Azərbaycan Arxcologiyası



Yüklə 144,4 Kb.
səhifə2/4
tarix10.01.2022
ölçüsü144,4 Kb.
#107951
1   2   3   4
monqol dalğası indiki SSR Ittifaqı hüdudlarında böyük şərq mədəniyyəti -tatar mədəniyyəti yaratdı». Bir yerdə də «monqol işğalı», «tatar- monqol zülmü» kimi ifadələr işlənmir. Həmin Borozdin məruzəsində göstərir ki, qərbdə inandırıcı dəlillərə əsaslanmadan monqolları «hər yeri və hər şeyi» od və qüıncla məhv edən dağıdıcılar kimi səciyyələndirirlər və deyir ki, Londona elmi e'zamiyyət zamanı V.Bartold monqol hərəkatına bu raövqedən yanaşan ingilis tariçisi Peyskerin mə'ruzəsini tənqid etmişdir.

V.Bartoldun bu münasibəti onun 1926-cı ildəki Bakı mühazirələrində daha aydın ifadə olunmuşdur. Tələbələrin «Rusiya tarixində monqolların müsbət rolu olmuşmu?» sualına böyük şərqşünas belə cavab verir: iki müsbət tə'siri olub - 1. Monqollar Rusiyada mərkəzləşmiş dövlət yaratdılar (monqollara qədər Rusiyanın saysız knyazlıqlardan ibarət olmasmı yada salın - Т.Н.); 2. Rusiya monqolların - Çingiz xanın mükəmməl dövlət idarə üsulunu mənimsədi.

I.Borozdin alman tarixçisi Tizenhauzenin adını çəkir. Onun «mə'lum toplusu»nu xatırladır. Bu о «toplu»dur ki, ilk dəfə orada Rusiyamn siyasi yox, elmi-obyektiv tarixi yazılıb, orada Kiyev-Rus dövlətinin türk dövləti olmasından, ukraynalıların qıpçaq olmasmdan, XVII əsrdə Kiyev kilsolərində lncilin qıpcaq dilində oxunmasından danışılırdı. Bu həmin iki cildlik «toplu»dur ki, XIX əsrin 80-ci illərində onun almancadan ruscaya tərcümə olunmuş birinci cildi yığışdırılıb, arxivdə «Sover-Genno geuretno» fondunda saxlanır və ikinci cildinin tərcüməsi üzərində yasaq qoyulmuşdur. Əlbəttə, Borozdinin bu sözlərinin heç bir izaha ehtiyacı yoxdur: «tatar (türk Т.Н.) mədəniyyətinin öyrənilməsi sahəsində görülən işlərə yekun vurarkən onu deməli oluruq ki, hələlik çox az iş görülüb... salnamə mə'lu-matlan var, rus tarixinin, demək olar ki, bütün kurslarında ümumiləşdirici oçerklər verilir. Lakin təəssüf ki, əksər hallarda tatarların (türklərin - Т.Н.) vo onların yaratdıqları mədəniyyətin tə'siri birtərəflivQ bayağıdır. Istilaçı tatarların vəhşiliyi və mədəniyyətsizliyi qırmızı xətt kimi keçir, yalnız tək-tək təsadüfi hallarda çaşaraq sözün düzünü deyirlər...» (Qardaş, bunları 37-də güllələməyib, nə edəydilər?!). Bax beləcə I Türkoloji qurultayda hər şey doğru deyilirdi - türklərə tarixi həqiqətlər çatdırüırdı, türklər ayılırddar, türklər birləşirdilər. Buna bu gün də ehtiyac var və bu gün ölkə prezi-dentinin fərmanı ilə qurultayın 80 illik yubileyinin keçirilməsi bir tarixi hadisədir.

Maraqlıdır ki, türk xalqlarının tarixi, mədəniyyəti, maarifı ilə bağlı zəngin problemlər proqramı olan I Türkoloji qurultay, adətən, dil məsə-loləri ilə xatırlanır. Əlbəttə, bu, təsadüfı deyil: dil mosələləri təcrübi səciy-yə daşıyırdı, gözlə görünən və kütləvi rezonansı olan məsələlər idi... 1.

Qurultayın 131 nümayəndəsindən əlifba səsverməsində 117 nəfor iştirak etdi. Bunlardan 101 nəfəri latın əlifbasının lehinə, 7 nəfəri əlehinə səs verdi, 9 nəfəri bitərəf qaldı. 2. Termin yaradıcılığında sün'i sözlər yasaq olundu. Deyildi ki, yeni anlayış üçün türk mənşəli söz tapdmayanda bey-nəlxalq sözlər almsın. 3. Qərarlaşdılar ki, imla məsələsində fonetik prinsip əsas tutulsun, yazdışla deyiliş arasmda uyğunluğa diqqət yetirilsin. Almma sözlər imkan daxilində ahəng qanununa uyğunlaşdırılsın.

Həmin faktlar yadda qaldığı üçün qurultay da bununla yaddaşa yazıldı. Bu dil məsələlərinin nəzəriyyəsi ilə bağlı mə'ruzələri iste'dadlı türkoloqlar və məşhur ümumi dilçilik mütəxəssisləri oxudular (B.Çobanzadə, F. Ağazado, H.Zeynallı, D.Jirkov, L.Şerba, N.Yakovlev, A.Zifeldt, Simum-yaq). Türk dilçiliyinin nəzəri problemləri sırasında altay dilləri məsələsi (N.Poppe), türk dillərinin öyrənilməsinin bu günü və sabahı (A.Samoy-loviç), qədim türk dillərinin oyrənilməsi (S.Malov), türkologiyanın keçmişi və bu günü (N.Aşmarin), türk dillərinin yaxın qohumluğu (B.Çobanzadə) kimi mövzular üzərində geniş dayanıldı. Hətta təhsili, maarifı dirçəltmək, səviyyosini yüksəltmək üçün dil tədrisinin metodikası ilə bağlı nəzəri mə'ruzə söyləndi və təhlillər verildi. Ancaq bütün bu nəzəri dil problemlə-rinin təcrübi söykənəcəkləri göz qarşısında idi. Dillə bağlı mə'ruzələrdən birinin ətrafında açılan müzakirə prinsipcə siyasi məzmun aldı. Bu, F.Köprülüzadənin «Türk xalqlarında odəbi dilində ədəbi dilin mə'ruzəsi idi. Burada ümumtürk ədəbi dili söhbəti qalxdı. Qurultay kürsüsündən belə fikir söyləndi: «Dillərin birləşməsinə nail olmaq bizim növbəti vəzifəmiz-dir». Vulqarlığa baxm: bir qurultayda sənayeləşmə, birində elektirikləşmə, birində kollektivləşmə qərarı qəbul edən cəmiyyət indi də deyir ki, «növbəti vəzifəmiz dilləri birləşdirməkdir».

Qurultayın gündəliyinə münasibətlə bağlı mətbuatda belə deyilir: «...sosializm insanların dilcə də yaxınlaşmasmı və hətta birləşməsini arzu etməklə çox təbii bir hərəkətdə bulunmuş olur. Böylocə türklərin də bir dildə qonuşması sosializm üçün bir qayə ola bilir» («Maarif və mədəniy-yət», 1926, № 2-3). Çox qəribədir: zahirən belə görünür ki, bu təkliflər türk xalqlarının mənafeyi xatirinədir. Ancaq nəticə e'tibarilə məqsəd türk dillo-rinin tarixi inkişafının hər birinin kəsb etdiyinin ümumi etnik bazada tore-mis yerli koloritləri nəzərə almamaqdır. Bu dillər qardaş xalqlann dilləridir. Ancaq bu qardaşlardan hər biri bir coğrafıyadadır, hər birinin öz övladlan var ki, onlar tarixin mərhələ-mərhələ reallaşdırdığı mədəni-siyasi tərbiyə görür, öz müstəqil düşüncəsini əldə edir.

