamış şəxslər auditor ola bilməzlər. Öz ölkəsində auditor xidməti ilə məşğul olmaq hüququ olan xarici ölkə vətəndaşı Auditor Palatasının rəsmi icazəsi ilə hüquqdan Azərbaycan Respublikası ərazisində istifadə edə bilər.
Auditor adı almaq üçün imtahanlar Auditorlar Palatasının təyin etdiyi komissiya tərəfindən qəbul edilir. İmtahanlar Auditorlar Palatasının əsasnaməsində nəzərdə tutulan qaydaya uyğun olaraq təşkil edilir.
Azərbaycan Respublikasının ərazisində müstəqil auditor hüququ almaq üçün aşağıdakı şərtlər ödənməlidir:
Azərbaycan Respublikasının vətəndaşı olmaq;
Maliyyə-təsərrüfat fəaliyyəti sahəsində işləyən zaman məhkəmə tərəfindən məhkum olunmayan;
Mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquq üzrə ali təhsilli olan və ixtisası üzrə ən azı 3 il stajı olan şəxslər;
Müstəqil auditor olmaq üçün imtahan vermək.
Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüquqi əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.
Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, bu təşkilatın yaradılması uçün azı 3 sərbəst auditor olmalıdır.
Dostları ilə paylaş: |