gəlmə deyilik, kökümüz buradadır, hansı dərinliyə qədər qaza bilsək, kökümüzün ora işlədiyini görəcəyik. Tariximiz, bəli, ayağımızın altındadır, onu bayrağımızm səviyyəsinə ucaltmalıyıq; bunun üçün gündə bir-birimizin ayağınm altını qazmaqdansa, gücümüzü tarixi qazıntılara verməliyik.
Diqqəti cəlb edən cəhətlərdən bitri də ondan ibarətdir ki, qurultayın ikinci iclasındaoxunan məruzələr müxtəlif ölkələrdə məskunlaşmış türk-lərin tarixi etnoqrafiyasına, maddi mədəniyyətinə və təsviri incəsənətinə həsr olunmuşdu. B.B.Bartold, I.O.Borozdin, Q.Qubaydukin, S.I.Rudenko, I.Mesaroş, Q.F.Çursin və A.A.Miller kimi tanınmış tədqiqatçılar tərəfındən hazırlanmış həmin məruzələrdə türklərin zəngin etnoqrafiyası, maddi mə-dəniyyəti və mədəni irsinin geniş elmi təhlili verilmişdi. Maraqlıdır ki, mə-ruzələrdə qeyd olunan məsələlərlə bağlı qarşıda duran vəzifələr də müəy-yənləşdirilmiş, dəyərli tövsiyələr irəli sürülmüşdü. Qurultaym on altıncı iclasında akademik S.F.Oldenburq tərəfindən oxunan məruzədə isə türk xalqları arasında apanlan diyarşünaslıq işlərinin metodları ön plana çəkil-mişdi. Əhəmiyyətlidir ki, I Ümumittifaq türkoloji qurultayının qəbul etdiyi qətnamə türk xalqlannın, о cümlədən azərbaycanhların minillikləri əhatə edən qədim və zəngin tarixinin öyrənilməsi üçün əsl proqram olmuşdu. Artıq 1926-cı ilin ikinci yarısında Azərbaycanın bir neçə bölgəsinə arxeo-loji və etnoqrafık ekspedisiya təşkil olunmuşdu.
Türkoloji qurultay demokratizmin örnəyi oldu. Türk xalqlarınm tarixi obyektləri təhlil olundu. Gələcək elmi-mədəni quruculuq işlərinin proqramı verildi. Kimin ürəyində nə vardısa, deyildi. Qurultayda, sonralar gördüyü-müz kimi, Stalin və partiya haqqında şüarlar söylənmədi. Bütün şüarlar türk xalqlannın keçmiş tarixinin şərəfmə və gələcək şə'ninə yönəldilmişdi. Gö-rünür, müəyyən dövlət idarələri də yatmayıbmışlar: türkçülərin siyasi anketləri doldurulubmuş. Qurultayın təşkilatçılannın, mə'ruzəçi və çıxış-çılannın о vaxtacan öz əcəli ilə ölənlərdən başqa, qalanlannın, demək olar ki, hamısı 1937-ci ildə məhv edildi.
Ancaq böyük alimlər, türk xalqlarının qeyrətli oğulları elm-mədəniy-yət-maarif quruculuğu ilə bağlı sözlərini demişdilər. О sözlərin həyata keçirilməsi bu gün müstəqil türk dövlətlərinin qarşısında müqəddəs borc kimi qalır.