Azərbaycan dili haqqında ümumi məlumat



Yüklə 159,07 Kb.
səhifə18/72
tarix31.12.2021
ölçüsü159,07 Kb.
#112648
1   ...   14   15   16   17   18   19   20   21   ...   72
nitq

Ritorika və pedaqogika

Pedaqogika dedikdə, hər şeydən əvvəl, təlim prosesi nəzərdə tutulur. Yunan dilindən götürülmüş bu terminin mənası insanı tərbiyələndirmək deməkdir. Pedaqogika tərbiyənin mahiyyətini, məqsədini, vəzifələrini və qanuna uyğunluqlarını öyrənir. Pedaqogika habelə təlim və təhsil prosesində və həyatda şəxsiyyətin rolunu müəyyənləşdirir. Pedaqogika cəmiyyət üçün çox lazımlı bir sənətdir.

Müasir dövrdə təlim və təhsil sistemini pedaqoji atributsuz təsəvvür etmək çətindir. Bu gün pedaqogika təkcə təlim və tərbiyə məsələləri ilə məhdudlaşmır. Cəmiyyətdə hər bir üzvün tərbiyəsi, əxlaqi davranışı, o cümlədən başqaları ilə mədəni rəftarı kimi vacib məsələləri öyrənir. Tədris prosesində müəllimin nitqinin gözəlliyi tələbəni (şagirdi) cəlb etmək, elmi sevdirmək üçün əsas cəhətdir. Böyük rus pedaqoqu K.D.Uşinski nahaq deməmişdir ki, müəllim şəxsiyyəti tərbiyədə hər şeydir. Müəllim öz bəlağətli nitqi ilə tədris etdiyi fənninin incəliklərini tələbə və şagirdlərinə sevdirdiyi kimi, bir şəxsiyyət kimi özünə hörmət və nüfuz da qazanır.

Yeni yetişən nəslin və gənc mütəxəssislərin nitq mədəniyyəti, əsasən, ali və orta məktəb müəllimlərinin fəaliyyətindən asılıdır. Ali məktəb tələbələri ədəbi dilin bütün normalarını bilməli və ona əməl etməlidir. Bu vəzifənin təməli orta məktəbdə qoyulmalı, ali məktəbdə isə bu iş tamamlanmalıdır. Bu işdə bütün fənn müəllimləri iştirak etməlidir. Tələbələrin əksəriyyəti burjua, sosial, demokrat və s. kimi sözlərin vurğusunu düzgün tələffüz etmirlər. Bu sözlər daha çox tarix dərslərində işlədilir. Əlbəttə, tarix müəllimi buna biganə qala bilməz.

Məlumdur ki, hər bir adamın nitqi onun keçirdiyi psixoloji proseslərdən və emosiyalardan asılıdır. Məsələn, mənfi emosiyaların təsiri altında olan tələbənin nitqinin (psixolinqvistik mexanizmi sanki bağlı olur. O, istədiyi fikri ifadə edə bilmir. Bu onun səsinin ahəngində, intonasiyasının pozulmasında, sözləri təhrif etməsində, dil vahidlərini bəzən düzgün seçə bilməməsində hiss olunur. Müəllim bu vaxt tələbənin səhvlərini düzəltməli, onun dil xətalarını təshih etməlidir.

Nitq mədəniyyəti, problemi daha çox dil və bununla bağlı elmlər (ümumi dilçilik, dil tarixi, müasir dil və s.) və ədəbiyyatşünaslıqla bağlıdır.

Dil qanunlarını öyrənmək birinci növbədə dilçiliyin vəzifəsidir. Dilçilikdən dərs deyən müəllim ilk növbədə tələbənin nitqindəki: dialektizmlərlə mübarizə aparmalıdır.

Ədəbi tələffüz, yüksək nitq mədəniyyəti normaları əbəbiyyat dərslərində daha böyük zərurət kəsb edir. Bədii nitqin estetik duyumu, onun ekspressiv siqləti, induktiv təsiri məhz onu yüksək ədəbi dillə çatdırmağı tələb edir.

Klassik ədəbiyyatımızdakı əruzun bütün bəhrlərini təfilələri üzrə düzgün mənimsəmədən klassik şeiri nə demək, nə də tədris etmək olar.

Şeirin xüsusiyyətlərindən, daxili məzmunundan, onun hansı auditoriyada deyilməsindən çox şey asılıdır. Burada şablondan istifadə etmək olmaz. Müəllim özü tələbənin nitq mədəniyyətinin formalaşmasında nümunə olmalıdır.

Müəllim nitqi mühazirə ilə seminarda, birinci kursla, beşinci kursda, milli auditoriya ilə qeyri-milli auditoriyada eyni ola bilməz.


Yüklə 159,07 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin