432. İmam Zeynülabidin (ə): "Risalətül-hüquq" kitabında buyurur: "Həyat yoldaşının sənin bounundakı haqqı budur ki; biləsən, Allah onu sənə rahatlıq və ünsiyyət mənbəyi qərar verib. Bil ki, bu, Tanrı tərəfində sənə əta olunmuş bir lütf və nemətdir. Ona hörmət göstərib, onunla mehriban davranmalısan. Hər nə qədər, sənin haqqın onun boynunda daha vacib olsa belə. Onun sənin boynunda olan haqqı budur ki, onunla mehriban davranmalısan, çünki o, sanki sənin əsirindir. Onu yemək və geyimlə təmin etməlisən. Cahillik etdiyi zaman onu bağışlamalısan."1
Dostları ilə paylaş: |