Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir.Məsələn: Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm.
Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir. Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.
2. Təyin
Dostları ilə paylaş: |