Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə45/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   41   42   43   44   45   46   47   48   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

8. Sual işarəsi: a) Bütün sual cümlələrinin sonunda: - Məşqə gedəcəksən? b) Elə sual cümlə tipləri vardır ki, onlar cavab almaq üçün deyil, nitqin təsirini artırmaq, dinləyicini düşünməyə vadar etmək məqsədi daşıyır: - Vətən və ana. Bu iki sözdən şirin və müqəddəs nə var dünyada? Vətənim verdi mənə nanü-nəmək, Vətəni, məncə, unutmaq nə demək? (A.Səhhət). Varlığa nə darlıq? Ritorik və ya bədii suallar nitqin üslubi rəngarəngliyini artıran vasitədir. Bədii üslubda sual cümləsi məlumat almaq üçün işlədilmir. Sənətkar kimdənsə nəyisə öyrənmək üçün yox, öz fikrini daha emosional, daha təsirli etmək üçün sual cümlələrindən istifadə edir. Əsl həqiqətdə ritorik sual xüsusi nitq üsuludur. Sual forması cümlə şəklində tələb edir ki, fikir qəti şəkildə ya təsdiq, ya da inkar edilsin.
9. Nida işarəsi: a) Nida cümlələrinin sonunda: - Yaşasın müstəqil Azərbaycan! b) Hiss-həyəcanla deyilən xitablardan sonra: -Vaqif! Ey tacidarım! Xuraman, Xuraman! Gör nəyin xəyalındasan! c) Bəli, xeyr, yox, çox gözəl kimi təsdiq və ya inkar bildirən sözlərdən sonra: - Çox gözəl, çox gözəl! Razıyam, inan! Nida cümlələri danışanın məqsədinə uyğun məna çaları yaradır, nitqin ekspressivliyini, emosionallığını artırır. Nidalar müxtəlif hissi halları ifadə edərək fərqli intonasiyalarla söylənilir: - Pəh, pəh! Əcəb söz eşitdik! Ay belə xoş gəlibsən, səfa gətiribsən! Ah, sən nə dəhşətli adamsan! Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah! (M.Ə.Sabir)


MÖVZU 18
AZƏRBAYCAN DİLİNİN FUNKSİONAL ÜSLUBLARI:
BƏDİİ ÜSLUB

Mükəmməl nitq təkcə ədəbi dilin normalarına yüksək səviy­yədə riayət etməklə formalaşmır. Bunun üçün nitq formaca olduğu kimi, mahiyyət etibarilə də gözəl olmalıdır. Nitqin məz­munca aydın, yığcam, sadə olması onun estetik gözəlliyinə doğru atılmış bir addımdır. Lakin bu addımı daha ölçüb-biçmək və konkretləşdirmək məqsədilə nitqimizə dinləyiciyə xoş təsir göstərən, zərif və zövqverici söz və ifadələr seçməyi bacarmalıyıq. Elə sözlər tapıb işlətməliyik ki, o, müsahibdə xoş duyğu yaratsın, onun ürəyinə yol tapsın, hissini təlatümə gətirsin.


Ancaq nitqdə bu cür sözləri tapıb onu ünsiyyətə tətbiq et­mək düşündüyümüz qədər də asan iş deyildir. Bu, gərgin düşüncə əziyyəti tələb edir. Buna obrazlı dildə “söz tapmaq əzabı”da deyilir. Böyük söz sənətkarı dahi Füzuli bu barədə divanının müqəddiməsində demişdir: “Bağrımın qanı ilə yazıb ərsəyə gətirdiyim əsərlərim üzərində işləyərkən bəzən elə olub ki, bir sözü tapmaq üçün bir gecə sadəcə düşünmü­şəm”.
Yaxşı nitq o nitqə deyilir ki, orada işlənən sözlər çatdırı­lacaq fikir üçün münasib və müvafiq olsun. Yaxşı nitq anla­yışının tətbiqi üçün vacib mənbə, əsas baza üslubiyyatdır.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin