(Azərbaycan MEA Arxeologiya və Etnoqrafıya Institute)
Tədqiq edilən bölgədə hələ qədim dövrlərdən yerli əhali balıqçılıqla məşğul olmuşdur. Ərazinin göl, çay, dənizlə əhatə olunması burada ovçuluqla bərabər balıqçüığın da inkişafma şərait yaratmışdır. Ucları cilalanmış müxtəlif qaşovlar, uzunsov, nazik çaxmaqdaşından və dəvəgözü daşmdan hazırlanmış bıçaqlar və gon eşən alətlər neolit dövründə daha inkişaf etmişdir. Bu dövrdə etnoqrafık müşahidə əsasmda müqayisə apararaq demək olar ki, hələ çox qədimdən balığı əl ilə tutmaq yanaşı, sümük və ağacdan hazırlanmış xüsusi alətlərdən də istifadə edilmişdir. Eneolit dövründə isə artıq balıqçüıq haqqında arxeoloji dəlillərin mövcudluğu problemin öyrənilmə səviyyəsinə özünün spesifık töhfəsini vermişdir. Bunu eneo'' dövrü arxeoloji materialları da təsdiq edir. Belə ki, qədim Mingəçevirdə bu dövrə aid tapılan materiallar içərisində, ağbalıq və pullu balıqların sümüklərinin tapüması ile bərabər, xüsusi balıq ovlama älətlərinin- irihəcimli 1,5 kq-dan 5 kq qədər ol~ düzbucaq, badam və ellipis şəkttli lotlarm aşkar edilməsi də tədqiq edilən bölgəd" balıq ovundan xəbər verir. Məhz gil və daşdan hazırlanmış baliqçılıq aləti kimi xarakterizə edilən bu pərsənglərin mövcudluğu ərazidə balıqçılıq təsərrüfatımn inkişafmı göstərir. Daş və gil lotlar balıq torlarınm aşağı hissəsinə bağlanaraq, onlann müəyyən dərinliyə qədər suyun içinə çökməsinə səbəb olmaqla yanaşı, torun çayda axmasma da imkan vermirdi. Yastı ellipis formasında olan bu daş pərsəngləri ipə bağlamaq üçün onun enli hissəsində deşik, yastı üzlərində isə daşın uzunu boyu açırdüar. Belə lotlarm uzunluğu 20-30 sm, eni 15-20 sm, qalınlığı isə 7-14 sm olur [1,1 s.32]. Kür çayının sağ sahilində yerləşən yaşayış yerinin mədəni təbəqələrindən 1 xeyli miqdarda ixtioloji qalıqlar aşkar edilmişdir. Bu qalıqlar ocaq kənarlarında, 1 təsərrüfat quyularında və yaşayış binalarının döşəmələrində tapılmışdır. Lxtioloji j qalıqların ilk dəfə olaraq akademik A.N.Derjavin tərəfındən öyrənilməsi nəticəsində müeyyen edilmişdir ki, ilk orta əsrlərdə əhalinin istifadə etdiyi başlıca balıq növləri uzunburun, ağ balıq, çəki, naqqa, şamayı, xəşəm və başqa balıq növlərindən ibarət | olmuşdur [7, s.81].
Mezolit və Neolit dövründə qobustanhların balıqçdıqla əlaqədar mikrolit alətlərin hazırlanması, eyni zamanda ixtiolitləşmiş qalıqların tapdması regional mahiyyət baxımmdan bu təsərrüfatın inkişafından xəbər verir. Bununla yanaşı, qobustanhların gəmi düzəldib dənizdə üzməyi bacarması və çoxlu gəmi təsvirlərinin qayalarda olması təbii ki, balıqçılığın onların həyatmda mühüm rol oynamasını göstərir [5, s.63]. Təbii ki, «Azərbaycan ərazisində yaşamış ibtidai insanlar çay kənarlarında güzaran keçirərək yemək axtarmaq məqsədilə sürü halında bir yerdən başqa yerə gedərək, bitki kökü toplamış, balıq tutmuş, heyvan və quş ovlamışlar» [6, s.ll]. Bu inkişaf mərhələsini keçirdiyi zaman onların əsas yem ehtiyatlarından biri kimi balığın da tutulması bu təsərrüfatın qədimdə başlıca rol oynamasından xəbər verir. Arxeoloji qazıntılar zamanı yüzlərlə ox ucları, qırmaq və Əlikömək təpəsində iribuynuzlu heyvan qabırğasından hazırlanmış, balıq toru toxumaq üçün istifadə olunan toxuculuq alətlərinin tapüması isə Kür və Araz çaylarında qarmaqla balıq tutulmasını sübut edir. Tədqiqatçılar «Azərbaycanda torla balıq ovlamağm üç min ilə yaxın tarixinin olduğunu qeyd edirlər» [3, s.296]. Məlum olduğu kimi, tor materialı xüsusiyyətinə və keyfıyyətinə görə uzun müddət qala bilmir. Torpağa və nəmliyə düşdükdə çürüyüb məhv olur. Tədqiq edilən bölgədə aparılan arxeoloji qazıntdar zamanı hələlik torlara təsadüf edilməməsinin səbəbi də əsasən bununla əlaqədardır. Lakin qədim Muğanda hələ tunc dövrünün sonlarmda yun, çətənə, kətan lifdən parça
Azərbaycan Arxeologiyası 2003
Azerbaijan Archeology Vol.: 5 Num.: 1-4
toxunduğu məlumdur. Bu fakt bizə belə bir fıkir söyləməyə imkan verir ki, həmin dövrdə və daha sonralar bu bölgədə tor da toxunmuşdur. Çünki torun toxunması о qədər də mürəkkəb proses deyildi. Fikrimizi əsaslandıraraq qeyd edək ki, «Dayaz çaylarda balığın əl ilə tutulması tunc dövrünə qədər davam etmişdi. Lakin Kür, Araz çayları, Xəzər dənizi və başqa xırda göllərdə balığm metal qarmaqlar və tor vasitəsilə tutulduğunu ehtimal etmək olar» [3, s.103]. Kür çayında balıqçılığm inkişafmı həm yazılı mənbələr, həm də arxeoloji tapmtılar sübut edir. Yaşayış yerlərindən tor üçün daş və gildən hazırlanmış çoxlu lotların tapılması [4, s.144]. Mingəçevirdə arxeoloji qazmtılar zamanı metal qarmaqların aşkar edilməsi göstərir ki, о zaman balıqçüıq təsərrüfata əsaslı şəkildə daxil olmuşdur. Qədim Mingəçevirdə tunc dövrü yaşayış yerlərinin mədəni laylarmda tapdan balıq sümükləri həmin ərazidə yaşayan insanlarm balıqçdıqla da məşğul olduğunu göstərir.
Qədim antik mənbələrdə Kaspianada nərə balığının ovlanması haqqmda məlumat verilir. Bu baxımdan Klavdiy Elin yazırdı: «Mən eşitmişəm ki, kaspilərin ərazisində göl var, bu göldə böyük uzunburun balıqlar yaşayır. Onların uzunluğu hətta səkkiz qulaca (1 qulac - 1,5 m-dir) çatır. Kaspilər onları tutur, duzlayır və ya qurudur, dəvələrə yükləyib Ekbatan şəhərinə aparırlar. Bu bahqların piyini kəsib ondan sürtkü yağı düzəldir və ya onu duzlayaraq satırlar. lyi olmayan bu balıq yağını bədənlərinə sürtürlər» [2, s.95]. Strabon ilahiyə qovuşmaq üçün albanların adam qurbanı verdiklərini yazaraq bildirirdi ki, «Allaha qurban hazırlanan quia ətirli yağlar sürtüb başqaları ilə birlikdə qurban verirlər» deməsi çox güman ki, bu Elianm yazdığı ətirli balıq yağı ola bilərdi. Bədənə balıq yağmın sürtülməsini etnoqrafık çöl müşahidələri də balıqçüar və əhali arasında geniş yayıldığını sübut edir. Daha sonra müəllif sözünə davam edərək yazırdı ki, burada balıqdan yapışqan hazırlanır. Bu yapışqan hər şeyi möhkəm yapışdırır, hər şeyə yapışır, şəffafdır, «...bu yapışqan hər şeyi elə yapışdırır ki, on gün suda saxlayanda belə, ayrılmır, ...fü sümüyü ilə işləyən ustalar bu yapışqandan istifadə edir və çox gözəl şeylər düzəldirlər» [2, c.95]. Güman ki, kaspilər daha təkmilləşdirilmiş balıqçüıq alətləri ilə tanış olduqlarından, onlar daha çox balıq ovlaya bilmişlər. Orta əsr mənbələrində Kür sahili əhalisinin balıq ovu ilə məşğul olması haqqmda çoxlu məlumat vardı. Albanlar Kür və Araz çaylarından tutduqları balıqdan xəzərlərə xərac verməli idilər. Bu baxımdan Moisey Kağanqatlı «Alban tarixi» əsərində yazırdı: «Ulu Kür çayı aramla axaraq çoxlu kiçik və böyük balıqlar gətirir». Daha sonra bu balıqları «paytakaranhlar... duzlayır, qaxac edir və qurudurlar». Bu faktlar bir daha sübut edir ki, albanların təsərrüfat həyatında balıqçılıq əsas rol oynamışdı. Muğan ərazisindən keçən Kür çayı balıqçılığın əsas mənbəyi idi. Çünki bütün şirin suda balıqların böyüməsi ilə yanaşı, onlarda belə bir I instinkt xüsusiyyət var ki, balıq ya axar istiqamətində üzür, ya da ki, axara əks i istiqamətdə. Bu balıqlarda genetik, spesifık xüsusiyyətdir. Ikincisi, Kür çayı aprel-I may aylarında adətən daşır və məcrasından çıxaraq ətraflarda çalalar yaradırdı. Bilavasitə ətraf çalalar balıq böyütmə məntəqəsini xatırladırdı. Çay məcrasma iyun-iyul aylarında qayıdırdı. Il keçdikdən sonra çay yenidən daşaraq həmin çalaları yuyub I Xəzərə gətirirdi. tl müddətində isə çalalarda külli miqdarda balıq çoxalırdı. Həm də I Kür sahilindəki Tuqay meşələrinin çay qırağınm əcəb seyrəngahmı yaratması burada I balığın inkişafına təbii şərait yaradırdı. Bütün bu təbii-coğrafı şərait yüzilliklər boyu I regionun balıqçdıq təsərrüfatınm formalaşmasından xəbər verir.
Ərəb mənbələrində də Kürdə balıqçılığm inkişaf etdiyi xatırlanır və göstərilir I ki, «Xəzər sahilində Kür və Araz çayları boyunca yaşayan əhali başqa təsərrüfat I sahələri ilə yanaşı balıqçılıqla da məşğul olur və tutulan balıqlar Ərdəbil, Rey və I lraqa göndərilirdi» [8, s.32]. Yaqut əl-Həməvi «Ölkələrin lüğəti» əsərində yazırdı: I «Bərdənin üç fərsəxliyindən (bir fərsəx - 6-8 km-dir) Kür çayı axır. Oradan tutulan
Azərbaycan Arxeologiyası 98 • Azerbaijan Archeology j