Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari


Bədii üslubda bədii təsvir və ifadə vasitələri sistemi fəaliy­yət göstərir ki, bunların əsas məqsədi obrazlılıq yaratmaqdır



Yüklə 264,25 Kb.
səhifə48/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   44   45   46   47   48   49   50   51   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Bədii üslubda bədii təsvir və ifadə vasitələri sistemi fəaliy­yət göstərir ki, bunların əsas məqsədi obrazlılıq yaratmaqdır.
Söz və ifadələr əsl mənası ilə yanaşı, məcazi mənada da iş­lədilir. Məcazi mənanın təsir gücünü artırmaq üçün bir sıra priyomlardan istifadə edilir və beləliklə, məcazın iki növü yaranır:
I Bədii təsvir vasitələri:
a) Təşbeh (bənzətmə) bu, məcazın ən sadə növüdür. Təs­vir zamanı iki obyekt qarşılaşdırılır, oxşar cəhətlərdən biri, yaxud bir neçəsi əsas götürülür. Əlaməti zəif olan obyekt əlaməti güclü, qabarıq olan obyektə bənzədilir. Kimi, təki, tək, qədər qoşmaları bənzəyənlə bənzədilən arasında eyniyyət yaranmasına imkan vermir. Məsələn: Yerdən ayağını quş kimi üzub, ox kimi süzüb...
(S.Vurğun)

Şamların belindən aşan buludlar,


Yun kimi süzülüb daraqdan keçir.
(H.Hüseynzadə)
b) Epitet (bədii təyin) Buna “obrazlı təyin”, “əlavə tə­yin”də deyilir. Təsvir obyektinin zahiri və ya daxili əlamət­lə­rini açarkən-bədii portret yaradarkən daha təsirli olur. Klassik ədəbiyyatda gözəl üçün işlədilən “gül üzlü”, “sərv boylu”, “ahu baxışlı”, “qələm qaşlı” və s. kimi ifadələr epitetdir. Məsələn:
Xalqımızın, dağ cüssəli, qartal baxışlı, qar saçlı övladları nə qədər bir-birinə bənzəyirlər.
(Ə.Muğanlı)
c) MetaforaYunanca “köçürmə” mənasını bildirən metafo­ra bənzətməyə çox yaxındır. Çünki qarşılaşdırılan tərəflərin biri və köməkçi vasitələr atılır. Əsil əlamət isə saxlanılır. Məsələn:

Yollar kənarında güllər əkilsin,


Nəğmələr bəzəsin vətən mülkünü,
Mən də qoca vaxtı görüm o günü.
(S.Vurğun)
ç) Metonimiya yunanca mənası “ad dəyişmə” deməkdir. Müxtəlif daxili əlaqələr nəticəsində bir anlayışı bildirən əsil söz, yaxud ifadə işlədilmir. Həmin anlayış başqa sözlə, ifadə ilə verilir. Məsələn;
Əzəl başdan düşmənimdir, üzü murdar qaranlıq,
Hər torpağın öz eşqi var, hər millətin öz adı

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin