Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması”



Yüklə 39,51 Kb.
tarix21.10.2017
ölçüsü39,51 Kb.
#8907

Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının yerli səviyyədə icra olunması ilə bağlı vəkillərin və hüquq müdafiəçilərinin bacarıqlarının artırılması”



A.B. və B.B. Evriliaya qarşı iş


  1. Ərizəçilər, A.B. və onun qızı B.B. Evrilianın Favoniya ilə sərhədində ucqar dağlıq ərazidə yerləşən Kalan kəndində məskunlaşmış Kroppa əsilli Evrilian vətəndaşlarıdır. Onlar müvafiq olaraq 1983-cü və 2002-ci illərdə anadan olublar.

  2. A.B. Kalanda özəl müəssisədə dərzi işləyir. Qızı, ərizəçi B.B. əlildir və əlil arabasından asılıdır. O, hazırda Kalanda üç məktəbdən birində, yuxarı ibtidai sinfə yazılıb (5-ci sinif).

  3. Kalan Favoniya sərhəddinin 5 kilometrliyində yerləşən və 56% Evrilian etnosları, 30% Favonian mənşəli və 14 % Kroppa etnoslarından ibarət əhali bölgüsünə malik kiçik şəhərdir. Kalanda üç məktəb var. Onlardan ikisi Evrilian dilindədir (1 və 2 saylı Məktəblər) və biri isə regionda Favonian etnoslarının böyük sayda əhalisinə görə Favoniya dilindədir (3 saylı Məktəb). 1 saylı Məktəb şəhər mərkəzində yerləşir, və ən nüfuzlu və buna görə də çox tələb olduğuna görə, bu məktəb yalnız qiymətləndirmə testindən sonra tələbələrin qeydiyyatına icazə verir. Kroppa etnoslarının 2 saylı Məktəbdə xüsusi sinfi var, lakin Kroppa dilində ixtisaslı müəllimlər olmadığına görə bütün tədris Evrilian dilində aparılır.

  4. B.B. Kroppa tələbələri üçün xüsusi sinifdə 2 saylı Məktəbdə təhsil alır. Keçən dərs ilinə qədər o, aşağı ibtidai məktəbdə idi və onun gündəlik cədvəli 4 və ya 5 saatdan çox deyildi. 2014-cü ilin sentyabrından başlayaraq o, yuxarı ibtidai sinfə başladı və onun cədvəli gündəlik 6-7 saata qədər uzandı.

  5. B.B.-nin vəziyyətinə görə, keçən dərs ilinə qədər işəgötürən tərəfindən A.B.-yə çevik iş saatına və 13.00-da işə başlamağa icazə verilirdi, beləliklə o, qızını məktəbə apara və onun xüsusi ehtiyaclar zamanı (onu tualetə aparmaq, yeməyə və su içməyə kömək etmək və s.) yanında qala bilirdi.

  6. Cari məktəb ilində qızının cədvəli uzandığı üçün o, artıq hər gün saat 13.00-da işə gəlməyə dair işəgötürən ilə razılaşmadan faydalana bilmədi və tam ştatlı iş müqaviləsinə görə yeni razılaşmaların mümkün olmayacağı barədə məlumatlandırıldı. Beləliklə, o, qızını məktəbə aparmağa davam edə bilməsi üçün müvəqqəti olaraq yarım ştat işləməyə qərar verdi.

  7. Əlil olduğu üçün və məktəb xüsusi avadanlıqlarla təchiz olunmadığı üçün (lift yoxdur, siniflər 3 mərtəbədə yerləşir, əksər siniflərdə qapılar və yazı stolları əlil arabalarından istifadəyə imkan vermir və tualetlər müvafiq şəkildə təchiz olunmayıb) A.B.-nin qızını məktəbə aparmasına ehtiyac vardı. Xüsusi Kroppa siniflərinə həmişə, əsas binadan ayrı, köhnə taxtadan hazırlanmış pilləkənı olan çardaqdakı (3-cü mərtəbə səviyyəsi) siniflər verilirdi. A.B. dərslər boyunca qızı ilə qalmalı idi, çünki onu qolların üstündə tualetə aparmaq lazım idi (tualet isə onun sinif otağından bir mərtəbə aşağıda yerləşirdi). Onun əlil arabası taxta pilləkənlə aparıla bilməzdi, ona görə də birinci ərizəçi qızını evə aparmaq üçün dərslərin sonuna qədər gözləməli idi. Bununla yanaşı, qızının əlilliyinə görə bir neçə sinif yoldaşı tez-tez onunla pis rəftar edirdilər və A.B. qızını tənəffüslər zamanı digər uşaqlardan qorumalı idi (uşaqlar ona yemək atır, əşyalarını oğurlayır, adlarla çağırırdılar və s.). A.B.-nin müəllimlərə etdiyi bütün şikayətlərinə polisə şikayət etmək tövsiyəsi ilə cavab verilirdi, belə ki, ona müəllimlərin şagirdlərə gözətçilik etməyə görə məsuliyyət daşımadığı bildirilirdi.

  8. 2014-cü ilin avqustunda, yeni tədris ilinin başlanmasından əvvəl, A.B. məktəb direktorundan xahiş etdi ki, B.B.-ni sinif otaqları əsas binanın birinci mərtəbəsində yerləşən normal siniflərdən birinə keçirsin; bu, qızının daha asan daşınmasına imkan yaradacaqdı ki, bu, həm də nənəsi tərəfindən edilə bilərdi, beləliklə, A.B. işə gedə bilərdi. Nənə qoca olduğu üçün B.B.-ni yuxarı pilləkənlərə daşıya bilmirdi.

  9. Direktor onun normal sinfə keçirmək barədə xahişini rədd etdi. O, ərizəçiyə bildirdi ki, Kroppa sinfinin tələbələrinin açıq-aydın aşağı səviyyəsinə görə B.B-nin normal siniflərdəki həmyaşıdları ilə ayaqlaşa bilməsi mümkün olmayacaq.

  10. O, ərizəçiyə bildirdi ki, o, qızını əlil şagirdlər üçün imkanlara malik olan 3 saylı Məktəbə köçürə bilər. Nə ərizəçinin, nə də ki, qızının Favoniya dilində danışa bilmədiyinə baxmayaraq, direktor bildirdi ki, o, qızı dili öyrənənə qədər onun Evrilian dilində imtahanları verməkdən azad olunması ilə bağlı xahiş edə bilər.

  11. A.B.-nin qızının 3 saylı Məktəbə keçirilməsi ilə bağlı xahişi heç bir əsaslandırma olmadan rədd edildi, bununla belə, ona qeyri-rəsmi şəkildə deyildi ki, onlar valideynlərin müxalif mövqeyinə görə Kroppa mənşəli tələbələri qəbul etməyə könülsüzdülər. Bununla yanaşı, məktəb Favoniya dilində tədris edir və ikinci ərizəçi həmin dildə danışmır. Ona həmçinin deyilib ki, məlum olduğu kimi Kroppa sinfi aşağı səviyyəlidir, o, inteqrasiya olunduğu istənilən sinfin müəllimlərinin işini çətinləşdirəcək.

  12. A.B. 2 və 3 saylı Məktəblərdən aldığı iki qərarı mübahisələndirərək, Kalan İnzibati Bələdiyyə Məhkəməsi qarşısında iddia qaldırdı.

  13. 28 avqust 2014-cü ildə məhkəmə 2 saylı Məktəbə fiziki imkanları məhdud olan şagirdləri avadanlıqlarla təmin etməyi və ya B.B-nin sinfini ən azından nənəsinin köməyi ilə gedə biləcəyi əsas binanın birinci mərtəbəsinə köçürməyi əmr etdi. B.B.-nin normal sinfə keçirilməsi barədə xahiş rədd edildi, belə ki, onun bütün sinfinin əlçatan yerə köçürülməsi tədbiri daha rahat olacaqdı və B.B. ilə onun normal siniflərdən olan həmyaşıdları arasındakı səviyyə fərqinə görə çətinliklər yaratmayacaqdı. Məhkəmə həmçinin qeyd etdi ki, Milli Təhsil haqqında Qanuna əsasən ərizəçi tələbələrin etnik kimliyinin qorunduğu şərtlərə malik olan məktəblərə getmək hüququna malikdir və buna görə də, Kroppa sinfində qalmaq onun marağındadır. Tərəflərdən heç biri şikayət vermədiyindən, qərar qüvvəyə mindi.

  14. Tədris ili sentyabrın 1-də başladı və B.B.-nin sinfinə əsas binanın birinci mərtəbəsindəki sinif otağı ayrıldı. Bunu bilən normal siniflərdən valideynlər uşaqlarının Kroppalarla qarışdırılmamasını qeyd edərək buna qarşı çıxdılar ki, onlar təhsilsiz və çox vaxt zorakı Kroppa uşaqları tərəfindən narahat edilirlər və məktəbdəki mühit ümumiyyətlə dəyişib.

  15. Kroppa uşaqlarının əsas binaya daxil olmasının və dərslərdə iştirak etməsinin qarşısını almaqla, ardıcıl iki gün davam edən valideynlərin fiziki müqavimətinin ardından direktor onları yenidən çardakdakı sinif otağına köçürməyə qərar verdi.

  16. Ərizəçi 2 saylı Məktəbin rəhbərliyinin birinci məhkəmənin qərarını yerinə yetirmədiyi ilə əlaqədar Bələdiyyə Məhkəməsinə şikayət etdi. O, adıçəkilən qərarın yerinə yetirilməsini və ya ikinci ərizəçinin normal sinfə keçirilməsini xahiş etdi. Alternativ olaraq, ərizəçi həmçinin B.B.-nin fiziki imkanları məhdud şagirdlər üçün şərtlərə malik olan 1 saylı Məktəbə keçirilməsini xahiş etdi. Əgər bu mümkün olmazsa, onun imtahanlarının və qiymətləndirmələrinin Evrilian dilində keçməsinə imkan verən xüsusi azadolunma şərti ilə 3 saylı Məktəbə yazılmasını və həmçinin birinci il ərzində Favoniya dilini öyrənmək imkanları ilə təmin olunmasını xahiş etdi.

  17. 15 sentyabr 2014-cü ildə bələdiyyə məhkəməsi 2 saylı Məktəbin fiziki imkanları məhdud olan şagirdlərin məktəbə daxil olmaları üçün şəraiti təmin etməsi barədə qərar verdi. İşlərin tamamlanmasına qədər, B.B. imtahanları və qiymətləndirmələri Evrilian dilində keçməyə imkan verən xüsusi azadolunma şərti ilə 3 saylı Məktəbə qəbul edilməli idi. B.B.-nin Favoniya dilini öyrənməsi üçün vasitələrin müəyyən edilməsinə dair qeyd yox idi. Hakim bildirdi ki, 1 saylı Məktəbə qeydiyyat mümkün deyil, çünki qəbul yalnız qabiliyyət testləri ilə həyata keçirilir və tələbələrin səviyyəsi digər məktəblərdəkindən, xüsusilə də Kroppa məktəbindən daha yüksək idi, belə ki, ikinci ərizəçi onlarla uyğunlaşa bilməyəcək və bu da onun maraqlarına uyğun deyil.

  18. Regional Təhsil Müfəttişliyinin (məhkəmələr qarşısında məktəb qurumlarını təmsil edən orqan) nümayəndəsi qərardan məhkəməyə şikayət verdi, lakin şikayət rədd edildi. Beləliklə, qərar 30 sentyabr 2014-cü ildə qüvvəyə mindi.

  19. 1 oktyabr 2014-cü ildən başlayaraq B.B. 3 saylı Məktəbə getdi, lakin o, Evrilian dilində qiymətləndirməni qəbul edən müəllimləri ilə problemlə üzləşdi, bununla belə o, Favoniya dili dərslərində fəal şəkildə iştirak etməyə və nə keçildiyini başa düşməyə çalışırdı. Nənəsi onu məktəbə aparırdı və ehtiyaclarını qarşılayırdı və həmçinin dərslərinə kömək edirdi, çünki o, bir az Favoniya dilində danışa bilirdi.

  20. 15 dekabr 2014-cü ildə 2 saylı Məktəbin direktoru ərizəçiyə məlumat verdi ki, büdcə məhdudiyyətlərinə görə məktəbin əlil arabasında məktəbə daxil olmaq üçün imkanların yaradılması üzrə işlərə başlaması mümkün olmamışdı. Bununla belə, o, Kroppa sinfinin əsas binanın birinci mərtəbəsindəki sinif otağına köçürülməsinə qərar verdi, lakin normal siniflərdən olan digər tələbələrin dərslərinə mane olmamaq üçün, dərslər günortadan sonra axşama qədər keçirilməli idi. Bu cür tənzimləməyə görə və bəzi müəllimlərin axşam dərslərində iştirak edə bilməməsi səbəbindən kurrikulum ixtisar ediləcəkdi.

  21. Ərizəçi bildirdi ki, qış tətillərindən sonra o, qızını geri gətirəcək və o, həmçinin 3 saylı Məktəbi qeydiyyatdan çıxarma barədə məlumatlandırdı.

  22. 5 yanvar 2015-ci ildə B.B. yenidən 2 saylı Məktəbin Kroppa sinfinə getməyə başladı. Onun sinif otağı nənəsinin köməyi ilə əlil arabasında gedə biləcəyi əsas binanın birinci mərtəbəsində yerləşirdi. Bununla belə, məktəbin tualetlərindən heç biri müvafiq avadanlıqla təchiz olunmamışdı və ərizəçinin onlardan istifadə etmək üçün hələ də köməyə ehtiyacı vardı.

  23. Onun gündəlik məktəb cədvəli 14.00-dan 20.00-a qədər idi. 17.00-dan sonraya təyin olunmuş dərslərin əksəriyyəti nadir hallarda keçirilirdi və bu zaman müəllimlər tələbələrə fərdi oxuma üzrə əsasları izah edir və daha çox ev tapşırıqları verirdi. Testlər şagirdlərin bilik və səviyyəsində azalma göstərdi və bir sıra valideynlər uşaqların yeni cədvəlinin təsirlərindən şikayət etdilər.

  24. 20 Yanvar 2015-ci ildə Kroppa sinfinin valideynləri ilə təşkil edilmiş illik görüşdə baş müəllim valideynlərə bildirdi ki, bu dəyişikliklər ərizəçinin hərəkətlərindən irəli gəlir və əgər onlar dərslərin yenə də səhərlər keçirilməsini arzu edirlərsə, onlar sinfin yenidən yuxarı mərtəbəyə köçürülməsinin mümkünlüyünü onunla müzakirə etməlidirlər. Ərizəçi izah etməyə çalışdı ki, o, övladını daha yuxarı (çardaq) sinif otağına daşımamaq üçün, ilkin olaraq sadəcə onun normal sinfə keçirilməsini xahiş etmişdi, lakin bu rədd edildiyindən, əlavə tərtibatlar məhkəmələrin qərarı olub. Digər valideynlər onu öz uşaqlarının məktəb şəraitinin pisləşdirilməsində təqsirləndirərək, arqumentlərinə etirazla qarşı çıxdılar. Tələbələrdən ikisinin valideynləri elan etdilər ki, onların uşaqları bu şərtlər altında artıq dərslərdə iştirak etməyəcək.

  25. Ərizəçi məktəb rəhbərliyinə baş müəllimin davranışından və həmçinin bir sıra dərslərin keçilməməsindən və bunun da xüsusi Kroppa sinfinə yazılmış uşaqların artıq aşağı olan təhsilinin ümumi səviyyəsinə təsir etməsindən şikayət etdi. O, həmçinin vurğuladı ki, ən yaxşı həll qızını normal sinfə keçirməkdi və qeyd etdi ki, əlil şagirdlərin məktəbə girişini asanlaşdıran işlərlə əlaqədar məhkəmə qərarı nəhayət ki, yerinə yetirilməlidir. O, rəsmi cavab almadı. Direktor ilə söhbət zamanı ona qeyri-rəsmi olaraq bildirildi ki, cari şərtlər altında Kroppa tələbələri üçün bundan başqa ediləcək heç nə yoxdur. Direktor həmçinin qeyd etdi ki, tezliklə ixtisaslı Kroppa müəllimləri olacaq və uşaqlar dövlət qanununa əsasən öz hüquqlarından istifadə edərək öz azlıq dillərində təhsildən faydalana biləcək və bu səbəbdən ikinci ərizəçi xüsusi Kroppa sinfində qalmalıdır. Bununla belə, Kroppa dilində tədris edə bilən ixtisaslı müəllimlərin olmaması heç kimin təqsiri deyil. Kroppalı uşaqların məktəbdən çıxma sayı hər il artır və onlardan əksəriyyəti ümumiyyətlə təhsil almır. Buna görə də məktəbin hazırda etdiyi cəhdlər qiymətləndirilməlidir.

  26. Ərizəçi xüsusi Kroppa sinfinə yazılmış qızının ayrı-seçkiliyə məruz qalması və fiziki imkanları məhdud olan tələbələrin kömək olmadan məktəbə getmələri üçün avadanlıqların olmaması ilə əlaqədar bələdiyyə məhkəməsinə şikayət etdi.

  27. Məhkəmə dərslərin cədvəlinin planlaşdırılması və təhsil haqqında Qanunun şərtləri çərçivəsində kurrikulumun ixtisarı barədə qərarın qəbul edilməsinin direktorun səlahiyyətində olduğunu qeyd edərək, fevralın 20-də onun iddiasını rədd etdi. Müəllimlərin dərslərdən yayınması kimi konkret hallar ayrı-seçkilik hesab edilə bilməz; bundan əlavə, ərizəçi müvafiq müəllimlərin adlarını qeyd etməklə məktəb rəhbərliyinə xüsusi olaraq şikayət etməlidir ki, lazım olarsa, onlara qarşı tədbirlər görülə bilsin. Onun fiziki imkanları məhdud olan şagidlər üçün şəraitin olmaması barədə şikayətinə gəldikdə isə məhkəmə hələ də qüvvədə olan əvvəlki qərarı qeyd etdi. Tərəflərdən heç biri şikayət vermədiyi üçün 20 fevral qərarı qüvvəyə mindi.

  28. İkinci ərizəçi hazırda məktəbdə pandus olmadığı üçün, əlil arabası ilə binaya daxil olmağa yardım edən nənəsinin köməyi ilə dərslərdə iştirak edir. Məktəb tualetlərindən istifadə etmək üçün onun köməyə ehtiyacı var və lift olmadığı üçün binanın hər hansı digər hissələrinə gedə bilmir.

  29. Birinci ərizəçi öz adından və qızı ərizəçi B.B.-nin adından Konvensiyanın təminat verdiyi hüquqlarının və azadlıqlarının pozulduğunu iddia edərək, AİHM-nə şikayət vermək niyyəti ilə hüquqşünasla əlaqə saxladı. 27 fevral 2014-cü ildə hüquqşünas imzalı etibarnamə ilə ərizəni Məhkəməyə göndərdi.

MÜVAFİQ YERLİ VƏ BEYNƏLXALQ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ


Evrilia Aİ-na namizəd ölkədir.

Evrilia aşağıdakı müvafiq beynəlxalq sazişləri imzalayıb və ratifikasiya edib:



  • Avropa İnsan Hüquqları Konvensiyası və onun bütün Protokolları

  • Yenidən Baxılmış Avropa Sosial Xartiyası

  • Uşaq Hüquqları haqqında Konvensiya və onun sonuncu Protokolları;

  • UNESCO tərəfindən qəbul olunmuş Təhsildə Ayrı-seçkiliyə əleyhinə Konvensiya.




  1. Evrilian Konstitusiyası


Maddə 3

Evrilianlar qanun qarşısında bərabərdir; onlar doğum, irq, cins, din, fikir və ya istənilən digər şərt və ya şəxsi yaxud sosial vəziyyətinə görə ayrı-seçkiliyə məruz qala bilməzlər....

Maddə 21

Hər kəsin təhsil hüququ vardır. 15 yaşına qədər məktəb təhsili icbaridir.


  1. Əlilliyi olan insanların mühafizəsi haqqında Qanun

Maddə 5


Dövlət müəssisələri, mədəni, idman və ya istirahət məqsədli binalar, eləcə də dövlət fondları ilə tikilmiş yaşayış binaları … əlilliyi olan insanların sərbəst girişinə imkan yaradacaq şəkildə inşa edilməlidir. 

  1. İnzibati Mübahisələr haqqında Qanun

İnzibati Mübahisələr haqqında Qanunun 62-ci bölməsi dövlət məmurlarının qanunsuz hərəkətlərindən konstitusional hüquqların və azadlıqların qorunması üzrə xüsusi prosedurları nəzərdə tutur, xüsusilə də aşağıdakı hallar mövcud olduqda iddia qaldırıla bilər: (a) artıq baş vermiş qanunsuz fəaliyyət; (b) belə fəaliyyət hökumət məmuru/orqanı/qurumu və ya başqa hüquqi şəxsin işidir; (c) fəaliyyət iddiaçının bir və ya daha çox konstitusional hüququnun pozulması ilə nəticələnib; və (d) milli hüquqi sistemi hər hansı digər bərpa vasitəsi nəzərdə tutmur.


  1. İbtidai Təhsil haqqında Qanun

Bölmə 2

İbtidai təhsilin məqsədi həyat və iş və ya daha sonrakı təhsil üçün lazım olan bilik, bacarıq, dünya görüşləri və vərdişləri əldə etməkdə şagirdə imkan yaratmaqdır.

Məktəb hər bir şagirdin bacarıqları və seçimlərinə əsasən onun mənəvi, fiziki, əxlaqi və sosial varlığının davamlı inkişafını təmin etməlidir.

İbtidai təhsilin məqsədləri bunlardır:

–  şagirdlərdə tədrisdə və problem həllində maraq və müstəqillik və eləcə də, yaradıcılıq, əxlaqi şüur, estetik zövqlər və meyarlar, özünü qiymətləndirmə və özünə və təbiətə qarşı məsuliyyət, iqtisadi və siyasi maarifləndirmə, əməkdaşlıq üçün tolerantlıq və bacarıq, insan hüquqlarına hörmət, nailiyyətlər və istəklər oyandırmaq və tərbiyələndirmək;

–  oxuma-yazma, ünsiyyət, hesab, elmi və texnoloji prinsiplər, tənqidi müşahidə, rasional arqumentasiya, yaşadığımız həyatı dərk etməyi və insanların və təbiətin, fərdlərin və dövlətlərin müstəqilliyini dərk etməyi öyrətmək.

İbtidai təhsilin məqsədləri və tapşırıqları müəyyən olunmuş tədris planları və proqramlarına əsasən həyata keçirilməlidir. İstisna hallar məktəb rəhbərliyinin qərarına əsasən və tədbir müvəqqəti xarakter daşıdığı halda, kurrikumların 30%-ə qədər ixtisarına icazə verir.

Bölmə 3


İbtidai təhsil ən azı səkkiz il davam edir. İbtidai təhsil prinsip etibarilə altı yaşından on beş yaşına qədər bütün uşaqlar üçün məcburidir.
Bölmə 7

Uşaqların və şagirdlərin aşağıdakı hüquqları var:

1) onlar bacarıqlarına, maraqlarına və qabiliyyətlərinə uyğun təhsil və tədris almalı, bacarıqlarına uyğun təhsillərini davam etdirməlidir; ...

Bölmə 43


İnzibati qurumda 12%-dən çox iştiraka malik azlıq qruplara məxsus olan ibtidai məktəb şagirdlərinin öz dillərində təhsil almaq hüquqları vardır.
Yüklə 39,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin