5.GÜCLƏNDİRİCİLƏR
5.1. Avtomatik sistemlərin gücləndiricilərinin təsnifatı
Həssas elementlərdən və yaxud verijilərdən alınan siqnalların güjü ijra elementini hərəkətə gətirmək üçün əksər hallarda kifayət qədər olmur. Bu isə öz növbəsində güjləndiricilərin tətbiq olunmasını tələb edir. Verijilərin çıxış güjü əsasən çox kiçik – 10-4-10-5 Vt hədlərində olduğu halda ijra mexavnizmini hərəkətə gətirmək üçün daha böyük güjlər tələb olunur. Bir sıra hallarda isə güjcləndiricilər gücləndirmə funksiyası ilə yanaşı həssas elementin çıxış siqnalını avtomatik idarəetmə sisteminin rahat işləməsi üçün daha münasib formaya çevirmə funksiyasını da yerinə yetirirlər.
İstifadə olunan enerjinin növünə görə gücləndiriji elementlər bir neçə sinfə ayrılırlar: elektrik, hidravlik, pnevmatik və kombinə edilmiş.
Elektrik gücləndirijiləri adətən müstəqil elementlər şəklində yerinə yetirilirlər.
Hidravlik və pnevmatik gücləndirijilər ya müstəqil elementlər kimi hazırlanır, yaxud da icra mexanizmlərinin (servomotorların) tərkibinə daxil edilirlər və bu halda onların ayrılmaz hissəsi olurlar. Bəzi ijra mexanizmləri köməkçi mühərriklər olmaqla idarəediji elementlərə (zolotnik, şırnaq borusu, idarəediji təsirlənmə dolağı və s.) malikdirlər.
Avtomatik sistemlərin əsas güjləndiriji elementi elektrik güjləndirijiləridir. Güjləndirmə prosesinin əsasını təşkil edən fiziki prinsipdən asılı olaraq belə güjləndirijilər elektron, maqnit, elektromexaniki və digər növlərə ayrılırlar. Elektron güjləndirijilərində güjləndiriji jihazlar kimi tranzistorlar, tiristorlar, inteqral mikrosxemlər istifadə olunur.
Dostları ilə paylaş: |