Ayətullah Fazil Lənkərani


"Mən Məkkənin və Minanın oğlu, "Zəmzəm"in və "Səfa"nın oğluyam."



Yüklə 0,58 Mb.
səhifə18/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   14   15   16   17   18   19   20   21   ...   109
"Mən Məkkənin və Minanın oğlu, "Zəmzəm"in və "Səfa"nın oğluyam." Habelə,

اَنا وَ عَلِيٌّ اَبَواََ هذِهِ الاُمَّةِ



"Mən və Əli bu ümmətin (mənəvi) atasıyıq" kəlamını necə başa düşərsiniz? Sizcə, müsəlmanların bir-birinə salam verməsinin hökmünü bəyan edən

فَاِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَليَ اَنْفُسِكُمْ تَحِيّةً مِنْ عِنْدِ اللهِ



"Evlərinizə daxil olduqda "nəfslərinizə" salam verinذAllah tərəfindən olan bir salamla!"17 ayəsinə əsasən, siz bir evə daxil olub orada təkcə bir nəfəri görsəniz, ona salam verməz və "bu ayə bir nəfərə salam verməyi əmr etmir" deyərsinizmi?! Və "ənfusikum" cəmdir, ərəblər də "ənfus" kəlməsindən bir nəfərin mənasını başa düşmür"-deyə dəlil gərirərsinizmi?!

Bəli, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in "Biz də öz qadınlarımızı gətirək"-deyə buyurduğunu biz də qəbul edirik, lakin hədislərə əsasən, bu hadisədə İslamın ən ləyaqətli qadınını" Fatimə (əleyha səlam)-ı gətirdi.

Biz "nisaəna" (qadınlarımız) kəlməsindən Peyğəmbərin zövcələrinin başa düşülmədiyini iddia etmirik. Amma qadınların içində ən ləyaqətli İslam qadını Fatimə idi. Biz "nisaəna" kəlməsinin məfhumunun "qız" ilə eyni olduğunu iddia etmirik. Sadəcə olaraq Fatimənin (əleyha salam) İslamda ən nümunəvi qadın olduğunu, həmçinin "nisa"nın ən bariz nümunəsinin də məhz Fatimə olduğunu deyirik.

Biz "ənfüs" (nəfslər, canlar) kəlməsinin "nəfs"in cəmi olmadığını iddia etmirik. Biz deyirik ki, "ənfüs" kəlməsinin nümunəsi ruhu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in ruhu ilə bir, özü də İslamın bir hissəsi, yaxud İslamın özü olan şəxsdir. O da Həzrəti Əliyyibni Əbitalib (əleyhissalam)-dır, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mübahilə üçün kişilərdən yalnız onu özü ilə aparmışdı.

Biz "Mübahilə" ayəsi ilə iftixar edir, bu böyük hadisədə iştirak edənləri ən böyük şəxsiyyətlər hesab edirik. Çünki İslam aləmində yeganə nümunə qadın Fatimə (əleyha salam)-dır və (qadınlar içərisində) Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) münasib olan kəs də yalnız odur. Həmçinin, kişilər içində ruhu Peyğəmbərin ruhu ilə bir olan yalnız Əliyyibni Əbitalib (əleyhissalam)-dır. Peyğəmbərin həqiqi övladları da Həsən və Hüseyn (əleyhiməssalam)-dır ki, bunların da hamısı mübahilə üçün gəlmişdi.

Bu hadisə ilə əlaqədar münaqişə çoxdur. Biz onlara azacıq işarə ilə kifayətlənir, eyni zamanda bu cür yersiz təəssüblərdən gileylənirik.

وَ مِنَ الّناَسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغاَءَ مَرْضاَتِ اللهِ وَ اللهُ رَؤُوفٌ بِالْعِباَدِ

"Camaatdan bəziləri (Peyğəmbərin Mədinəyə köçdüyü gecə-"lelylətül-məbit" gecəsi o Həzrətin yatağında yatıb) Allahın razılığı xatirinə öz canlarını satırlar. Allah Öz bəndələrinə rəuf (çox rəfətli) və mehribandır."18

Seyyid Qütb "Fizilalil-Quran" kitabında bu ayənin romalı Süheyb ibni Sinan haqqında nazil olduğunu iddia edir, amma Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın çox təhlükəli bir vaxtda Peyğəmbərin yerində yatmasına əsla işarə etmir!19 "Əl-minar"ın müəllifi isə bu ayənin nə üçün nazil olduğu barədə heç nə demir!!

Amma böyük sünnü alimi Fəxr Razi Əliyyibni Əbitalib (əleyhissalam)-ın o gecə Peyğəmbərin yerində yatması haqqında dəyərli bir rəvayət nəql edir, lakin yuxarıdakı ayənin şəni-nüzulunu göstərən bu rəvayətin incəliklərinə əhəmiyyət vermir. O, əsl həqiqəti gizlətmək və ayənin Süheyb haqqında nazil olmasını sübut etmək üçün çox çalışıb, "şira" (ayədəki "yəşri" felinin köküdür) kəlməsinin "iştira" (yəştəri felinin məsdəridir) mənasına olduğunu iddia edib.20

Fəxr Razi belə yazır: Küfr və məsiyət (günah) nəfsin, günahgar şəxsin öz ixtiyarından çıxmasına səbəb olur. Günah edən şəxs sanki özünü oda satır. Bu halda onun üsyankar nəfsi, canı odun haqqı, mülkü olur. Əgər sonradan öz günah və cinayətlərindən əl çəkərək Allaha müti olsa, sanki öz canını oddan satın alır!" Fəxr Razi bu bəyanla ayədəki "şira" (satmaq) kəlməsini "iştira" (satın almaq) mənasında yozmaq istəyir. Onun dediyinə görə "əgər bir kəs Allahın razılığını qazanmaq üçün bir iş görürsə, sanki öz nəfsini oddan satın almış olur!"

Təbiidir ki, "şira" kəlməsini bu cür məna etsək (özünün "satmaq" mənasında deyil, "iştira" – satın almaq mənasında işlətsək) Süheybin işi ilə müvafiq olacaq. Çünki o, məkkəlilərin əlindən xilas olub Mədinəyə getmək, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) qoşulmaq üçün bütün mal-dövlətini əlindən verdi. Deməli, o, mal-dövlətini verdi və müsəlmanlara, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) qoşulmağı satın aldı ("iştəra").


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin