Az ərbaycan Respublikasında telekommunikasiya V ə informasiya texnologiyalarının inkişafına dair Strateji Yol X


Şəkil 10. 700 MHs tezliyin şəhər əraziləri ilə yanaşı, kənd yerlərində də



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə27/62
tarix26.11.2023
ölçüsü1,61 Mb.
#136506
1   ...   23   24   25   26   27   28   29   30   ...   62
Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

Şəkil 10. 700 MHs tezliyin şəhər əraziləri ilə yanaşı, kənd yerlərində də 
t
ətbiqi vasitəsilə coğrafi fərqi azaltmaq imkanı 
M
ənbə: “NSN APT700” müzakirə sənədi
Fiber-
optik şəbəkənin yaradılması üçün kənd yerlərində tələb olunan vaxtın və 
kapital x
ərclərinin yüksək olması nəzərə alınmaqla, sabit genişzolaqlı şəbəkə 
infrastrukturunun yaradılması əvəzinə, alternativ variant kimi mobil genişzolaqlı 
şəbəkəyə (LTE) daha çox üstünlük verilə bilər. 
Bu baxımdan, tənzimləyici qurum və aidiyyəti dövlət orqanları tərəfindən fiber-
optik şəbəkənin və müvafiq ərazilərdə mobil genişzolaqlı şəbəkənin yaradılması ilə 
bağlı tələb olunan xərclər müqayisəli şəkildə təhlil ediləcəkdir. 
Əsas prioritet kimi fiber-optik şəbəkənin inkişaf etdirilməsi hədəf götürülsə də, 
aparılacaq təhlillər nəticəsində bəzi ərazilərdə mobil genişzolaqlı şəbəkənin tətbiqinin 
daha c
əlbedici olduğu müəyyən edildikdə, həmin ərazilərdə LTE şəbəkəsinin 
yaradılması təşviq ediləcəkdir. Tənzimləyici qurum tərəfindən mobil genişzolaqlı 
şəbəkə üzrə minimal əhatə dairəsini nəzərdə tutan tələblər müəyyən edilə bilər.
Beyn
əlxalq təcrübədə spektr tezliklərini bir neçə səviyyə üzrə bölüşdürmüş və 
operatorlar qarşısında əhatə dairəsinə dair tələblər müəyyən etmiş ölkələrdə 
dördüncü n
əsil simsiz mobil texnologiya (4G) şəbəkəsindən istifadə səviyyəsinin daha 
yüks
ək olduğu müşahidə edilir. 
Operatorlar qarşısında yuxarıda göstərilən tələblər müəyyən edilərkən, əsas 
diqq
ətin regionlara yönəldilməsi məqsədəuyğundur. Hazırda Bakı şəhərində ev 
t
əsərrüfatlarının 74 faizi sabit genişzolaqlı şəbəkəyə malikdir ki, bu göstərici ölkənin 
dig
ər regionları ilə müqayisədə 40 faiz bəndi çoxdur.
11
Telekommunikasiya şirkətləri əhalinin sıx yerləşdiyi zonalarda nisbətən kiçik 
coğrafi ərazini əhatə edərək daha az xərc çəkməklə, yüksək gəlir əldə bildikləri üçün 
11
M
ənbə: Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 


32 
onlar, ad
ətən, əhalinin sıx məskunlaşmadığı ərazilərə yatırım etməyə maraqlı 
olmurlar. 
Bundan 
əlavə, məhdud sərvət olan milli spektr tezlikləri dövlət üçün birdəfəlik 
g
əlir vasitəsi kimi də çıxış edir. Tezliklərin operatorlar arasında bölüşdürülməsi 
zamanı ədalətli qiymətlərin müəyyən edilməsi məqsədilə tənzimləyici qurumlar 
ad
ətən bu bölgünü müxtəlif növ hərraclar vasitəsilə həyata keçirirlər. Əhatə dairəsi ilə 
bağlı yüksək, lakin icrası mümkün olan real tələblər müəyyən etməklə, operatorların 
spektr tezlikl
ərinə olan maraqlarını, onlar arasındakı rəqabəti və hərraclarda 
formalaşan qiymətləri daha da artırmaq mümkündür. 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin