429. "Məkarimül-əxlaq": Xəvlə, Allahın elçisinə (s) dedi: Mən özümü bəy evinə köçən gəlinlər kimi bəzəyib, ərimin yatağına gedirəm. Amma o, arxasını mənə çevirib, yatır. Mən (yenə də) onun qarşısına gedirəm. Amma yenidən arxasını mənə çevirir. Sanki mənə nifrət edir. Ey Allahın elçisi! Söylə, mən nə edim?
Peyğəmbər (s) buyurdu: "İlahi təqvaya üz gətir və ərinə itaət et."
- Mənim onun boynunda hansı haqlarım var?
- "Sənin haqqın budur ki, ö, özü necə yeyirsə, necə geyinirsə1 səni də beləcə yedirib, geyindirsin. Sənə şillə vurmasın, üzərinə bağırmasın."
- Onun mənim boynumdakı haqları hansılardır?
- "Onun sənin boynundakı haqqı burud ki, ərinin icazəsi olmadan evdən çölə getməyəsən. Onun icazəsi olmadan müstəhəbb oruc tutmayasan. Onun izni olmadan evindən (yəni; ərinin malından) sədəqə verməyəsən. Hətta dördayaqlıya (at, dəvə...) mindiyin halda belə olsa, ərin səni yanına çağırırsa, onun istəyini verinə yetirməlisən."2
430. Allahın rəsulu (s): Qiyamət günü ilk düşmənçilik edən şəxslər, ər-arvadlar olacaq. Allaha and olsun ki, qadının dili deyil, əlləri-ayaqları onun ərindən xəbərsiz etdiyi əməllər haqqında əleyhinə danışacaq, şahidlik edəcəklər. Kişinin də, əlləri və ayaqları onun qadını haqda etdiyi (pis) əməlləri barəsində xəbər verəcəkdir.3
4\4
Dostları ilə paylaş: |