Kitabın əvvəlində işarə olundu ki, ailə qurmağın üsullarında ilkin şərt, bu yöndə düzgün və səmimi niyyətin olmasıdır. Elə bu səbəbdən də, nəsli çoxaltmaq, lovğalanmaq, şöhrətpərəstlik, həyat yoldaşının sərvəti və yaxud da, ailəsinin şan-şöhrətinə xatir evlənmək, dinimizdə dəyərsiz sayılmış, tənqid olunmuşdur.
Diqqət etmək lazımdır ki, bu mələyə riayət etməmək ailə quruluşunun möhkəmliyinə zərbə vurur və onun dağılmaına zəminə yaradır. Allahın elçisi (s) buyurur: "Qızlarınızı (qohumluq əlaqələrinin möhkəmləndirmək məqsədilə) yalnız qadınınızın qohumları1 ilə evləndirməyin. Çünki bu iş, (qohumluq) əlaqələrinin kəsilməsinə səbəb olar."2
Həmçinin, rəvayət olunur ki; "Kim bir qadınla (yalnız tayfasının) gücünə xatir ailə qursa, Allah-təala yalnız onun miskinliyini çoxaldar. Kim bir qadınla zəginliyinə görə evlənsə, Allah-təala onun sərvətini azaldar. Hər kəs qadının tayfasının şöhrətinə görə evlənsə, Allah-təala onu xar edər. Hər kəs gözünü haramdan qorumaq, iffətini təmiz saxlamaq və qohumluq əlaqəsi yaratmaq xatirinə evlənsə, Allah-təala bu ər-arvada öz xeyir-bərəkətini əsirgəməz."3
İmam Sadiq (ə) bir rəvayətdə buyurur: "Kişi qadınla (yalnız) onun gözəlliyi və ya mal-dözləti xatirinə evlənsə, (Allah ona hamilik etməyib,) onu elə bu gözəlliyin və sərvətin öhdəsinə buraxar. Amma dininə, imanına görə onunla ailə həyatı qurarsa, Allah gözəllik və zənginliyi də ona qismət edər."1
Evlənərkən, hər iki tərəfin etik olmayan hədəfləri qarşıya məqsəd qoymaları, möhkəm və sağlam ailə quruluşunun ən əsas səbəblərini, saf, ülvi məhəbbəti və ailə müqəddəsliyini təhdid edən amildir. Elə buna görə də, bu bəlaya düçar olan ailələr daim dağılma təhlükəsi ilə üzləşir.
Dostları ilə paylaş: |