Azərbaycan diLİ FƏNNİNDƏN



Yüklə 203,13 Kb.
səhifə49/62
tarix10.01.2022
ölçüsü203,13 Kb.
#106221
növüMücərrəd
1   ...   45   46   47   48   49   50   51   52   ...   62
Tərzi-hərəkət zərfliyi –işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.

  • Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.

  • Yer zərfliyi –işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.

  • Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.

  • Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.

  •  Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.

    Cümlə üzvlərinin əlavəsi

    Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.

    Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.

    Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.


    Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.

    Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.


    Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.

    Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə də vergül qoyulur.




    Yüklə 203,13 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   45   46   47   48   49   50   51   52   ...   62




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin