QURANA MÜRACİƏT EDƏK
Quranın dörd ayəsində "şira" kəlməsi, hamısında da "satmaq" mənasında işlənib. Bu ayələr aşağıdakılardan ibarətdir:
فَلْيُقاَتِلْ فِي سَبِيلِ اللهِ الَّذِينَ يَشْرُونَ الْحَياَةَ الدُّنْياَ بِالأخِرَةِ
"Dünya həyatını satıb axirəti alanlar, gərək Allah yolunda cihad etsinlər."21
وَ شَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَراَهِمَ مَعْدودَةٍ
"Yusifi ucuz qiymətə"bir neçə dirhəmə satdılar."22
وَ لَبِئْسَ ماَ شَرَوْا بِهِ اَنْفُسَهُمْ
"Özlərini necə də pis şeyə satdılar!"
Bu ayə sehr və cadu ilə məşğul olub özlərini onun müqabilində satanları məzəmmət edir. Bu üç ayə "şira" kilməsinin "satmaq" mənasında olduğunu sübut edir. Dördüncü ayə isə əvvəldə qeyd olunan "Leylətül-məbit" ayəsidir. Əgər yuxarıdakı üç ayədə "şira"nın əsl mənası məlum oldusa, onda nə üçün bu ayədə də onun öz həqiqi və aşkar mənasını götürməyək?! Halbuki, "şira" kəlməsi həm lüğətdə, həm də ərəblər içində "satmaq" mənasındadır.
Bəli, "şira" kəlməsini özünün əsl mənasında işlətməməyin səbəbi yanız puç təəssüb və inadkarlıqdır! Halbuki Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam)-ın gördüyü iş "satmaq", Süheybin gördüyü iş isə "satın almaq"la uyğun gəlir.
Pəhləvanların ən şücaətlisi İmam Əli (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in canını qorumaq, Qüreyş kafirlərinin o Həzrətə qarşı hazırladıqları sui-qəsdin qarşısını almaq üçün onun yerində yatdı. İmam Əli (əleyhissalam)-ın öz canını təhlükəyə salması Peyğəmbərlə əmioğlu olduğuna görə deyildi. (Çünki hər kəs öz canını hamıdan çox istəyir.) Əksinə, Əli (əleyhissalam)-ın bu işi yalnız Allahın razılığını əldə etmək üçün idi. İrfan istilahı ilə desək, Allahda fani olan bir kəs Onun razılığını qazanmaq üçün canını belə fəda etməyə hazır olur, şəhadət iftixarını dünya həyatından üstün tutur. İmam Əli (əleyhissalam) öz canını satıb, Allahın razılığını almağa hazır olduğuna görə Peyğəmbərin yerində yatmışdı. Deməli, bu ayə Süheybin haqqında deyil, Həzrət Əliyyibni Əbitalib (əleyhissalam) haqqında nazil olub.
Bu həqiqəti Əbdühün ustadı olan Seyyid Qütb və Fəxr Razi kimilər çox yaxşı dərk edirlər. Onların bu həqiqəti hətta bizdən də yaxşı dərk etmələri inkarolunmazdır. Lakin əql təəssüblə qarışdıqda nə etmək olar?! Bu ikisinin qarışığının nəticəsi haqqı-həqiqəti gizlətmək, haqq yolundan azmaqdır. Bizimlə qardaş olan islam alimlərinin kitablarında əqlin təəssüb və inadkarlıqla bu cür qarışması halları saysız-hesabsızdır. Məhz bu yersiz təəssübkeşlik müsəlmanlar arasında itthadı və birliyi iflic vəziyyətə salır.
Dostları ilə paylaş: |