Mövzu 4. İşgüzar kommunikasiyanın təşkili İşgüzar kommunikasiya. İşgüzar kommunikasiya fərdlərarası əlaqələrin qurulması və inkişafına xidmət edən sosial hadisə kimi. İşgüzar kommunikasiyanın məqsəd, məzmun və funksiyası. İşgüzar kommunikasiyada davranış tipləri: İmperativ davranış, manipulyasiya, dialoq. İmperativ kommunikasiya tərəfdaşın davranış və hərəkətlərinə nəzarət edərək onu müəyyən qərarlar qəbul etməyə məcbur buraxacaq avtoritar ünsiyyət forması kimi. Manipulyasiya isə müəyyən bir gizli niyyəti həyata keçirmək naminə tərəfdaşa təsir etmək üsuludur. Dialoq ikitərəfli ünsiyyətdir. Hər davranış tipinə uyğun söz və ifadələrin seçilməsinin əhəmiyyəti. İşgüzar kommunikasiyada maneələr: fonetik, üslubi, məntiqi və s.
Mövzu 5. İşgüzar kommunikasiyanın formaları: Şifahi işgüzar kommunikasiya İşgüzar kommunikasiyanın müasir innovativ formaları: Təqdimat özünüifadənin xüsusi forması kimi. Təqdimat hazırlamaq üşün ilkin şərtlər.
Diskussiya (latinca discussio - baxılma, araşdırılma) hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir. Diskussiyada dəlillərin ortaya qoyulması amili.
Debat və onun aparılma qaydaları. Debatların təşkilində mövzunun düzgün seçilməsi. “Dəyirmi masa” müəyyən problemlərin birbaşa müzakirəsi üçün iştirakçıların bir araya gəldiyi daha geniş miqyaslı toplantı kimi. İşgüzar kommunikasiyanın bir forması kimi “Dəyirmi masa”nın xarakterik xüsusiyyətləri. İşgüzar kommunikasiyanın daha geniş formaları: İşgüzar söhbət. İşgüzar söhbəti digər kommunikasiya formalarından fərqləndirən əsas amillər. İşgüzar söhbətin məqsəd və məzmun baxımından növləri: işə qəbul, işdən çıxarılma, inzibati söhbətlər və s.
İşgüzar görüş. İşgüzar görüşün təşkili və aparılma qaydaları. İşgüzar görüşləri uğurla yekunlaşdırmaq üçün əsas şərtlər. İşgüzar görüşlərin əsas mərhələləri: 1)söhbətin başlanğıcı; 2)məlumat ötürülməsi; 3)mübahisə; 4)həmsöhbətin dəlillərinin təkzib edilməsi; 5) qərar vermə.
Mövzu 6. Yazılı işgüzar kommunikasiya Sənədlər yazılı işgüzar kommunikasiyanın tərkib hissəsi kimi. Rəsmi-işgüzar üslubda istifadə olunan sənədlərin növləri: diplomatik sənədlər. Diplomatik sənədlərin səciyyəvi cəhətləri. Diplomatik sənədlərin dili. Rəsmi sənədlərin xarakteristikası və dil xüsusiyyətləri. İşgüzar sənədlərin hazırlanma qaydaları. İstənilən rəsmi və işgüzar sənədlərin hazırlanmasında standartlaşdırma, unifikasiya və trafaretləşdirmə prinsipləri. Sənədlərin dil xüsusiyyətləri. İşgüzar və rəsmi sənəd nümunələri üzərində iş.