yarandıqdan sonra onun elmi cəmiyyət tərəfindən müzakirə edilərək qəbul olunması,
tətbiq edilərək dəfələrlə sınanması da prosesin tərkib hissəsidir.
Elmi nəzəriyyələr fəaliyyət və təyinat xarakterinə görə bir sıra funksiyaları yerinə
yetirir:
1.Təsviredici;
2.İzahedici;
3.Proqnozlaşdırıcı;
4.Metodoloji
Elmi
nəzəriyyə müəyyən bir sahə, anlayışla bağlı əlaqə və qanunauyğunluqları
bütövlükdə təqdim etməyə imkan verən ifadələr toplusu olmaqla mövcud biliklərin
təşkilinin ən yüksək inkişaf etmiş formasıdır. Nəzəriyyə, ilk növbədə alınan bilikləri
sistemləşdirməli, aydın ardıcıllıqla qurmalıdır. Bütün faktlar,
prinsiplər, qanun və
qanunauyğunluqlar inteqral biliklər sistemində təqdim edilməlidir. Bütün bunları
elmi nəzəriyyənin təsviredici funksiyası yerinə yetirir.
Əldə olunan nəticələri, yeni formalaşdırılmış prinsipləri, eksperimental faktları, və
s. əvvəl məlum olanlarla müqayisəli şəkildə analiz edərək təqdim etmək isə elmi
nəzəriyyənin izahedici funksiyasına aiddir.
Üçüncü, proqnozlaşdırıcı funksiya ilk iki funksiya əsasında
qurularaq gələcək
haqqında təsəvvür yaratdığı üçün mühüm əhəmiyyət kəsb edir. Proqnozların düzgün
hesablanması prioritetləri təyin edərək daha perspektiv sahələrə diqqət yetitmək
imkanı yaradır.
Nəhayət, nəzəri prinsip və qanunauyğunluqlar əsasında elmi-tədqiqat fəaliyyətinin
metod və üsulları formalaşır. Unutmaq lazım
deyil ki, fundamental nəzəriyyələr
tədqiqatçıların dünyagörüşünü, elmin metodologiyasını dəyişməklə bərabər, bəzən
bütün dünyanı yenidən qurur.
Dostları ilə paylaş: