Azerbaijan Archeolo] Vol



Yüklə 118,35 Kb.
səhifə2/3
tarix10.01.2022
ölçüsü118,35 Kb.
#108198
1   2   3
1

əş-şurmahmı (şamaymı) duzlayıb başqa yerlərə aparırlar. Bu balıq növlərindən biridir. Kür çaymdan tutulan başqa balıqlar da ixrac edilir ki, ona da əd-dəvakin va əl-uşub deyirlər» [9, s.138]. Qeyd edək ki, Əl-Istəxri də kompilyativlik edərək «bu balıqların adlarını əz-zəraqan və əl-işubət kimi yazmışdır». Ibn Əl-Fəqih isə Arazın balıqlarla zəngin olduğunu, bu çayda olan şamayı balığının başqa heç bir çayda 1 olmadığmı yazır. Həmin məlumatı təsdiq edən Yaqut Əl-Həməvi göstərir ki, şamayı 1 balığı Araza ildə bir dəfə, özü də müəyyən vaxtda daxil olur. O, davam edərək yazır: 1 «Arazda hər ay yeni balıq növlərinə təsadüf olunur». Ibn Hövqəlin yazdığına görəisə I Kür və Araz çaylarından tutulan şamayı balığının Azərbaycan şəhərlərindən başqa, I dadlı və ləzzətli olduğu üçün Reyə, Ərdəbilə, Iraqa aparıb çıxarırdılar. Təbii ki, ərəb I müəlliflərini pullu balıqlar maraqlandırdığı üçün ancaq belə balıqların satışı, j tutulması və adları haqqında bir-birindən fərqli məlumatlar verirlər. Bu baxımdan Əl-Müqəddəsi Bərdə şəhərindəki Əl-Kürki bazarı haqqında yazarkən bildirirdi: «Onlarm... kəsbiviya və ət-tirrix adlanan balıqlarmın tayı-bərabəri yoxdur» [10, s.7]. Maraqlı cəhət burasmdadır ki, Yaqut Əl-Həməvi çaylarda tutulan bir sıra balıqlann spesifık-lokal xüsusiyyətlərini nəzərə alaraq başqa regionlarda olmadığını qeyd edirdi. Mahiyyət etibarilə ərəb müəlliflərinin qeyd etdiyi balıq adları yerli xüsusiyyətlərin ərəbləşmiş identifıkasiyasıdır. Məsələ burasındadır ki, Əl-Istəxridə, Ibn Hövqəldə, Yaqut Əl-Həməvidə adları çəkilən bir sıra balıqlarm adlan komplyativ şəkildə əz-zəraqan və əl-işubətdir. Adı çəkilən balıqların güman ki, birincisi zər-qızıl sözü ilə əlaqədar olaraq qızılbalıq, ikincisi isə qızılbalıqdan dönmə hesab edilən şamayı balığıdır. Ibn Həvqəlin yazdığı 1 qarış (23-24 sm) boyda tirrir ! adlanan xırda axçalı balıq isə sözsüz ki, külmə və yaxud poru balıqlarıdır. Əl-Müqəddəsinin də yazdığı fıkirlər bu məsələni tamamlamağa imkan verir.

Ərəb işğahnın Azərbaycanda yaydması ilə əlaqədar torpaq münasibətləri və vergi siyasəti yenidən tənzimlənərək gücləndi. Belə ki, balıq ovundan əldə edilən gəlirin onda bir hissəsini alırddar. Maraqlıdır ki, vergi sistemində məhsulla alınan vergi üstün yer tuturdu, yalnız qiymətli bitkilər istehsalı üçün toplanan vergilər pulla ödənilməli idi. Geniş yayılmış şərti torpaq mülkiyyəti olan iqta əvvəllər torpaqdan yalnız renta almaq hüququndan ibarət olduğu halda, sonralar torpaqdan istədiyi kimi istifadə etmək hüququ demək idi. Məhz həmin dövrdə «Xəlifə Cəfər ibn Mənsur qızına iqta sifəti ilə Marağanın ətrafı və Urmiya gölündə balıq ovu» tutmağa icazə vermişdir. Təbii ki, belə bir siyasət bütövlükdə tədqiq edilən bölgə üçün də xarakterik olmuşdu. Dəniz və çay nemətlərinə görə alınan vergi xüms adlanırdı. Sonrakı dövrlərdə Azərbaycanda bir sıra dövlətlərin yaranmasına baxmayaraq ərəblərin qoyduğu sosial-iqtisadi həyatda heç bir təbəddülat baş verməmişdi. Əksinə, xilafətin süqutundan sonra şəhər həyatmm canlanması, kənd təsərrüfatınm müxtəlif sahələrində baş verən irəliləyişlər XII-XIII əsrin əvvəllərində bütün Azərbaycanın ictimai, siyasi və mədəni dirçəlişi üçün zəmin yaratdı. Lakin monqolların Azərbaycana yürüşü Hülaki dövlətinin torpaq siyasəti hər yerdə olduğu kimi iqtisadiyyatm denasifıkasiyası ilə nəticələndi. Bu əyanların başlıca məramı «örüş siyasəti»nin qorunub saxlanüması, diz üstə çökdürülmüş ölkənin varmın süpürülüb aparılması, yerli feodalların iqtisadi və siyasi gücünün yoxa endirilməsi idi. Yerli feodalların torpaqlan zəbt edilir, özləri isə çox zaman cismən məhv edilirdi. Bununla bağlı onların torpaqlarmın böyük bir qismi - dəniz və çay hövzələri yeni dövlətin ixtiyarına keçirdi. Bütün bunlarla yanaşı, Gəncəli Kirakos «Ermənistan tarixi» əsərində monqolların vergi siyasətindən yazaraq bildirirdi ki, «Dəniz və göllərdə balıqtutma işi ilə məşğul olan balıqçıların da... üzərinə vergi qoydular». Monqol vandalizminin dəhşətlərinə baxmayaraq orta əsr balıqçılığı öz dəyər keyfıyyətini itirməmişdi. XYI əsr coğrafıyaçı-alimi Əbdülrəşid Bakuvi Xəzərin sahilində balıq

Azərbaycan Arxeologiyası 2003

böyütmək üçün nohurların (boğaq) olmasını bildirir. Bakuvinin dövründə Xəzər dənizinin səviyyəsi çox aşağı (indikindən 1,5-2 m alçaq) olmuşdur. Belə bir şəraitdə balıq artırmaq üçün boğaqların yaradılmasma ehtiyac ola bilərdi. XV əsrdə səyyah Afanasi Nikitin də bakdıların suiti tutub ondan müxtəlif məhsul emal etməklə məşğul olduğunu bildirmişdir. Orta əsr balıqçılığı haqqmda Avropa diplomatlarının gündəlik və hesabatlarında müəyyən məlumatlara rast gəlirik. Venetsiya elçisi Ambroco Kontarini «Yol gündəliyi»nin V fəslində yazırdı: «Buranın əhalisi dənizdə çoxlu nərə balığı və ağ balıq tutur, başqa balıqları isə tutmağı bacarmırlar. Yeri gəlmişkən, burada tamamilə itə oxşayan, başı, ayaqları, quyruğu olan bir balıq və dirsək yarım uzunluğunda kök, pulçuqları olmayan, başı tamamilə görsənməyən başqa bir balıq da yaşayır. Bu balıqdan evləri işıqlandıran neft yerinə və dəvələrə sürtmək üçün işlədilən yağ istehsal olunur. Bu yağı böyük miqdarda bütün qonşu torpaqlara daşıyıb aparırlar» [11, s.92]. Təbii ki, diplomatın təsvir etdiyi dəniz heyvanı formasma görə suitiyə daha yaxındır. Sonrakı tarixi dövrlərdə də tədqiq edilən bölgənin əhalisinin həyatında balıq ticarəti mühüm yer tuturdu. XVIII əsrin sonlarında səyyah Bibenşteyn göstərirdi ki, «Kürdə balıq tutulması çox mənfəət verir... Balıq tutulmasından əldə edilən gəlir 50 min gümüş manat təşkil edirdi». Məhz bu dövrlərdə divan və feodal torpaqlarmı icarəyə götürən sayca çox olan az torpaqlı torpaqsız kəndlilər acınacaqlı güzəran keçirirdilər. Icarə şərtlərinə görə məhsulun 1/2 hissəsindən 3/5 hissəsinə qədəri, bəzi hallarda isə 2/3 hissəsinə qədəri torpaq sahibinə verilirdi. Icarənin belə forması paydarlıq və paydarlığın yayümış forması məhsulun 1/2-ni vermək şərti ilə olan icarə idi. Bu cür icarədarlara yarıkərlər deyilirdi. Belə icarələrdən biri xanlıqlar dövründə balıq tutmaq idi. Bütün bunlara baxmayaraq XVIII yüzilliyin ikinci yansında balıqçılıq təsərrüfatı inkişaf edirdi. O, Şimali Azərbaycanda, həmçinin Şəki və Gəncə xanlıqlarmda üstünlük təşkil edirdi. Balıq tutulması bəzən yerli və ya rus tacirlərinə iltizama verilirdi. Balıqçüıqda həm muzdlu, həm də məcburi əməkdən istifadə olunurdu. XIX-XX əsrin əvvəllərində ənənəvi balıqçılıqda həvəskarlar və başqasının yerində ov edən balıqçılar balıq tutma I ilə məşğul idi. Qeyd edildiyi kimi balıqçılıq və balıq məmulatı istehsalı Muğanda l tarix boyu özəl yer tutmuşdur. Balıqçılığm qazanclı bir iş olduğunu nəzərə alan çar j hökuməti keçmişdən burada hökm sürən iltizam qaydasını ləğv etməyi qərara aldı.

1829-cu ildə balıq vətəqələrini dövlət xəzinəsi öz idarəsinə götürdü. Kür çayı I boyunca yerləşən Salyan, Şirvan Şəki balıq vətəgələri birləşdirilib «Salyan xəzinə J qəyyumluğu» şirkəti yaradıldı. 40-cı illərin başlanğıcında Lənkəran balıq vətəqələri I bu şirkətə qatıldı. Ancaq işin gedişində xəzinənin yaratdığı «qəyyumluq» şirkəti I özünü doğralda bilmədi. Çünki şirkətin 16 illik fəaliyyəti dövründə tutulan balığın I sayı yalnız 525 mindən 661 min ədədə qədər arta bilmişdir. Xəzinə idarəçiliyi ağır I olduğundan çoxlu pul tələb edirdi. Şirkətin idarəsi Salyanda yerləşsə də balıq I vətəqələrinə tələb olunan bütün avadanlıq Həştərxanda açılmış ayrıca şöbə I tərəfmdən alınıb buraya göndərilirdi. Vətəqələrdə çalışan ustalar və balıq tutanlar

  1. Bvvəlcə orada işə götürülürdü. Bürokratçdığın doğurduğu çətinliklərlə yanaşı vətəqə I işçilərinin sosial-milli tərkibi də dəyişiklikliyə uğrayırdı. XIX əsrin 30-cu illərində I Salyan və Qızılağac balıq vətəqələrində artıq 600-ə yaxm rus fəhləsi çalışırdı. Yay I aylarmda işlərin qızğm çağmda «güclü balıq axını olduqda» yedək gəmilərində və I qayıqlarda avar çəkmək üçün hər ay 400-ə qədər yerli adamları işə götürürdülər.

  2. Artıq о zaman balıq vətəqələrində muzdlu əmək geniş yer tuturdu. Salyan balıq jvətəqəsində muzdlu işçilərin sayı 600-1000-ə çatırdı. Lakin xəzinə idarəçiliyi də

  3. iltizam qaydası kimi eyni dərəcədə balıqçılığın inkişafı üçün əlverişli deyildi. Çünki fczinə idarəçiliyi kapitalist təsərrüfatçüığı qarşısında bir çəpər kimi durur və Hpçılığı çar xəzinəsinin feodal asıhlığında saxlayırdı. Lakin bütün bunlara baxmayaraq yerli əhalinin təsərrüfat məişətinə daxil olan balıqçılıq, tədqiq edilən bölgənin camaatının yaşayış meyarını təşkil etdiyindən bu sahə inkişaf etməkdə idi.

Belələklə yüzilliklər boyu balıqçılığm yayılma ərazisi çay və dənizdən tutulan balıqlar yerli əhali üçün daha çox əhəmiyyət kəsb etmişdir. Məhz buna görə demək olar ki, balıqçılığın qədim tarixi yüz milyon ilə, yəni yer qabığının əmələ gəlmə tarixinin ən qədim eralarından biri olan palezoy dövrünə təsadüf edir. Muğanda qədim zamanlardan yerli əhali ona görə balıqçılıq təsərrüfatı ilə məşğul olmuşdur ki, Xəzər dənizinin cənub-qərb sahili və oraya tökülən iri və xırda çaylar burada balıqçdığın inkişafı üçün münasib şərait yaratmışdır. Xəzərin şortəhər sulu göl olması burada balıqçılığın geniş yayılmasmdan xəbər verir.

Yüklə 118,35 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin