Ritorika və fiziologiya
Məlumdur ki, şifahi nitq səsli dildir. Burada səsin böyük rolu vardır. Ritorun səs telləri (bütövlükdə səs cihazı) sağlam olmalıdır. Nə qədər gözəl sözlər işlədirsə işlətsin, səsi xırıltılı, dili pəltək olan natiq heç bir uğur qazana bilməz.
Fizioloji qüsur olaraq kəkələmək də nitqi eybəcərliyinə gətirib çıxarır.
Danışıq səslərinin düzgün tələffüzü, orfoepiya qaydalarına riayət etmək nitqi gözəlləşdirən amillərdən biridir. Bəzən elə adamlara rast gəlmək olur ki, nitq axını prosesində sanki ilişmələr baş verir. Buna görə də istər-istəməz danışanın nitqi qırılır. Bu, həm onun özünə, həm də dinləyiciyə pis təsir edir. Nitqin fizioloji qüsurlarını aradan qaldırmaq üçün Loqopediya adlanan elm sahəsi mövcuddur (loqos – yunanca söz, pediya - təlim deməkdir). Əgər nitqi qüsurlu uşağın eşitmə qabiliyyəti varsa, onun nitq qüsurlarını aradan qaldırmaq mümkündür. Eşitmə qabiliyyəti də nitqin bəlağətli alınmasında əhəmiyyətli rol oynayır. Əgər, ritorun özü zəif eşidirsə, o, qışqıra-qişqıra danışacaq. Onda bəlağətli nitqin keyfiyyətlərindən biri aradan çıxmış olacaqdır. Belə nitqə heç kəs qulaq asmaz.
Dostları ilə paylaş: |