Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə207/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   203   204   205   206   207   208   209   210   ...   282

c) Qadının ailədə vəzifələri


Kişinin ailə idarəçiliyində öhdəsinə aldığı vəzifələr olduğu kimi, qadının da, özünə xas olan vəzifələri vardır:

1- Ərin ailədəki müdiyirrətini qəbul etmək


Ailə sanki cəmiyyətin kiçik modelidir. Onun idarəsi, böyük cəmiyyətlərdə olduğu kimi vahid bir müdiyiyyyətə və rəhbərliyə bağlıdır. Çünki kişi və qadının nəyisə birlikdə idarə etməsi mənasız görünür. Deməli, onların biri müdir və digəri isə onun müavini və müşaviri olmalıdır. Qurani-kərim açıq-aşkar, ailənin kişinin rəhbərliyi altında olduğnunu buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir."2

Şübhəsiz, ayənin məqsədi, kişini lovğalandırmaq və qadının hüqunu taptamaq deyildir. Həqiqətdə, Qurani-kərim müdiriyyət məsələsində kişini qadına tərcih verməklə, üstün bilməklə birlikdə, qadının da, hüquqlarının riayət olunmasına təkid edir: "(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər."1

Ayənin məqsədi budur ki; qadın kişinin hüquqlarını riayət etməli olduğu kimi, kişi də qadının hüquqlarını roayət etməlidir. Başqa bir ibarətlə desək,; vəzifə, hüquqdan ayrı deyildir. Qadınların kişilər qarşısında (əxlaqi cəhətdən və ya şəri cəhərdən) yerinə yetirməsi vacib olan vəzifələri olduğu kimi, kişilər də qadınların (əxlaqi cəhətdən və ya şəri cəhərdən) yerinə yetirməsi vacib olan hüquqlarını riayət etməlidirlər. Bu hüquqları və vəzifələri birlikdə qarşı-qarşıya qoyduqda, qadınlar haqqında ədalətsizlik edilmədiyinin şahidi oluruq.

Qurani-kərimin baxışı ilə məsələyə diqqət yetirdikdə, görərik ki; qadın və kişinin ruhi və cismi cəhətdən fərqli olması, qadının nəfəqəsinin (xərclərinin) təmin edilməsinin kişinin öhdəsinə qoyulması, bir növ, kişiyə ailədə rəhbərlik vəzifəsinin verilməsi və qadının onun əmirlərinə tabe edilməsi üçün şərait yaradır.

Bunu da qeyd etmək yerinə düşərdi ki, bir çox hədislərimizdə, qadının öz ərinin ailədəki rəhbərliyini qəbul etməsi müqabilində, behiştlə mükafatlandırılacağı vəd edilir.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin