Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə27/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   23   24   25   26   27   28   29   30   ...   109

ZEYDİN CAVABİ


اَمّاَ بَعْدُ فَاَنَا ابْنُكِ الْخالِصُ لَئِنِ اعْتَزَلْتِ وَرَجَعْتِ اِليَ بَيْتِكِ وَاِ˙َ فَاَنَا اَوَّلُ مَنْ نابَذَك

"Ey Ayişə! Mən yalnız sənin bu müharibədən əl çəkib öz evinə qayıtdığın vaxt sənin sədaqətli oğlun olaram (və sən də möminlərin anası olarsan). Əks halda, mən özüm sənin ilk düşmənlərindən olacağam."

Zeydin Ayişəyə verdiyi bu cavab, həmin dövrdə müsəlman ümmətindən hər bir sinfin öz vəzifələri haqqında olan məlumatını açıq-aydın şəkildə göstərir. Zeydin nəzərində Ayişə o vaxt "möminlərin anası" ləqəbinə layiq ola bilər ki, özünün evdarlıq vəzifəsinə əməl etsin. Amma əgər müsəlmanların mühüm siyasi işlərinə baş qoşarsa, "möminləri anası" iftixarına nail ola bilməz, Zeyd də onun övladı sayılmaz.

Zeyd Quranda Peyğəmbərin zövcələri üçün təyin olunan vəzifəni Ayişəyə xatırladaraq deyir ki, o, öz evinə qayıdıb kişilərin işlərini özlərinə həvalə etməlidir, əks halda Peyğəmbərin zövcəsi kimi ehtirama layiq görülməyəcək və möminlərin anası ləqəbini əldən vercək. Belə olan halda Zeyd də onun övladın yox, düşməni olacaq, əlindəki qılıncla öz vəzifəsinə əməl edərək onu evinə qaytaracaq.

Təbəri yazır: Zeyd bu məktubdan sonra deyirdi:

رَحِمَ اللهُ اُمَّ الْمُؤْمِنِينَ اُمِرَتْ اَنْ تَلْزَمَ بَيْتَهاَ وَ اُمِرْناَ اَنْ نُقاَتِلَ فَتَرَكَتْ ماَ اُمِرَتْ بِهِ وَ اَمَرَتْناَ بِهِ وَ صَنَعَتْ ماَ اُمِرناَ بِهِِ وَ نَهَتْنا عَنْهُ

"Allah Ümmül-mömininə rəhmət eləsin! Onun işindən doğrudan da təəccüb edirəm. Ayişənin vəzifəsi evində oturub ev işləri ilə məşğul olmaq, bizim işimiz isə cihada getmək idi. Amma iş əksinə oldu: Ayişə müharibəyə gedir, ev işlərini görməyi isə bizə əmr edir. Bizim görməli olduğumuz işləri o görür və bizi həmin işlərdən çəkindirir."

Zeyd ibni Suhan bilir ki, "vəqərnə fi buyutikunnə" ayəsi Ayişənin vəzifəsini təyin edir. Lakin o, öz vəzifəsinin əksinə əməl edir və elə güman edir ki, müsəlmanların rəhbəri olmalı, Osamanın intiqamını almaq bəhanəsi ilə Cəmələ (erkək dəvəyə) minməlidir.

Zeyd ibni Suhan yaxşı-yaxşı dərk edir ki, Allah "Təthir" ayəsində müsəlmanlara rəhbərlik etməyi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in Əhli-beytindən olan Həzrət Əli (əleyhissalam)-ın öhdəsinə qoymuşdur. Məhz buna görə də onu himayə edib cihad meydanında iştirak etməyə, öz rəhbərini və İmamını müdafiə etmək kimi islami vəzifəsini yerinə yetirməyə həmişə hazır olur.

Zeyd İslam cəmiyyətinin müqəddəratının qadınların əli ilə həll olunmadığını, eləcə də "Təthir" ayəsinin Ayişəni təthir etmədiyini (paklamadığını) bilir və onun tutduğu işdən çox təəccüblənir, heyrətə dalır. Əgər "Təthir" ayəsi Ayişənin haqqında nazil olsaydı, Zeyd onun dəvətinə mənfi cavab verməz, onun bu işini İslama hörmətsizlik saymaz və hökmən "Ayişənin gördüyü hər bir iş Allahın inayəti ilədir, Allahın əzəli iradəsi onun pak, nəcabətli olmasını hökm etmişdir və onun bu işləri hamı üçün höccətdir"-deyərdi. Necə ki, Ümmü Sələmənin dediyi sözlər onun Həzrət Əli (əleyhissalam)-a itaət və onu müdafiə etməsinə səbəb olmuşdu.

Zeyd yalnız buna görə Ümmü Sələmənin sözünü mötəbər sənəd kimi qəbul edir və Ayişənin gördüyü işi İslam dininin əleyhinə olan bir əməl hesab edirdi ki, o, "Təthir" ayəsinin Ayişənin barəsində deyil, Həzrət Əli və Əhli-beytin sair üzvləri barəsində nazil olduğunu bilirdi. Zeyd Ümmü Sələmənin Allah-Taala tərəfindən Peyğəmbərin zövcələri üçün nazil edilən ayələrin hökmünə əməl edərək, öz vəzifəsini layiqincə yerinə yetirdiyini gördüyü üçün onun sözünə inanır və öz canını Əli (əleyhissalam)-ın yolunda fəda edir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin