433. İmam Zeynülabidin (ə): "Risalətül-hüquq" kitabında buyurur: "Evlənmək yolu ilə sənin ixtiyarında olanın, (həyat yoldaşının) haqqı budur ki, biləsən, Allah onu rahatlıq qaynağı, ünsiyyət və sənin qoruyanın qərar verib. Həmçinin, siz ər və arvaddan hər biriniz digərinizin vücuduna görə Allaha şükür etməlisiniz. Bil ki, bu, Allahın ona verdiyi ne`mətdir. Bu ne`mətlə xoş rəftar etməyiniz vacibdir. Bu nemətin qədrini bil və onunla xoş rəftar et.
Doğrudur ki, istədiyin və istəmədiyin işlərdə zövcənin sənə itaəti çətin və səndən ona itaət lazımdır. O, yerə qədər ki, günah olmasın. Lakin, o qadının sənin boynunda da mehribançılıq və ünsiyyət haqqı vardır. Sənin məqamının hifz olunması onun ətəyindədir. Kam almaq və ləzzət almaq özü böyük bir haqqdır."2
Dostları ilə paylaş: |