Fənlərin Dostluğu Olimpiadası – 8 A variantı
AZƏRBAYCAN DİLİ – TARİX
1. Verilənlərin aid olduğu dövlətlə bağlı yanlış fikirləri müəyyən edin.
1. Sözün etimoloji mənşəyi şəxs adı ilə bağlıdır.
2. Vurğusu son hecaya düşür.
3. Araz çayının cənubunda yaranmış dövlətdir.
4. Sözün tərkibindəki saitlər həm açıq, həm də qapalıdır.
5. Dövlətin yarandığı tarixi dövr (formasiya) Azərbaycan dilində quruluşca düzəltmə sözdür.
A) 2, 4 B) 1, 3 C) 1, 2, 5 D) 2, 3, 4 E) 3, 4
Sualın şərtinə əsasən məlumdur ki, paytaxtı Qazaka, dini zərdüştlük olan, Kerifton abidəsinin də olduğu dövlət Atropatenadır. “Atropatena” sözündə vurğu 4-cü hecaya düşür, deməli 2-ci fikir səhvdir. Bu sözdəki bütün sait səslər açıqdır, 4-cü fikir də səhvdir.
Doğru cavab: A
2. Aşağıdakı fikirlərin aid olduğu dövləti müəyyən edin.
1. Azərbaycanı vahid halda birləşdirmişdir.
2. Dövlətin adının tərkibindəki sait səslərin cəmi sifətin dərəcələrinin sayından bir vahid yuxarıdır.
3. Xilafətin zəifləməsi nəticəsində yaranmışdır.
4. “Mövsüm” sözündəki samit səslərin sayı qədər sonor samit işlənmişdir
A) Salarilər B) Sacilər C) Səfəvilər D) Rəvvadilər E) Eldənizlər
Azərbaycanı vahid halda birləşdirən dövlətlər Salarilər, Sacilər, Səfəvilər və Eldənizlər dövlətləridir. 2-ci fikrə əsasən doğru cavabdakı sait sayı sifətin dərəcələrinin sayından 1 vahid çox, yəni 4 olmalıdır. Uyğun variantlar – Salarilər, Səfəvilər, Rəvvadilər, Eldənizlər. Xilafətin zəifləməsi nəticəsində yaranan dövlətlər Salarilər, Sacilər və Rəvvadilərdir. 4-cü fikrə əsasən sözdəki sonor samitlərin sayı 4 olmalıdır, Uyğun variantlar – Salarilər və Eldənizlər. Bütün şərtləri eyni vaxtda ödəyən ad “Salarilər”dir.
Doğru cavab: A
3. “Neolit inqilabı” – ...
birləşməsindən sonra gələ bilcək fikirlərdən hansı yanlışdır?
1. yeni daş dövründə baş vermişdir.
2. birləşməsində əsas tərəf adlıq halda olan isimlə ifadə olunub.
3. birləşməsində uzlaşma əlaqəsi zamanı ikinci tərəf əsas tərəfdir.
4. birləşməsi cümlədə sintaktik təhlil zamanı parçalanır.
A) 2, 3 B) 1, 5 C) 3, 4 D) 2, 4 E) 1, 3
Neolit inqilabı yeni daş dövründə baş vermişdir, 1-ci fikir doğrudur. Birləşmənin əsas tərəfi, yəni “inqilabı” sözü adlıq haldadır, 2-ci fikir doğrudur. Uzlaşma əlaqəsində hər zaman birinci tərəf əsas olur, 3-cü fikir səhvdir. Birləşmə II növ təyini söz birləşməsi olduğu üçün heç vaxt parçalanmır, 4-cü fikir səhvdir.
Doğru cavab: C
4. “Hədəf Kurslarının əsas özəlliyi onun peşəkar müəllimləridir” cümləsi ilə bağlı yanlış fikir hansıdır?
1. Cümlə üzvlərinin sayı Albaniya dövlətinin paytaxtlarının sayına bərabərdir. 2. Cümlədə yiyəlik halda olan iki isim işlənmişdir.
3. Cümlədəki söz birləşmələrinin sayı İbtidai icma quruluşunun dövrlərinin sayına bərabərdir. 4. Cümlədəki düzəltmə sözlərin sayı monqolların Azərbaycana yürüşlərinin sayına bərabərdir 3
5. Xəbərlik şəkilçili söz təsirlik halda olan sadə isimdir.
A) 2, 3, 4 B) 3, 4, 5 C) 1, 2, 5 D) 1, 3, 4 E) 2, 4, 5
Verilmiş cümlə müxtəsər sadə cümlədir. “Hədəf Kurslarının əsas özəlliyi” – mübtəda, “onun peşəkar müəllimləridir” – xəbərdir. Cümlədə 2 üzv var. Albaniya dövlətinin 2 paytaxtı olmuşdur – Qəbələ və Bərdə, 1-ci fikir doğrudur. Cümlədə yiyəlik halda 2 isim var – “Hədəf” və “Kurslarının”, 2-ci fikir doğrudur. Cümlədə 2 söz birləşməsi var, amma İbtidai icma quruluşu 3 mərhələyə bölünür – daş, tunc, dəmir; 3-cü fikir səhvdir. Cümlədə iki düzəltmə söz var – “özəlliyi” və “peşəkar”, amma monqollar Azərbaycana 3 dəfə yürüş etmişlər, 4-cü fikir səhvdir. Xəbərlik şəkilçili söz – “müəllimləridir” 3-cü şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul edib, adlıq haldadır, 5-ci fikir səhvdir.
Doğru cavab: B
5. Ərəb Xilafətinin zəifləməsi nəticəsində Azərbaycanda yaranmış dövlətlərin sayı bərabərdir:
A) təsriflənən feillərin növlərinin sayına
B) intonasiyaya görə cümlə növlərinin sayına
C) köməkçi nitq hissələrinin sayına
D) ismin aid qramatik şəkilçilərinin sayına
E) sintaktik əlaqələrin sayına
Ərəb Xilafətinin zəifləməsi nəticəsində 5 dövlət – Şirvanşahlar, Sacilər, Rəvvadilər, Şəddadilər və Salarilər yaranmışdır. Təsriflənən feillərin 6 şəkli (əmr, arzu, xəbər, vacib, lazım, şərt) var. İntonasiyaya görə cümlənin 4 (nəqli, sual, əmr, nida) növü var. Köməkçi nitq hissələrinin sayı 5-dir (qoşma, bağlayıcı, ədat, modal söz, nida). İsmə aid 4 qrammatik şəkilçi (hal, mənsubiyyət, kəmiyyət, xəbərlik) var. Sintaktik əlaqəlarin sayı 2-dir (tabesizlik və tabelilik).
Doğru cavab: C
AZƏRBAYCAN DİLİ – FİZİKA
6. Buraxılmış söz ismin neçənci halının köküdür?
Nyutonun III qanunu:
“..... və əks-.... qüvvələri qiymətcə bərabər, istiqamətcə əksdir”.
A) I B) II C) III D) IV E) V
Nyutonun III qanununa əsasən “Təsir və əks-təsir qüvvələri qiymətcə bərabər, istiqamətcə əksdir.”
Buraxılmış söz – “təsir” ismin IV halının (təsirlik) köküdür.
Doğru cavab: D
7. Venn diaqramına əsasən, boşluğa yazılmalıdır:
A) Nyuton B) Paskal C) Arximed D) Qaliley E) Amper
Variantlarda verilmiş bütün alimlərin adına qanun mövcuddur, amma adında yazıda işarəsi olmayan səs ([k'] və [x']) yalnız Paskaldır.
Doğru cavab: B
8. Sual işarəsinin yerinə yazılmalıdır:
A) kütlə B) zaman C) sürət D) kütlə E) qüvvə
Sualda hər üç şərti ödəyən termin tələb olunur. Bütün variantlar vektorial kəmiyyətdir. Yalnız “təcil” həm səsuzanma hadisəsi olan və hərəkət istiqamətinə yönələn kəmiyyətdir. Bu sualda texniki xəta nəticəsində A) və D) variantlarında eyni cavab – “kütlə” sözü gedib. Verilən suala uyğun gələn söz bəndlərdə verilmədiyi üçün şagirdlərin xeyrinə hesablanacaq
Doğru cavab: *
9. Cərəyan şiddəti vahidinin adına uyğun deyil:
A) I saiti qalın, açıq, dodaqlanmayan, II saiti incə, açıq, dodaqlanmayandır.
B) 2 hecalıdır, vurğusu I hecanın üzərinə düşür.
C) Saitlərin sayı, qarşılığı olmayan samitlərin sayına bərabərdir.
D) Ahəng qanununa tabe olmayan sözdür.
E) Tərkibində 2 kar samit var.
Cərəyan şiddətinin vahidi “Amper”dir. Sözdə I sait [a] qalın, açıq, dodaqlanmayan, II sait [e] incə, açıq, dodaqlanmayandır. A variantı doğrudur. Söz ikihecalıdır, vurğu ilk hecaya düşür. B variantı doğrudur. Saitlərin sayı – 2, sözdəki qarşılığı olmayan samitlərin ([m], [r]) sayına bərabərdir. C variantı doğrudur. I saiti qalın, ikinci saiti incə olduğu üçün ahəng qanununa tabe deyil. D variantı doğrudur. Tərkibində yalnız 1 kar samit var - [p]. Deməli E variantındakı fikir səhvdir.
Doğru cavab: D
y, m
80
75
60
35
0
körpə
bərk
ölü
çiy
10. 80 m yüksəklikdən sərbəst düşən cismin 3-cü saniyənin sonunda olacağı
hündürlükdəki sözə uyğun sinonim hansı variantda verilib?
A) cansız
B) bişməmiş
C) möhkəm
D) meyit
E) balaca
80 m yüksəklikdən sərbəst düşən cismin 3-cü saniyənin sonunda 35 m yüksəklikdə olacaq. Həmin yüksəkliyə uyğun söz “ölü”dür. “Ölü” sözü sifət olduğu üçün olduğu üçün “meyit” ismi onun sinonimi kimi verilə bilməz. Yalnız A) variantı testin doğru cavabına uyğun gəlir.
Doğru cavab: A
AZƏRBAYCAN DİLİ – BİOLOGİYA
11. Cücülər sinfinə aid olan onurğasızlarda gözlər fasetli və ya ... gözlərdir.
Nöqtələrin yerinə yazılacaq söz üçün doğru olmayan mülahizələri müəyyən edin.
1. Samit qoşalığı tələffüz fərqi yaradır.
2. Ahəng qanununa tabe deyil.
3. İsim və sifət kimi omonimdir.
4. Cingiltili samitlə başlayır və bitir.
A) 2, 3 B) 3, 4 C) 1, 2 D) 2, 4 E) 1, 3
Çiçək xəstəliyini
əmələ gətirən
varlıqlarda yoxdur
Tərkibində kar qarşılığı olmayan cingiltili, cingiltili qarşılığı olmayan kar samit var
?
12.
A) zülal B) quyruq C) hüceyrə D) başcıq E) nuklein turşusu
Çiçək xəstəliyini əmələ gətirən varlıqlar hüceyrəsizdir. Hüceyrə sözündə kar qarşılığı olmayan cingiltili [r], cingiltili qarşılığı olmayan kar [h] samit var.
Doğru cavab: C
13.
A) yarpaq B) toxum C) çiçək D) gövdə E) kök
Variantlardakı yalnız kök sözü həm omonim, həm də çoxmənalıdır. Kök vegetativ bitki orqanıdır, georgin bitkisində bu orqanın şəkildəyişməsi var.
Doğru cavab: E
14. Zülfün suda mar kimi,
Oynar su damar kimi,
Sızıldatdın aşiqi
Yağa su damar kimi.
Sarı Aşıqdan verilən parçada doğru olmayan ifadələri seçin.
1. Birinci misrada timsahın aid olduğu sinfin nümayəndəsi var.
2. İkinci misrada qeyri-qəti gələcək zamanda feil var.
3. Üçüncü misrada buğumayaqlılar tipi üçün qapalı sistemə malik söz işlənib.
A) 1, 2 B) 2, 3 C) 1, 3 D) yalnız 1 E) yalnız 3
Birinci misrada işlənmiş “mar” sözü “ilan” sözünün köhnəlmiş qarşılığıdır. “İlan” timsah kimi sürünənlər sinfinin nümayəndəsidir, 1-ci fikir doğrudur. “2-ci misradakı “oynar” sözü qeyri-qəti gələcək zamandadır, 2-ci fikir doğrudur. Üçüncü misrada buğumayaqlılar tipi üçün qapalı sistemə malik heç bir söz işlənməyib, 3-cü fikir səhvdir.
Doğru cavab: E
15. Hansı vedrələri birləşdirsək əlifbadakı cingiltili samit səslərin sayı alınar?
bal arısında
yerimə
ayaqlarının
sayı – c
3 çay
xərçəngindəki bığcıqların
sayı – a
insanda ürəyə birləşən
damarların
sayı – b
A) a B) a + b C) b + c D) a + b + c E) a + c
Cingiltili samit səslərin sayı 14-dür.
1 çay xərçəngində 4 bığcıq var, deməli a=3*4=12
İnsanda ürəyə birləşən 8 damar var, b=8
bal arısında yerimə ayaqlarının sayı 6-dır, c=6
b+c=8+6=14
Doğru cavab: C
AZƏRBAYCAN DİLİ – KİMYA
16. Nöqtələrin yerinə uyğun gələn söz haqqında hansı fikir doğrudur?
A) İkihecalı sadə sözdür.
B) Deyilişi yazılışından fərqlənir.
C) Sifətin adi dərəcəsindədir.
D) Sait səslərin sayı samit səslərin sayına bərabərdir.
E) Sözdə yalnız qalın saitlər iştirak etmişdir.
NaOH-ın suda məhlulu və KOH-ın suda məhlulu lakmusun rəngini göy edir. “Göy” birhecalıdır, deyilişi və yazılışı fərqlənmir, sifətin adi dərəcəsindədir, sait səslərin sayı samit səslərin sayından azdır, sözdəki sait incədir.
Doğru cavab: C
17. ....... və əsaslar arasında normal duz və su alınması ilə gedən reaksiyalara neytrallaşma reaksiyaları deyilir. Tərifdə nöqtələrin yerinə yazılacaq sözün leksik təhlili ilə bağlı doğru fikri müəyyən edin.
A) Omonimdir. B) Milli sözdür. C) Antonimi var.
D) Çoxmənalıdır. E) Sinonimi qələvi sözüdür.
Turşularvə əsaslar arasında normal duz və su alınması ilə gedən reaksiyalara neytrallaşma reaksiyaları deyilir. “Turşu” sözü omonimdir, alınmadır, antonimi yoxdur, təkmənalıdır, sinonimi yoxdur.
Doğru cavab: A
18. Hansı kristalhidratın adının mənası II növ təyini söz birləşməsidir və Azərbaycan dilinə tərcümədə “qəribə duz” deməkdir?
A) Na2CO3 ∙ 10H2O B) CuSO4 ∙ 5H2O C) CaSO4 ∙ 2H2O
D) (CaSO4)2 ∙ H2O E) Na2SO4 ∙ 10H2O
Na2SO4 ∙ 10H2O - Qlauber duzudur. “Qlauber” sözünün Azərbaycan dilində mənası qəribə deməkdir.
Doğru cavab: E
19. Hansı kimyəvi reaksiya oksidləşmə-reduksiya reaksiyaları baxımından “Yanan da mən, yaman da mən” fikri ilə səsləşir?
A) 2NO+O2 → 2NO2
B) 3S + 6KOH → 2K2S + K2SO3 + 3H2O
C) MnO2 + 4HCl → MnCl2 + Cl2 + 2H2O
D) 2KClO3 → 2KCl + 3O2
E) 2FeCl2 + Cl2 → 2FeCl3,
3S + 6KOH → 2K2S + K2SO3 + 3H2O - reaksiyasında sərbəst kükürd atomu həm oksidləşdirici, həm də reduksiya edicidir.
Doğru cavab: B
20. Hansı bağlayıcılardan istifadə etməklə aşağıdakı cümlələri tamamlamaq olar?
a. Neytral halda kükürd atomu ..... oksidləşdirici, ...... reduksiyaedici xassə göstərir.
b. Ozon oksigenin reaksiyaya girmədiyi maddələri, ...... gümüşü belə oksidləşdirir.
c. SiO2 Su ....., ..... WO3-lə reaksiyaya daxil olmur.
A) nəinki; həm; hətta B) amma; ancaq; lakin C) həm, həm də; hətta
D) nə, nə də ki E) həm, həm də; və, ilə
Neytral halda kükürd atomu həm oksidləşdirici, həm də reduksiyaedici xassə göstərir. Ozon oksigenin reaksiyaya girmədiyi maddələri, hətta gümüşü belə oksidləşdirir. SiO2 Su həm, həm də WO3-lə reaksiyaya daxil olmur.
Doğru cavab: C
AZƏRBAYCAN DİLİ – COĞRAFİYA
21. Hansı dağ silsiləsində yerləşən ən hündür zirvənin mürəkkəb söz olaraq birinci tərəfini sifət ikinci tərəfini isə omonim kimi düşünmək olar?
A) Qarabağ silsiləsi B) Qarabağ vulkanik yaylası C) Dərələyəz
D) Zəngəzur E) Baş Suayrıcı
Verilən silsilələrin ən yüksək zirvələri aşağıdakı kimidir. Qarabağ vulkanik yaylasının ən yüksək zirvəsi olan “Dəlidağ” sözünün birinci tərəfi sifət ikinci tərəfi isə omonim sözdür.
Qarabağ silsiləsi – Böyük kirs
Qarabağ vulkanik yaylası – Dəlidağ
Dərələyəz - Küküdağ
Zəngəzur – Qapıcıq
Baş Suayrıcı – Bazardüzü
Doğru cavab: B
22. İki böyük su hövzələrini birləşdirən ensiz su zolağı .... adlanır. Nöqtələrin yerinə yazıla biləcək söz haqqında düzgün bənd:
A) antonim, sinonim B) sinonim, omonim C) çoxmənalı söz, omonim
D) çoxmənalı söz, antonim E) sinonim, antonim
İki böyük su hövzələrini birləşdirən ensiz su zolağı boğaz adlanır. Boğaz sözü həm çoxmənalı, həm də omonimdir.
Doğru cavab: C
23. Verilmiş qoşmadan istifadə edərək onun məzmunca növünü, coğrafiyada baş verən prosesə mənaca uyğunluğunu, qoşmanın misralarına uyğun olaraq ədədi silsilənin ilk 7 həddinin cəmini tapın.
Əllisində əlif qəddin çəkilər,
Altmışında qabaq dişlər tökülər,
Yetmişində qəddin, belin bükülər,
Karvanı kəsilmiş yola bənzərsən.
A) Vicudnamə, geosinklinaldan platformaya çevrilmə, 560
B) Ustadnamə, çayın akkumlyativ prosesi, 140
C) Qıfılbənd, dağların denudasion prosesi, 560
D) Gözəlləmə, geosinklinaldan platformaya çevrilmə, 600
E) Vicudnamə, sürüşmə prosesi, 560
Verilmiş şeir insanın yaş mərhələlərinə uyğundur, belə qoşmalara vücudnamə deyilir. Şeirin məzmununda geosinklinaldan platformaya çevrilmə hadisəsinə mənaca uyğunluq var. Şeirə uyğun olaraq ədədi silsilənin ilk 7 həddi – 50+60+70+80+90+100+110=560-dır.
Doğru cavab: A
24. Avtomobil 500 ş.u-dan ekvator boyunca 5550 km yol qət edəndən sonra çatdığı məntəqənin saat qurşağını müəyyənləşdirdikdən sonra alınan sayla bağlı doğru cavabı tapın.
1. Müəyyən miqdar sayıdır.
2. Quruluşca düzəltmədir.
3. Sözün tərkibində sonor samit işlənməyib.
4. Özündən sonra gələn isim cəm şəkilçisi qəbul edə bilər.
5. İsimləşərək cümlədə mübtəda vəzifəsində işlənə bilər.
A) 1, 3 B) 1, 2, 4 C) 2, 4, 5 D) 1, 4, 5 E) 1, 2
Məsələnin şərtinə görə söhbət VII saat qurşağından gedir. “Yeddinci” sözü ilə bağlı 2, 4, 5-ci fikirlər doğrudur.
Doğru cavab : C
25. Sxemdə verilmiş məntəqələrə uyğun doğru cavabı müəyyən edin.
I. Birinci tərəfi qeyri-müəyyən yiyəlik, ikinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənmiş mürəkkəb isim var.
II. Omonim və çoxmənalı söz işlənmişdir.
1. Burada bol yağış olduğundan çayları gursulu, meşələri füsünkar, bitki örtüyü zəngindir.
2. Dənizdən buxarlanan su yamac boyu hərəkət edərək ağırlaşır, istiliyi yüksəldir, meşələrə, vahələrə meydan oxuyan bozqır yaradır.
3. Burada iqlim şəraiti arid olduğundan bulaqları azsulu, bitkiləri isə quru kollar, yovşan və kəklikotudur.
4. Bura daxil olan rütubət qayaları aşındırır, çılpaqlaşdırır və illər boyu susmuş vulkanları yenidən püskürməyə məcbur edir.
A) I – 1 – A; II – 3 – B B) I – 4 – A; II – 2 – B C) I – 3 – A; II – 1 - B
D) I – 2 – A; II – 3 – B E) I – 3 – A; II – 4 – B
Birinci tərəfi qeyri-müəyyən yiyəlik, ikinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənmiş mürəkkəb isim III cümlədə “kəklikotu” sözünə və A məntəqəsinə uyğun gəlir. Omonim və çoxmənalı sözün işləndiyi nümunələr isə I cümlədəki çay və meşə sözlərinə və B məntəqəsinə uyğun gəlir.
Doğru cavab: C
AZƏRBAYCAN DİLİ – RİYAZİYYAT
26. +16 ifadəsinin qiymətindən 5 çıxdıqda alınan ədəd verilmiş cümlələrdən hansında işlənmiş cümlə üzvlərinin sayına bərabərdir?
A) Dağ çayının səsi uzaqdan eşidilir.
B) Nəcəf bəy Vəzirovun şah əsəri “Müsibəti-fəxrəddin” faciəsidir.
C) Məktəbdən evə təzə dostu ilə qayıtdı.
D) Dünən Cəfər əmi birdən hamını heyrətə salan fikirlər söylədi.
E) Elçin qarşısına qoyduğu məqsədə nail olur.
Verilən şərtə görə alınan ədə 6-dır. Bəndlərdə verilən cümlələrdən yalnız D) variantıda 6 cümlə üzvündən ibarət nümunə işlənmişdir.
Doğru cavab: D
27. Hansı bənddə olan şərtlə Azərbaycan dilindəki sait səslərin sayı uyğun gəlir?
A) 20%-li 45 litr məhluldakı duzun miqdarı
B) 1,(6)+2,(3)
C) Katetləri 3 və 4 olan düzbucaqlı üçbucağın hipetonuzunun qiyməti
D) ədədinin qiyməti
E) ƏBOB(12; 24)
A) 9
B) 4
C) 5
D) 3.14
E) 12
Doğru cavab: A
m
n
a
3
b
6
6
6
28. m və n düz xətləri və onları kəsən paralel düz xətlər verilmişdir. a + b cəminə bərabər olan say hansı cümlədə isimləşmişdir ?
A) Altı cürüdüyü üçün bidon yararsız vəziyyətə düşmüşdü.
B) İki qələm alıb üçünü qardaşıma verdim.
C) Altı üçdən iki dəfə böyükdür.
D) Altını üstünə çevirmək lazımdır.
E) İkinci dərs maraqlı kecdı.
Şərtə görə alınan rəqəm 6-dır. Həmin rəqəm söz şəklində C) variantında işlənmişdir.
Doğru cavab: C
29. Uyğunluq gözlənilib:
A) ədədinin neçə sadə böləni var? – Bölənlərin sayı olan ədədə III şəxsin təkinin şəxs şəkilçisini artırsaq, sözün kökünün son samiti özünün fərqli qarşılığı kimi tələffüz olunar.
B) x-in hansı natural qiymətində kəsri düzgün kəsr olar? – x-in bu natural qiyməti “qiraət” sözünün tələffüzü zamanı səsartımına bərabərdir.
C) ədədinin tam hissəsi nə qədərdir? – Köməkçi nitq hissələrinin sayı qədərdir.
D) olarsa, -i hesablayın. – “sevinclə” sözündəki səslərin sayına bərabərdir.
E) ifadəsinin qiymətini hesablayın. – İfadənin qiyməti “Mən evə gedəndə qardaşım sinif yoldaşı ilə küçədə nə barədəsə qızğın mübahisə edirdi” cümləsindəki cümlə üzvlərinin sayına bərabərdir.
Verilən test tapşırığında bütün bəndlərdə uyğunluq pozulmuşdur. Riyazi hesablamalara uyğun Azərbaycan dilinə aid uyğunluqlar üst-üstə düşmədiyi üçün bu tapşırıq imtahanda iştirak edənlərin xeyrinə hesablanılacaq.
Doğru cavab: *
30. Müstəvidə bir nöqtədən çıxıb iki şüanın əmələ gətirdiyi fiqurun adı ilə bağlı doğru fikir hansıdır?
A) Tərkibində incə saitlərin ahəngi var.
B) Üçhecalı sözdür.
C) Sözdəki samitlərdən birinin kar qarşılığı yoxdur.
D) Tərkibində bir dodaqlanan sait var.
E) Tərkibində yalnız cingiltili samitlər var.
Müstəvidə bir nöqtədən çıxıb iki şüanın əmələ gətirdiyi fiqurun adı “bucaq” sözüdür. Həmin sözdə bir dodaqlanan sait olduğu üçün cavab D) variantıdır.
Doğru cavab: D)
AZƏRBAYCAN DİLİ – İNGİLİS DİLİ
31. Aşağıdakı sözlərdən birinin Azərbaycan dilinə tərcüməsi mürəkkəb isimdir:
A) water-melon B) apricot C) shoes
D) sun-glasses E) pencil
Sözlərin tərcüməsi:
A) qarpız
B) ərik
C) ayaqqabı
D) eynək
E) qələm
Yalnız “ayaqqabı” sözü mürəkkəbdir.
Doğru cavab: C
32. Aşağıdakı sözlərdən biri Azərbaycan dilində çoxmənalı sözdür :
A) eye B) fridge C) beach
D) peach E) town
Sözlərin tərcüməsi:
A) göz B) soyuducu C) çimərlik D) şaftalı E) qəsəbə
Yalnız “göz” sözü çoxmənalıdır.
Doğru cavab: A
33. Sözlərdən birinin Azərbaycan dilində tərcüməsi həm soldan sağa, həm də sağdan sola oxunarkən eyni mənanı verir:
A) trip B) tail C) trick
D) truck E) track
A) səyahət
B) quyruq
C) kələk
D) yük maşını
E) cığır
Verilmiş sözlərdən yalnız “kələk” pallindrom sözdür. Həm soldan sağa, həm də sağdan sola oxunarkən eyni mənanı verir.
Doğru cavab: C
34. Aşağıdakı saylardan birinin ingilis dilindəki oxunuşunda ilk hərfi “J” samitinin kar qarşılığı ilə əvəz etsək, Cənubi Asiyaya məxsus adalardan birinin ilk hecası alınar:
A) 3 B) 5 C) 7
D) 10 E) 9
Sayların tərcüməsi:
A) three
B) five
C) seven
D) ten
E) nine
“Three” sözünün oxunuşunda ilk samiti [ş] səsi ilə əvəz etsək, Cənubi Asiyaya məxsus adalardan birinin (Şrilanka) ilk hecası alınar.
35. Aşağıda Azərbaycan dilində meyvə adları verilmişdir. Bu meyvə adlarından birinin ingiliscə adının tərkibində, fərziyəyə görə Nyutonun başına düşən meyvənin ingiliscə adı da var:
A) qarpız B) ananas C) armud
D) şaftalı E) albalı
Meyvələrin tərcüməsi:
A) water-melon B) pineapple C) pear D) peach E) cherry
Fərziyəyə görə Nyutonun başına düşən meyvə almadır. Alma ingiliscə “apple”-dir.
Doğru cavab: B
ÇOXFƏNLİ İNTEQRASİYA
36. Cənub tropik xəttini iki dəfə kəsən çayın adındakı qarşılığı olmayan samitlərin sayı haqqında hansı riyazi fikri söyləmək olar?
A) Ən kiçik natural ədəddir.
B) Cüt, sadə ədəddir.
C) 4 < x < 9 çoxluğuna daxildir.
D) Mürəkkəb ədəddir.
E) Katetləri 3 sm və 4 sm olan düzbucaqlı üçbucağın hipotenuzuna bərabərdir.
Sualı 3 hissəyə bölmək lazımdır:
- Cənub tropik xəttini iki dəfə kəsən çay – Limpopo
- Limpopo çayının adındakı qarşılığı olmayan samitlərin sayı – 2
- 2 rəqəminə uyğun riyazi fikir – cüt, sadə ədəddir.
Doğru cavab: B
37. Dağın ətəyində temperatur 10 ºC, zirvəsində isə 1,54ºC-dirsə, həmin dağın hündürlüyünün metrlə ifadəsinə uyğun ildə yaranmış dövlətin adı haqqında söyləmək olar:
A) Söz saitlə başlayıb samitlə bitir.
B) Deyilişi və yazılışı fərqlənməyən sözdür.
C) Quruluşca mürəkkəbdir.
D) Ahəng qanununa tabe deyil.
E) 4 hecalıdır.
Sual 4 mərhələdə həll olunmalıdır:
- Dağın hündürlüyünün hesablanması – hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşdüyü üçün və verilmiş şərtə əsasən ümumilikdə 8,46 ºC temperatur fərqi yarandığından (10 – 1,54=8,46) deyə bilərik ki, dağın hündürlüyü 1410 metrdir. (8,46:1000*6=1410)
- Dağın hündürlüyünün metrlə ifadəsinə uyğun il – 1410-cu ildir.
- 1410-cu ildə yaranmış dövlət – Qaraqoyunludur.
- Qaraqoyunlu sözü – mürəkkəbdir.
Doğru cavab: C
38. Temperatur ölçüsü 100 ºC-dən kiçik iki alınma sadə sözdür. Farenheyt şkalası üzrə ola biləcək iki temperatur göstəricisinin ədədi ortasını tapın.
A) 104 B) 110 C) 98 D) 66 E) 44
Sual 3 mərhələdə həll olunmalıdır:
- 100-dən kiçik alınma say – 0 (sıfır) və 80 (həştad) saylarıdır.
- 0 ºC = 32 ºF; 80 ºC = 176 ºF (80*1,8+32=176)
- 32 və 176 rəqəmlərinin ədədi ortası 104-dür. (32+176)/2=104.
Doğru cavab: A
39. Aşağıda verilənlər hansı şəhərin adı ilə bağlıdır:
1. Ölkə ərazisində yeganə buzlaq mənşəli göl bu ərazidə yerləşir.
2. Azərbaycanın şimalında yaranmış ilk dövlətin paytaxtı olmuşdur.
3. Sözdəki cingiltili samitlərin sayı miqdar saylarının sayına bərabərdir.
4. Tərkibindəki hərflərin sayı sulfit turşusundakı atomların mol sayına bərabərdir.
A) Qəbələ B) Lənkəran C) Bakı
D) Şirvan E) Şamaxı
Ölkə ərazisində yeganə buzlaq mənşəli göl Qəbələdə yerləşir. Azərbaycanın şimalında yaranmış ilk dövlətin – Albaniyanın paytaxtı Qəbələdir. Bu sözdə 3 cingiltili samit var, bu say miqdar saylarının məna növünə bərabərdir. Sözdə 6 hərf var ki, bu da sulfit turşusundakı atomların mol sayına bərabərdir
40. Ərimə temperaturu 1500 ºC olan maddənin kristallaşma temperaturuna uyğun ildə bağlanmış sazişin nəticəsi:
A) Səfəvi dövlətinin əsası qoyuldu.
B) Qaraqoyunlu dövlətinin varlığına son qoyuldu.
C) Ağqoyunlu dövlətinin parçalanma prosesi başa çatdı.
D) Səfəvi ordusu geri çəkildi.
E) Şirvanşahlar dövləti daha da qüdrətləndi.
Sual 4 mərhələdə həll olun ur:
-Maddənin ərimə temperaturu elə kristallaşma temperaturuna bərabərdir – 1500 ºC
- Tempretura uyğun il – 1500-cü ildir.
- 1500-cü ildə bağlanmış müqavilə Əbhər sülhüdür.
- Bu müqaviləyə əsasən Ağqoyunlu dövlətinin parçalanması vaşa çatmışdır.
Doğru cavab: C
41. ab, cb, db …. şəklində qafiyələnən və sonda müəllifin adı çəkilməyən şeir şəklinin omonim tayı kimi adlandırıla bilər:
A) Avrasiya B) Azərbaycan C) Sakit okean
D) Amerika E) Göy-göl
Sual 3 mərhələdə həll olunur:
- ab, cb, db …. şəklində qafiyələnən və sonda müəllifin adı çəkilməyən şeir şəkli qitədir.
- Qitə həm də coğrafi termindir.
- Variantlardan yalnız Amerika qitədir.
Doğru cavab: D
42. Azərbaycanın ən kəskin kontinental iqlim şəraitinin olduğu rayonun adının ilk hərfinə uyğun fiziki vahidi BS-də əsas vahidlərlə ifadə edin.
A) V/A B) kq/m³ C) A/V D) kq*m/san2 E) kq*m2/san2
Sual 3 mərhələdə həll olunur:
-Azərbaycanın ən kəskin kontinental iqlim tipinin olduğu rayonu Culfadır.
-Culfa sözünün ilk hərfi “C” istilik tutumunu ifadə edir.
-İstilik tutumu kq*m2/san2 düsturu ilə hesablanır.
Doğru cavab: E
43. Haqqında danışılan işarənin ifadə etdiyi səs hansı bənddədir?
A) ağac qabığı B) dilucu söyləmək C) yandırmaq
D) yarımçıq iş E) çəkic zərbəsi
Sualın şərtində verilmiş hər 4 anlayışın cavabı “C”-dir. Deməli variantlardan tərkibində [c] səsi olan cavab seçilməlidir. A və E variantlarında “ce” hərfi olsa da, bu səs [ç] kimi tələffüz olunur. Yalnız B variantında [c] səsi var.
Doğru cavab: B
44. a-nın qiyməti sifətlə omonimliyi olan say olarsa, verilmiş ifadənin qiymətinə uyğun il nəyin başlanğıcı olar?
a3 – 3a249 + 3a492 – 493 = ?
A) bizim eranın B) I Dünya Müharibəsinin C) Orta əsrlər tarixinin
D) III minilliyin E) Feodalizm quruluşunun
Sual 4 mərhələdə həll olunur:
-Sifətlə omonimliyi olan say – 50 (əlli)
- Verilmiş ifadə müxtəsər vurma düsturudur – (a-b)3
- İfadənin qiyməti – (50-49)3=1
-1-ci il bizim eranın başlanğıcıdır.
Doğru cavab: A
45. Buxarlanma yağıntıdan xeyli çox, seyrək bitki örtüyü olan təbii zonanın ingilis dilinə olan tərcüməsinin üçüncü hərfi hansı kimyəvi elementi işarə edir?
A) kükürd B) dubnium C) azot D) mis E) brom
Sual 3 mərhələdə həll olunur:
- Buxarlanma yağıntıdan xeyli çox, seyrək bitki örtüyü olan iqlim şəraiti – səhra
- Səhra ingilis dilində - desert
- Desert sözünün 3-cü hərfi – S
- S kimiyəvi element kimi kükürdün işarəsidir.
Doğru cavab: A
MƏNTİQ
46. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır).
kaetvliln – ikamy
ntqrilae – ?
A) dəbəytiay B) izyiratyya C) sumiiq D) cirfaoyğa E) ixtra
Kaetvliln – Valentlik sözünün hərf sırası pozulmuş variantıdır. İkamy – Kimya fənninə uyğun gəlir. Ntqrilae – inteqral termini riyaziyyat fənninə aiddir. A variantında ədəbiyyat, B- riyaziyyat, C – musiqi, D – coğrafiya, E – tarix fənlərinin hərfdəyişməsi verilib.
Doğru cavab: B
47. Hər bir hərf fərqli rəqəmlə şifrələnib. Qanunauyğunluğu müəyyən edin və “?” işarəsinin əvəzinə uyğun olan variantı seçin.
KLES
SAMS
TBEM
RKBE
7632
2142
9534
8753
SEAS + ? = RSKT
A) BLTK B) KBLT C) BTLK D) KTLK E) BLLT
Yuxarıda verilmiş hər bir hərf birləşməsi aşağıdakı rəqəmlərə uyğundur. K – 7, L – 6, E – 3, S – 2, A – 1, M – 4, T – 9, B – 5, R – 8 rəqəmlərinə uyğundur.
SEAS + ? = RSKT misalına əsasən sual işarəsi RSKT– SEAS fərqinə bərabər olmalıdır.
8279–2312=5967
5 – B, 9 – T, 6 – L, 7 – K hərflərinə uyğundur.
Doğru cavab: C
48. Elxan dəftərdə ardıcıl olaraq 33 dəfə HƏDƏF sözü yazır. Elxanın dəftərə yazdığı 88-ci hərf hansıdır?
A) H B) Ə C) F D) D E) A
Hədəf sözü beş hərfli olduğu üçün 88 rəqəmindən 5-ə bölünən ən yaxın ədədi çıxırıq. 88-85=3.
Sözün 3-cü hərfi D-dir.
Doğru cavab: D
49. Qanunauyğunluğu müəyyən edin və “?” işarəsinin yerinə uyğun olan variantı seçin.
yalnız + kişi = təkər
çiçək + şad = ?
A) Gülnar B) Aygün C) Gülşən
D) Aynur E) Günel
Yalnız sözünü – tək, kişi sözünü - ər ilə əvəz etmək olar. Deməli, çiçək – gül, şad – şən əvəzlənməsi olunmalıdır.
Doğru cavab: C
50. Həkim hər 3 gündən bir (2 gün evdə, 3-cü gün işdə) növbəyə qalır. İlk növbə çərşənbə günüdürsə, 10-cu növbəsi neçənci gündür?
A) 2 B) 1 C) 3 D) 5 E) 4
Həkim çərşənbə günü ilk növbədədirsə, 10-cu növbəsi 27 gün sonra olacaq. Çərşənbə günündən 27 gün keçərsə çərşənbə axşamı – 2-ci gün olar.
Doğru cavab: A
Dostları ilə paylaş: |