Dil təfəkkürlə bilavasitə bağlı olduğu iiçün bu düşüncəni əks etdirir və tarixdə bu spesifık təkamüllər kəmiyyət yığımlarından keyfiyyət həd­

lərinə keçir. Dillər müstəqilləşir. Bu qardaş ailələri ata-babalarınm dilləri bazasında bir-birlərini anlaya da bilərlər. Ancaq qurultayın siyasi aksenti bu idi ki, türk xalqlan bir-birinin içində Əıisin, bu ərinti məhsulunu udmaq gələcəkdə Rusiya üçün asanlaşsm. Əslində, bir az sonra Sovet dövləti saldığı dil birləşməsi söhbətindən peşman oldu. Dilləri əritməyin mümkün olmadığını görüb, başqa bir sol tədbirə əl aıdı: türklər bir-birini oxuya bilməsinlər. Latm əlifbasının ilk illərində türk xalqlarının bir-birini oxuması asan idi. Orfoqrafıya qaydalarını təkmilləşdirmə adına bir mənzərə yaratdı-lar ki, bu oxu asanlığı müşkülə döndü. Kiril əlifbasına keçəndən sonra hə-min ayırma mexanizmi daha «operativ» işlədi: hər türk xalqı rus əlifbasında olmayan hərfləri bir-birindən xəbərsiz düzəltdi və bu fərq zaman-zaman orfoqrafik «müstəqilliklərlə» dərinləşdi.

Qurultayda gedən ümumi türk ədəbi dili söhbətinin siyasi təmənnası öz yerində, bir dilçi kimi mən bu işi (ümumi dil faktmı) nəinki yanlış, hətta təhlükəli sayıram. Nəinki dilləri birləşdirmək, hətta birinin inkişaf qanunu-nu о birinin inkişaf məcrasma salmaq, məncə, pis aqibətə gətirər. Mosələn, mən istəmirəm ki, mənim dilim - Füzulinin, Molla Pənahın, Aşıq Ələs-gərin, M.Sabirin bugünkü dili Türkiyə türkcəsinin müasir inkişaf meylinə qoşulsun. Bizim dilimiz ağayana yerişi ilə yolunu gedir, ümumi qayda ilə, yə'ni tədriclə inkişaf edir; о isə böyük sür'ətlə tarixdən uzaqlaşır və qohum dillərdən təcrid olunur. Bu gedişlə 100-150 ildən sonra Istanbul türkü öz dədəsi Yunus Əmrənin və biz qardaşının dilini ingilis dili kimi, ən yaxşı halda monqol dili kimi öyrənəcək. Belə tərəqqi mənə gərək deyil.

Ümumiyyətlə, ədəbi dil məsəlosində obyektiv, dürüst elmi fikirlə yanaşı, bə'zi natiqlərdə bir vulqarlıq, necə deyərlər, bir «komsomolçuluq» da göünürdü. Məsələn, Qazaxıstan nümayəndəsi eyni şəhərdə - Bakıda çıxan «Kommunist» qəzetinin və «Molla Nəsrəddin» jurnalının dilini mü-qayisə edib deyir ki: «Azərbaycanın fəhlə-kəndli kütləsi içərisində «Molla Nəsrəddin»in dili «Kommunist»inkindon on dəfə aydındır». Azərbaycan nümayəndəsi nə cavab versə, yaxşıdır? Eynən belə: «Molla Nəsrəddin»in dili jarqondur, səhifələrində ifşa etdiyi mollaların, axundların, qəssablarm, xırda burjuaziyanın, alverçilərin və b. dilidir. Əlbəttə, bu dil ədəbi ola bil-məz». Halbuki Qazaxıstan nümayəndəsi bizdəki «Kommunist»in Türkiyə türkcəsi elementləri ilə dolu olduğunu, savadsız fəhlə-kəndlinin bunu anla-madığmı nəzərdə tuturdu.

Qurultayda ədəbiyyatşünaslıq mövzusunda bir mə'ruzə olur. (T.Men-sel - alman türkoloqu) Anadolu - Balkan türklərinin ədəbiyyatımn öyrənil-məsinin yekunları və perspektivləri mövzularında mə'ruzədə Türkiyə yazılı ədəbiyyatının təzkirələrdə əks olunmasına diqqət yetirilir, türk ədəbiyyat

tarixinin Türkiyədə, Rusiya Avropa türkologiyasında öyrənilməsinin xülasəsi verilir. Ancaq Menselin türk yazılı ədəbiyyatının tarixinə kon-septual münasibəti yanlışdır. Mə'ruzə bu cümlələrlə başlayır: «Türk xalq-ları dünya tarixinə daxil olandan bəri heç vaxt öz xüsusi mədəniyyətinin mərkəzində dayanmayıblar. Əhatəsində olduqları Çin, hind, fars-islam, bi-zans mədəniyyətləri onları ozünə çəkmiş, mədəniyyətlərinə öz möhürlərini həkk etmişdir». Bu fıkir sonra belə «inkişaf etdirilib»: türklərin milli mən-subiyyətlərinin dəyərini yad tə'sirlərlə eybəcərləşdirmişdir; özgəsini təqlid nəticəsində heç bir türk tayfası (niyə xalq yox, tayfa?) öz ədəbiyyatından xəcalət çəkməli olublar, ozgə ədəbiyyata pərəstiş о həddə çatmış ki, türklərin çoxu yad dildə - ərəbcə, farsca yazıblar; öz ədəbiyyatma hörmət-sizlik, özgəninkini şişirtmək, qui itaətkarlığı göstərmək türkiyəlilərin ədəbiyyat tarixində də müşahidə olunur; türk ədəbiyyatçıları zahiri gözəllik dalınca qaçmış, yalnız məhdud dairədə anlaşdmışdır və s.

Bu adam tarixiliyi nəzərə almır; min illik türk ədəbiyyatma qiymət verərkən XX əsr Avropa ədəbiyyatının səviyyəsindən çıxış edir. Əgər türk və Avropa ədəbiyyatları uyğun əsrlər üzrə müqayisə olunsaydı, natiq türklərin elmi əsərlərini ərəbcə yazdıqlarını türk dillərinin zəifliyi kimi qiy-mətləndirərkən orta əsrlərdə Avropa dövlətlərində latin dilinin elm dili olmasını görməliydi. Menselin sözündən belə çıxır ki, sovet dövründə azər-baycanlı yazıçı və ya alim rasca yazırdısa, bu bizim dilimizin zəifliyindən irəli gəlirmiş.

Natiqin XIX əsrin sonu, XX əsrin əvvəlindəki Türkiyə ədəbiyyatı haqqındakı düşüncəsi də birmə'nalı deyil. Menselə görə, Türkiyə daxili re-formaları və yenilikləri ilə asiyalılıq məzmunundan çıxıb müasir Avropa dövlətinə çevrildiyi kimi , onun ədəbiyyatı da fransız tə'siri ilə yenidən qu-ruldu. Əlbəttə, bu tə'siri inkar etmək olmaz. Ancaq Menselin qənaəti dəh-şətlidir - belə nəticə çıxır ki, türk ədəbiyyatları ancaq yedəkdə gedə bilir-lər.

Qurultayda türk xalqlarının qədim, zəngin, orijinal tarixi mədəniyyəti haqqında dünyanm nəhəng şərqşünas tarixçiləri V.Bartoldun, S.Odenbur-qun, I.Borozdinin, ədəbiyyat və sənət tarixçiləri A.Krımskinin, A.Millerin, dilçi A.Samoyloviçin, B.Çobanzadənin yüksək qiymətləri T.Menselə cavabdır.

Rus şərqşünaslığımn Kazımbəydən sonrakı nəhəngi V.Bartold türkü belə səciyyələndirir: islamı yaşadan üç böyük millət olub - ərəblər, farslar, türklər; türklər islama səmimi sədaqətləri ilə seçiliblər, türklərin sərbəst təfəkkür yaradıcılığı nəticəsində boyük fəlsəfi cərəyan şəklini alan islam sufızmi geniş bir coğrafıyada xalq kütləsi içində islam doqmasından daha

nüfuzlu olmuşdur; türklər könüllü, heç bir təzyiq və zorakılıq olmadan islamı qəbul ediblər; M.Kaşğarinin dediklərinə görə, hələ fars tə'sirindən çox-çox əvvəllər türklərin zəngin xalq yaradıcılığı və yazılı ədəbiyyatı var idi; orta əsrlərin fdoloqları müsəlman dünyasının üç ədəbi dilindən biri kimi ərəbcənin bəlağəti, farscanın tezfəhmliliyi müqabilində türkcənin sərrastlıq və doğruçuluğunu yüksək qiymətləndirirlər. Fars şe'ri, xüsusən də nəsri ilə müqayisədə türkcənin daha aydın və sadə olmasını, bugünkü tə'birlə, xəlqiliyini göstərirlər. Mensel nə deyir, desin, Bartold ki türkün mədəniyyəti və dili barədə belə deyir. Professor Borozdin mə'ruzəsində belə iqrar edir: qüdrətli monqol dalğası indiki SSRl ərazisində böyük Şərq mədəniyyəti yaratdı - bunun adı türk-tatar mədəniyyətidir; türklər Rusi-yaya bolqar, Bizans, Misir-məmlük, Səlcuq mədəniyyətlərinin tə'sirlərini aşılayırdılar (bunu da nəzərə alaq ki, Böyük Bolqar xaqanlığmın bünövrə mədəniyyəti Atilla dövründən qoyulur, qıpçaq-məmlüklər Misir mədəniy-yətinin şərikləridir - Т.Н.). Qoy Mensel nə deyir, desin, görkəmli tarixçi-şərqşünas Borozdin ki belə deyir.

Bartold Orxon kitabələrinin tarixi dəyərini verir, ümumiyyətlə, islam dininə və mədəniyyətinə dərin məhəbbətini bildirir. О da göstərir ki, türklərin islam silahmın hədəsi olmadan bu dini qəbul etməsi islamın mədəni qüvvə kimi əvəzsiz tarixi məzmununu bir daha təsdiqləyir. О deyir ki, heç bir islam xalqı xristianlığı və buddizmi qəbul etməyib, ancaq xristian və buddist xalqlardan islama keçənlər məlumdur. Islamda irqçiliyin olmamasını natiq bu dinin böyük humanizmi kimi dəyərləndirir.

Bartold və Borozdində Sibir-türk mədəniyyətinin Avropaya tə'siri, Cənubi rus çölünün türklər tərəfındən hələ slavyanlardan çox əvvəl məskunlaşması, varyaq-yunan ticarət yolunu məhz onlarm açması, Çindən Rusiyaya qədərki ərazilərdə monqol və türk-tatar yürüşlərindən sonra siyasi sabitlik yaranması tarixi faktlar və sənədlərlə təsdiqlənir. Qurultayın materialları göstərir ki, qədim türk mədəniyyətinin zəngin mənzərəsi, türklərin Rusiyaya və bütün Avropaya mədəni, siyasi və hərbi quruculuq tə'sirləri rus şərqşünaslığına mə'lum imiş. Deməli, sonralar sovet dövləti bir daş altdan, bir daş üstdən siyasəti ilə türkün işıqlı tarixinin üstünə qara pərdə çəkdi. 90-cı illərdə о pərdə bir küncündən yavaş-yavaş qaldırıldı.

Oyrot nümayəndəsinin qurultayda söylədiyi bu sözlər bir müdrik kəlama dönmüşdü: «Bizim tariximiz torpaqdadır, qazıb çıxarmalıyıq». Natiq tarixin aşkarlanmasında arxeoloji qazmtılarm rolunu nəzərdə tuturdu. 70 Sovet ilində о qazılmalı torpaq neçə qat dərinə düşdü. Ancaq həmin obrazh söz öz qüvvəsindədir: nə qədər dərində olsa da, biz tariximizi torpağımızdan çıxarmalıyıq. Bu obrazın arxasında о yada düşür ki, biz bura


gəlmə deyilik, kökümüz buradadır, hansı dərinliyə qədər qaza bilsək, kökümüzün ora işlədiyini görəcəyik. Tariximiz, bəli, ayağımızın altındadır, onu bayrağımızm səviyyəsinə ucaltmalıyıq; bunun üçün gündə bir-birimizin ayağmın altım qazmaqdansa, gücümüzü tarixi qazıntılara verməliyik.

Diqqəti cəlb edən cəhətlərdən bitri də ondan ibarətdir ki, qurultayın ikinci iclasmdaoxunan məruzələr müxtəlif ölkələrdə məskunlaşmış türk-lərin tarixi etnoqrafiyasına, maddi mədəniyyətinə və təsviri incəsənətino həsr olunmuşdu. B.B.Bartold, I.O.Borozdin, Q.Qubaydukin, S.I.Rudenko, I.Mesaroş, Q.F.Çursin və A.A.Miller kimi tanınmış tədqiqatçılar tərəfındən hazırlanmış həmin məruzələrdə türklərin zəngin etnoqrafiyası, maddi mə-dəniyyəti və mədəni irsinin geniş elmi təhlili verilmişdi. Maraqlıdır ki, mə-ruzələrdə qeyd olunan məsələlərlə bağlı qarşıda duran vəzifələr də müəy-yənləşdirilmiş, dəyərli tövsiyələr irəli sürülmüşdü. Qurultayın on altıncı iclasında akademik S.F.Oldenburq tərəfindən oxunan məruzədə isə türk xalqları arasında aparüan diyarşünaslıq işlərinin metodlan 6n plana çəkil-mişdi. Əhəmiyyətlidir ki, 1 Umumittifaq türkoloji qurultayının qəbul etdiyi qətnamə türk xalqlarınm, о cümlədən azərbaycanhların minillikləri əhatə edən qədim və zəngin tarixinin öyrənilməsi üçün əsl proqram olmuşdu. Artıq 1926-cı ilin ikinci yarısında Azərbaycanın bir neçə bölgəsinə arxeo-loji və etnoqrafık ekspedisiya təşkil olunmuşdu.

Türkoloji qurultay demokratizmin öraəyi oldu. Türk xalqlarının tarixi obyektləri təhlil olundu. Gələcək elmi-mədəni quruculuq işlərinin proqramı verildi. Kimin ürəyində nə vardısa, deyildi. Qurultayda, sonralar gördüyü-müz kimi, Stalin və partiya haqqında şüarlar söylənmədi. Bütün şüarlar türk xalqlannın keçmiş tarixinin şərəfinə və gələcək şə'ninə yönəldilmişdi. Gö-rünür, müəyyən dövlət idarələri də yatmayıbmışlar: türkçülərin siyasi anketləri doldurulubmuş. Qurultayın təşkilatçılarınm, mə'ruzəçi və çıxış-çılarının о vaxtacan öz əcəli ilə ölənlərdən başqa, qalanlarınm, demək olar ki, hamısı 1937-ci ildə məhv edildi.

Ancaq böyük alimlər, türk xalqlarının qeyrətli oğulları elm-mədəniy-yət-maarif quruculuğu ilə bağlı sözlərini demişdilər. О sözlərin həyata keçirilməsi bu gün müstəqil türk dövlətlərinin qarşısında müqəddəs borc kimi qalır.

Yüklə 144,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin