Şəkil 1. Yerüstü hava xəritəsi
MT850 barik topoqrafiya xəritələrinin işlənməsi.
İzotermlərin çəkilməsi zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:
İzotermlər qırmızı qələmlə bütöv xətlərlə hər 20 C-dən bir çəkilir. 00C izotermi fərqləndirmək üçün qırıq-qırıq qırmızı xətlə çəkilir. Isti adveksiya sahələrinin mərkəzlərində qırmızı qələmlə İ hərfi (Т), soyuq adveksiya sahələrinin mərkəzlərində göy qələmlə isə S (Х)hərfi yazılır.
Cəbhə xətlərinin çəkilməsi zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:
Cəbhə xətləri həmin xəritənin məlumatlarına (temperatur və külək) əsasən çəkilir.Cəbhə xətləri özünəməxsus şərti işarələrlə birlikdə qalın qara xətlərlə çəkilir.
Yağıntı zonaları təyin ediliməsi zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:
Şeh nöqtəsi çatışmazlığının kəmiyyətinə görə (20C-dən aşağı olan qiymətində) rütubətli sahələri aşkar edilib yaşıl rənglə rənglənir.
Barik mərkəzlər köçürülməsi zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:
Yerüstü hava xəritəsindən MT850 barik topoqrafiya xəritəsinə əsas barik sistem mərkəzləri köçürülür. Bu zaman siklonlar qara dairə şəklində, antisiklonlar isə boş dairə şəklində işarələnir.
Dostları ilə paylaş: |