Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 159,07 Kb.
səhifə15/72
tarix31.12.2021
ölçüsü159,07 Kb.
#112648
1   ...   11   12   13   14   15   16   17   18   ...   72
nitq

Ritorika və etika

Etika fəlsəfi termin olub, yunanca etos – əxlaq, xarakter, adət deməkdir. Natiq nitqində etik problemlərin hamısına əməl etməlidir. Xüsusilə söz seçimi ritorun ən başlıca vəzifəsidir. Ritor çıxış etdiyi auditoriya qarşısında öz ləyaqətini saxlamaq üçün bütün etik normalara riayət etməlidir. Ritor unutmamalıdır ki, onun geyimi, xarici görkəmi, əl-qolunu yerli-yersiz, mənalı və mənasız qaldırıb salması onun nüfuzunu müəyyən edir. Ritorun işlətdiyi bircə ədəbsiz söz onun daxili aləminin puç olduğunu sübut edər. Və ona heç kəs qulaq asmaz. Məlumdur ki, vulqar sözlər poetik sözlərə nisbətən daha ekspressiv olur. Nə qədər yüksək səviyyədə danışırsa-danışsın, hansı hadisəni necə gözəl şərh edirsə etsin, sonda bircə ədəbsiz ifadə işlətsə, ritorun bütün nitqi mənasızlığa yuvarlanar, dəyərdən düşər. Vulqar sözlər bədii ədəbiyyatda personajın daxili aləmini açmaq, onun kobud və ədəbsiz olduğunu göstərmək üçun işlədilir. Müəllifin və ritorun dilində belə sözlər işlətmək olmaz. Ritorun auditoriyaya – diniləyicilərə münasibəti də əsas etik problemlərdəndir. Dinləyicilərlə ritor arasında vəzifəcə nə qədər böyük fərq olursa-olsun, ikinci birincilərə hörmətlə yanaşmalı və hətta tənqidi məqamlarda belə etik normalardan kənara çıxmamalıdır. Ritorun nitq zamanı hərəkətləri də etik normalar çərçivəsindən kənara çıxmamalıdır. O, heykəl kimi dayanıb, yeknəsək ahənglə, sürətli danışığı ilə dinləyicini bezikdirməməlidir. Eyni zamanda yerli-yersiz saçını sığallamamalı, qalstukunu, pencəyini düzəltməməlidir. Təsəvvür edin ki, bir adlı-sanlı natiq üzü tüklü, köynəyi çirkli və yaxalığı əzik şəkildə, rəngləri müxtəlif olan paltar və ayaqqabıda auditoriya qarşısında çıxış edir, əlindəki kitabı, karandaşı, tabaşiri tez-tez ya stola çırpır, ya da göyə qaldıraraq diqqəti onlara cəlb edir. Belə bir çıxış nə qədər zəngin olsa da, heç kəsdə müsbət təsir buraxmaz.




Yüklə 159,07 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin