Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


«Qazandıqları günahlar üzündən insanlara dənizdə, quruda bəla üz verər. Bəzi işlərinin əvəzini Allah onlara daddırar ki, bəlkə tövbə edələr, haqqa dönələr».1



Yüklə 202,7 Kb.
səhifə26/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   57
«Qazandıqları günahlar üzündən insanlara dənizdə, quruda bəla üz verər. Bəzi işlərinin əvəzini Allah onlara daddırar ki, bəlkə tövbə edələr, haqqa dönələr».1

Bu ayənin hökmünə görə, Allah əmr bə məruf və nəhy əz münkər tərk edən şəxsə lənət edər.

Həqiqətən də islam dini siyasi, dini və mədəni qanunları və xoşbəxtliyi qovuşma səbəblərini nə qədər gözəl şəkildə cəmləmişdir. Bunları yerinə yetirmək üçün hər bir müsəlman böyük bir qüvvədir. «Hamınız cobansınız və hamınız məsuliyyət daşıyırsınız» buyurulmuşdur. Buna görə də hər bir şəxs müsəlman sərhədlərini qorumağa, yaxşılığı buyurmağa, pisliklərdən çəkindirməyə və bu buyuruqlarla hərəkət etməyə borcludur. Bu zaman bunun fayda və nəticələri ümumi olar ki, burada şərh etməyə ehtiyac duymuruq. Belə bir siyasət hansı dində var? İslamda həm bir insanın o birinə nəzarətçi olması, onu qoruması, ən böyük və böyük olduğu qədər də ən incə və əsaslı bir fəlsəfədir və bu hansı dində mövcuddur?

İslamda hər hansı bir şəxsin boynuna üç borc düşür: öyrənmək, öyrəndiyinə əməl etmək və öyrətmək. Düşün və bu dinin buyurduqlarını anla. Bir də müsəlmanların bu günkü vəziyyətinə bax. La hələ və qüvvətə illa billah.

Bunlar imamiyyənin islam şəriətində uyğun olan əsas ibadətləridir ki, yalnız adlarını və əsllərini söyləməklə kifayətləndik.

MÜAMİLAT
Bunlar ikitərəfli olur. Bir tərəfdən gərəklilik, o biri yandan qəbul şərtləri. Mühüm bir hissəsi mala aiddir və iki qismdir:

Lazım olan əqdlər satış, kirayə vermək, razılaşmaq, ödənc, borc kimi caiz əqdlərdir ki, bunlar çoxlu sayda müxtəlif fiqh kitablarında ətraflı dəlillərlə şərh olunub. Əshabımız (Allah onlardan razı olsun) bu müamilələrdənki hökmlərin heç birində, heç bir vəchlə, ibadətlərdə olduğu kimi, kitab və sünnətdə ayrılmadılar.

Şiəliyə görə, ticarətdə, icarədə, bir sənətdə, ziyarətdə, yaxud da bunlara bənzər hər hansı bir vasitə ilə mal qazanmaqda şəri yolla hərəkət etmək lazımdır. Qəsb, xəyanət, aldatmaq, hiylə kimi qeyri-şəri yollarla qazanc haramdır. Bu işdə müsəlman bir yana dursun, kafiri belə aldatmağın özü halal deyil.

Bundan əlavə ailə həyatına, nəslin törəməsinə əsaslanan əqd də var ki, bu da iki qisimdir:

1) Daimi əqd. Bu evlənməkdir. Qurani-Kərimin Nur surəsinin 32-ci sayəsində buyurulur:
وَأَنْكِحُوا الْأَيَامَىٰ مِنْكُمْ


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin