Azərbaycan diLİ FƏNNİNDƏN


Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir



Yüklə 203,13 Kb.
səhifə40/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   36   37   38   39   40   41   42   43   ...   62
Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir. Yazıda sual cümləsinin sonunda sual işarəsi ( ? ) qoyulur. Məsələn: Ölkəmizin bayrağı neçə rəngdədir? Himnimizi kim yazıb?

Sual cümlələrin üç növü var:

1. Sual əvəzliklərinin köməyi ilə yaranan sual cümlələri. Məsələn: Qız qalası neçənci əsrdə tikilib? Ölkəmizin ilk paytaxtı hansı şəhər idi? Qarabağa hücum edən kim idi? Ata Türk haqqında  bilirsiniz?
2. Sual ədatlarının köməyi ilə yaranan sual cümlələri. Məsələn: Siz günəşin çıxmasını seyr etmisinizmi? Bəs batması? Getmək istəmirsən ki?
3. Yalnız sual intonasiyası ilə əmələ gələn sual cümlələr. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri və sual ədatları iştirak edir. Belə cümlələr nəqli cümlələrə yaxın olub, nəqli cümlələrdən xəbərinin son hecasının bir qədər uzun tələffüz olunması ilə fərqənir. Məsələn: Sən şeri sevirsən? Himnimizi bilirsən? Qiymət almısan?

Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin  cavabında ya həmin cümlələrin özləri (məsələn: Bu köhnə kitabdır? – sualına Bu köhnə kitabdır cavabını vermək olar) ya da onların bir hissəsini təkrar etmək (köhnə kitabdır deyə), yaxud da bəli, yox, xeyr kimi təstiq və inkar bildirən  sözlərlə cavab vermək olar.


3. Əmr cümləsi


Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir. Əmr cümləsinin xəbəri felin əmr şəklində ifadə olunur. Bu, əmr cümləsi üçün qramatik göstərici hesab olunur.

Adi tonla tələffüz olunan əmr cümlələrinin sonunda yazıda nöktə qoyulur. Lakin əmr cümləsi yüksək tonla tələffüz edildikdə nida işarəsi qoyulur. Məsələn adi tonla: bəri bax. Ynımda qal. Yüksək tonla: Düzünü de! Cavab ver! Dayan!


4. Nida cümləsi



Yüklə 203,13 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin