Audit yoxlamasında ekspertin cəlb olunmasına yalnız audit aparılan iqtisadi subyektin razılığı ilə icazə verilir.
Ekspertin işindən alınan audit sübutlarının etibarlılıq dərəcəsini ekspertin subyektdən asılılığı azaldır.
Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.
Auditor təşkilatının yaradılması üçün azı üç sərbəst auditor olmalıdır.
Auditor təşkilatı audit olunan şəxsin razılığıilə ekspertin işindən istifadə edə bilər.
Məhsulun (işin, xidmətin) maya dəyəri məhsulun (işin, xidmətin) istehsalıprosesində istifadə olunan təbii ehtiyatlara, xammal, material, yanacaq və enerjiyə,əsas fondlara, əmək ehtiyatlarına, həmçinin məhsulun istehsalı və satışına sərfolunan digər xərcləri özündə əks etdirir.Məhsulun (işin, xidmətin) istehsalı və satışına sərf olunan xərclərin uçotuilkin sənədlərə əsasən istehsala və məhsul buraxılışına aid bütün əməliyyatlar üzrəqəbul edilmiş qaydaya əsasən aparılır.Xərclərin məhsul istehsalı və satışına aid edilməsinin düzgünlüyününyoxlanması çox vacib məsələlərdən biridir. Belə ki, məhsulun maya dəyərimüəssisənin işinin keyfiyyətini müəyyən edən ən mühüm qiymət göstəricisidir.Məhsulun maya dəyərinin həcmi mənfəətin, fondların və ehtiyatların, həmçininvergiyə cəlb olunan mənfəətin formalaşmasına təsir edir.
Xərclərin məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilməsinindüzgünlüyünün yoxlanması zamanı müxtəlif xərclərin ödənilməsinin mənbələrinindürüstlüyünü müəyyən etmək və hesabat göstəricilərini, xərclərin bitməmiş istehsalvə hazır məhsul arasında bölgüsünün düzgünlüyünü bilmək vacibdir.Audit apararkən mənfəətin vergiyə cəlb olunması zamanı nəzərə alınanmaliyyə nəticələrinin formalaşması haqqında qanunvericilik aktlarına istinad etməklazımdır.
Məhsulun (işin, xidmətin) maya dəyərini əmələ gətirən xərclərinmahiyyətinə uyğun olaraq aşağıdakı xərc elementləri üzrə qruplaşdırılır:
material cərcləri (qaytarılan tullantıların dəyəri çıxılmaqla);
əməyin ödənilməsi üzrə xərclər;
sosial ehtiyaclara ayrılmalar;
əsas fondların amartizasiyası.
Mövzu 10. Audit aparılma texnikası.
Dostları ilə paylaş: |