Aviasiya meteorologiyası



Yüklə 0,86 Mb.
səhifə3/3
tarix21.03.2022
ölçüsü0,86 Mb.
#114925
1   2   3
Helikopter sb 1

Şəkil 2. MT850 barik topoqrafiya xəritəsi

MT700 barik topoqrafiya xəritələrinin işlənməsi.
İzotermlər çəkiliməsi:

İzotermlər qırmızı qələmlə bütöv xətlərlə hər 20 C-dən bir çəkilir.

00C izotermi fərqləndirmək üçün qırıq-qırıq qırmızı xətlə çəkilir.

Isti adveksiya sahələrinin mərkəzlərində qırmızı qələmlə İ hərfi (Т), soyuq adveksiya sahələrinin mərkəzlərində göy qələmlə isə S hərfi (Х) yazılır.



Cəbhə xətləri çəkiliməsi:
Cəbhə xətləri həmin xəritənin məlumatlarına (temperatur və külək) əsasən çəkilir.

Cəbhə xətləri özünəməxsus şərti işarələrlə birlikdə qalın qara xətlərlə çəkilir.


Yağıntı zonaları təyin ediliməsi:
Şeh nöqtəsi çatışmazlığının kəmiyyətinə görə (20C-dən aşağı olan qiymətində) rütubətli sahələr aşkar edilib yaşıl rənglə rənglənir.

Barik mərkəzlər köçürülməsi:
Yerüstü hava xəritəsindən MT700 barik topoqrafiya xəritəsinə əsas barik sistem mərkəzləri köçürülür.

Bu zaman siklonlar qara dairə şəklində, antisiklonlar isə boş dairə şəklində işarələnir.


İzallohipslər çəkilməsi:

İzallohipslər, yəni son 12 və ya 24 saat ərzində geopotensial hündürlüklərin eyni qiymətli dəyişmələrini göstərən xətlər olmaqla, MT700 xəritəsində qara qələmlə qırıq-qırıq xətlərlə hər 4 dp.dkm-dən bir keçirilir. Burada əvvəlki sutkaya nəzərən geopotensial hündürlüklərin fərqləri aşkarlanır və xəritəyə köçürülür. Bunun nəticəsində barik mərkəzlərin dərinləşməsi (siklonlarda) və dolması (antisiklonlarda) müəyyən edilir.Burada müsbət və mənfi şərti işarələrlə verilən rəqəmlər əvvəlki sutkaya əsasən geopotensial hündürlüklərin fərqini göstərir. Maksimal mənfi qiymətin qarşısında qırmızı qələmlə П ( падение), maksimal müsbət qiymətin qarşısında göy qələmlə Р ( рост) yazılır.





Şəkil 3. MT700 barik topoqrafiya xəritəsi

MT500 barik topoqrafiya xəritələrinin işlənməsi.

Yağıntı zonaları təyin edilir.

Şeh nöqtəsi çatışmazlığının kəmiyyətinə görə (2,50C-dən aşağı olan qiymətində) rütubətli sahələr aşkarlanıb yaşıl rənglə rənglənir.



Barik mərkəzlər köçürülür.
Yerüstü hava xəritəsindən MT700 barik topoqrafiya xəritəsinə əsas barik sistem mərkəzləri köçürülür. Bu zaman siklonlar qara dairə şəklində, antisiklonlar isə boş dairə şəklində işarələnir.

İzallohipslər çəkilir.
İzallohipslər, yəni son 12 və ya 24 saat ərzində geopotensial hündürlüklərin eyni qiymətli dəyişmələrini göstərən xətlər olmaqla, MT500 xəritəsində qara qələmlə qırıq-qırıq xətlərlə hər 4 dp.dkm-dən bir keçirilir. Burada əvvəlki sutkaya nəzərən geopotensial hündürlüklərin fərqləri aşkarlanır və xəritəyə köçürülür. Bunun nəticəsində barik mərkəzlərin dərinləşməsi (siklonlarda) və dolması (antisiklonlarda) müəyyən edilir. Burada müsbət və mənfi şərti işarələrlə verilən rəqəmlər əvvəlki sutkaya əsasən geopotensial hündürlüklərin fərqini göstərir.Maksimal mənfi qiymətin qarşısında qırmızı qələmlə П ( падение), maksimal müsbət qiymətin qarşısında göy qələmlə Р ( рост) yazılır.



Şəkil 4. MT500 barik topoqrafiya xəritə
Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin