Sükut və əməkdaşlıq dövrü
Mәncә, әziz Peyğәmbәrin (s) vәfatından sonra yaşadığı
otuz il Əmirәlmömininin (ә) hәyatının әn ağır dövrü
olmuşdur. Böyük vә әziz Peyğәmbәrin (s) sayәsindә mübarizә
apardıqları, cihad etdiklәri zaman şirin vә yaxşı günlәr idi. Acı
günlәr Peyğәmbәrin (s) vәfatından sonra başladı. Bu dövrdә
bәzәn fitnә buludları üfüqü o qәdәr qaraldırdı ki, düzgün
addım atmaq istәyәnlәr bir addım da irәlilәyә bilmirdilәr.
Əmirәlmöminin (ә) belә bir şәraitdә fәdakarlığın әn böyük
imtahanını verdi.
1
Nәhcül-bәlağә, xütbә 197
58
Əvvәla, Peyğәmbәrin (s) vәfatı zamanı Əmirәlmöminin (ә)
vәzifәsini yerinә yetirmәklә mәşğul idi. Deyә bilmәrik ki, o,
İslam dünyasında hakimiyyәtin taleyini hәll edәcәk bir
toplantının keçirildiyini, yaxud bunun mümkünlüyünü
bilmirdi. Əmirәlmömininin (ә) problemi bu deyildi, onun üçün
özü әhәmiyyәt kәsb etmirdi. Xilafәt mәsәlәsi hәll olunandan,
xalq Əbubәkrә beyәt edәndәn vә hәr şey bitәndәn sonra
Əmirәlmöminin (ә) kәnara çәkildi. Bu zaman ondan
hakimiyyәtә qarşı bir cümlә, yaxud söz eşidilmәdi. İlk
günlәrdә haqq bildiyini vә hәyata keçmәli olanı
reallaşdırmağa çalışırdı, sonra isә xalqın beyәt etidiyini,
mәsәlәnin bitdiyini vә Əbubәkrin müsәlmanların xәlifәsi
olduğunu görәndә narazı olsa da, İslam tarixindә hakimiyyәt
üçün heç bir zәrәrin, tәhlükә vә tәhdidin olmadığı bir insan
kimi tanınır. Əmirәlmöminin (ә) çox sürmәyәn, bәlkә dә bir
neçә aya qәdәr davam edәn birinci dönәm bitәndә deyirdi:
"Bilirsiniz ki, mәn xәlifәliyә başqalarından daha layiqәm".
Deyirdi ki, bunu özünüz dә bilirsiniz, amma Allaha and olsun,
müsәlmanların işlәrinin sağlam şәkildә getdiyini bilincә,
kiminsә zülmә mәruz qalmadığını görüncә әlimi әlimin
üzәrinә qoyub tәslim olacağam. Yәni nә qәdәr ki, xalqa zülm
olunmur vә yalnız mәnim haqqım tapdanır, heç kimlә işim
olmayacaq, heç bir etiraz etmәyәcәyәm.
1
Qısa müddәtdәn, bәlkә dә bir neçә aydan sonra bәzi qruplar
dindәn çıxmağa başladılar. Bu işdә müәyyәn qüvvәlәrin dә
rolu ola bilәrdi. Bәzi әrәb qәbilәlәri Peyğәmbәrin (s), İslam
rәhbәrinin olmadığını duyub etiraz etmәk vә vuruşmaq üçün
bir bәhanә axtardılar, bәlkә dә münafiqlәr onları buna tәhrik
edirdilәr. Hәr halda, dindәnçıxma tendensiyası vә bunun
ardınca uyğun döyüşlәr başlandı. Vәziyyәt belә olanda
Əmirәlmöminin (ә) gördü ki, kәnarda oturmaq zamanı deyil,
hakimiyyәti müdafiә etmәk lazımdır. Buyurur ki, xilafәt
mәsәlәsi hәll olunanda vә Əbubәkr müsәlmanların xәlifәsi
1
Yenә orada, xütbә 74
59
seçilәndә çәkilib kәnarda oturdum, sonradan xalqın bir
qisminin İslamdan çıxaraq onu mәhv etmәk istәdiyini görәndә
isә işә qarışdım.
1
Əmirәlmöminin (ә) fәal şәkildә proseslәrә
qatıldı vә bütün mühüm ictimai mәsәlәlәrdә iştirak etdi.
Onun özü üç xәlifәnin 25 illik xilafәti dövründәki iştirakını
vәzirlik adlandırır. Osmanın qәtlindәn sonra Əmirәlmöminini
(ә) xәlifә seçmәk istәyәndә buyurdu ki, mәn әmir olmaqdansa,
keçmişdәki kimi vәzir olsam yaxşıdır; icazә verin vәzir olum.
2
O burada özünün 25 illik mövqeyini vәzirlik adlandırır. Yәni
cәmiyyәtin idarәsindә daim mәqsәdlәrin xidmәtindә durur,
xәlifәlәrә kömәk edirdi. Bu da olduqca böyük fәdakarlıqdır.
İnsan Əmirәlmömininin (ә) necә fәdakarlıq göstәrdiyini
düşünәndә hәqiqәtәn dәhşәtә gәlir.
Bu 25 il әrzindә qiyam, çevriliş, dәstә toplamaq vә
hakimiyyәtә gәlmәk haqda düşünmәdi. Belә şeylәr insanların
beyninә gәlir. Əziz Peyğәmbәr (s) dünyadan köçәndә Əlinin
(ә) tәxminәn 30-32 yaşı vardı. Sonralar da gәnclik, fiziki
qüvvә vә fәallıq dövrünü yaşayırdı. Xalq arasında hörmәti,
dәrin düşüncәsi, çoxlu elmi vә bir insan üçün mümkün olan
bütün müsbәt cәhәtlәr onda yüksәk hәddә mövcud idi. O, bir
iş görmәk istәsәydi, mütlәq bacarardı. Bu 25 ildә
Əmirәlmöminin (ә) başda xәlifәlәrin durduğu İslam
quruluşunun ümumi mәqsәdlәrinә xidmәtdәn başqa bir
hәrәkәt etmәdi vә onlardan da heç bir narazılıq görünmәdi.
Hәm dә bu dövrdә çox böyük hadisәlәr baş verdi. Mәn indi
tarixi hadisәlәrin izahına keçmәk istәmirәm.
İkinci xәlifәnin vәfatından sonra Əmirәlmöminini (ә)
altınәfәrlik şuraya dәvәt etdilәr. İmam ona qoşuldu, küsüb
demәdi ki, bunlar mәnim tayım deyillәr, Tәlhә, Zübeyr,
Əbdürrәhman ibn Övf vә Osman hara, mәn hara. Ömәrin
vәsiyyәtinә әsasәn, öz aralarından bir nәfәri xәlifә seçmәk
üçün altınәfәrlik şura tәşkil olundu. Bu altı nәfәrin arasından
1
Yenә orada, mәktub 62
2
Yenә orada, xütbә 92
60
xәlifәlik üçün hamıdan çox şansı vardı. Əbdürrәhman ibn
Övfün sәsi tәyinedici idi. Əmirәlmömininin (ә) iki sәsi vardı:
özü vә Zübeyr. Osmanın da iki sәsi vardı: özü vә Tәlhә.
Əbdürrәhman ibn Övfün dә iki sәsi vardı: özü vә Sәd ibn Əbi
Vәqqas. Odur ki, Əbdürrәhman ibn Övfün seçimi tәyinedici
idi. Əli (ә) ilә beyәt etsәydi, xәlifә o olacaqdı, Osmanla beyәt
etsәydi Osman. Əvvәlcә Əmirәlmömininә (ә) tәklif etdi ki,
Allahın kitabı, Peyğәmbәrin (s) sünnәsi vә öncәki iki xәlifәnin
yolu ilә hәrәkәt etsin. İmam buyurdu ki, mәn Allahın kitabını
vә Peyğәmbәrin (s) sünnәsini qәbul edirәm, iki xәlifәnin yolu
ilә isә işim yoxdur, onların ictihadına deyil, öz ictihadıma
әmәl edәcәyәm. O, doğru vә haqq bildiyindәn azca güzәştә
getmәklә hakimiyyәtә gәlә bilәrdi. Amma bir an da bu haqda
düşünmәdi vә hakimiyyәti әldәn verdi. Burada da fәdakarlıq
etdi, özünü әsla nәzәrә almadı vә xeyrindәn keçdi.
Osmanın onikiillik hakimiyyәtinin sonlarında etirazlar
artdı, çoxları ona müxalif oldu. Misirdәn, İraqdan, Bәsrәdәn
vә digәr yerlәrdәn Mәdinәyә toplaşıb böyük bir izdiham
yaratdılar, Osmanın evini mühasirәyә alıb hәyatını tәhdid
etdilәr. Bu zaman Əmirәlmömininin (ә) yerindә olan nә
edәrdi? Özünü xilafәt haqqına sahib bilәn, 25 ildir öz
hüququndan mәhrum edilәn, indiki hakimin әmәllәrinә dә
etirazı olan bir şәxs xәlifәnin evinin mühasirәyә alındığını
görür. Adi adamlar, hәtta böyük şәxsiyyәtlәr burada nә
edәrlәr? Tәlhәnin, Zübeyrin, Aişәnin vә bu hadisәdә hәr hansı
formada әli olan digәr şәxslәrin gördüyü işi görәrlәr. Osmanın
qәtli İslam tarixinin çox mühüm hadisәlәrindәn biridir.
Nәhcül-bәlağәyә, İslam tarixinә vә әdәbiyyatına baxanda
Osmanın qәtlinә sәbәb olanların vә onu öldürәnlәrin kimliyi
tamamilә aydın olur. Sonralar Osmanla dostluq iddiasını şüar
seçәnlәr arxadan xәncәr vurdular vә gizlicә tәhrik etdilәr. Əmr
Asdan soruşdular ki, Osmanı kim öldürdü? Bir sәhabәnin
adını çәkib dedi ki, filankәs xәncәrini düzәltdi, filankәs itilәdi,
filankәs zәhәrә buladı, başqa birisi dә zәrbәni endirdi. Hәqiqәt
dә budur.
61
Əmirәlmöminin (ә) bu hadisәdә tam ixlasla dini vәzifәsinә
әmәl etdi. İki dәyәrli gövhәr vә Peyğәmbәrin (s) iki yadigarı
olan Hәsәn vә Hüseyni (ә) Osmanı müdafiә etmәk üçün onun
evinә göndәrdi. Müxaliflәr Osmanın evinin әtrafını sarıb
içәriyә su buraxmırdılar. Əmirәlmöminin (ә) Osmana su vә
yemәk göndәrdi. Osmana qәzәblәnәnlәrlә dәfәlәrlә söhbәt
edib onları sakitlәşdirmәyә çalışdı. Onlar Osmanı öldürәndә
Əmirәlmöminin (ә) qәzәblәndi.
Burada da bütün insanların malik olduğu mәnәm-
mәnәmlik, eqoistlik vә şәxsi hisslәr Əlidә (ә) әsla müşahidә
olunmur. Osman öldürülәndә Əli (ә) hörmәtli bir şәxsiyyәt vә
xilaskar insan kimi meydana çıxıb deyә bilәrdi ki, ey camaat,
daha qurtuldunuz, xilas oldunuz. Xalq da onu sevәrdi. O isә
belә etmәdi. Osmanın qәtlindәn sonra Əmirәlmöminin (ә)
hakimiyyәtә can atmadı. Bu ruh nә qәdәr böyükdür: "Mәni
buraxın vә başqasına müraciәt edin"
1
. Deyirdi ki, başqasını
xәlifә seçsәniz, mәn onun kәnarında vәzir – yardımçı vә
mәslәhәtçi olaram. İmam bu sözlәri hәmin gün buyurdu, xalq
isә qәbul etmәdi vә Əlidәn (ә) başqa bir şәxsi hakim seçә
bilmәzdi.
Dostları ilə paylaş: |