Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş


Azərbaycan dili və onun ünsiyyət imkanları. Azərbaycan



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə2/78
tarix11.11.2023
ölçüsü3,06 Mb.
#131759
1   2   3   4   5   6   7   8   9   ...   78
Sofiya m

Azərbaycan dili və onun ünsiyyət imkanları. Azərbaycan 
ədəbi dilinin inkişaf mərhələləri 
Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili, 50 milyona yaxın 
azərbaycanlının ana dili, ünsiyyət vasitəsidir. Dünyanın bir çox ölkələrində yaşayan 
azərbaycanlılar bir-biriləri ilə ana dilində danışır, ünsiyyət qururlar. 
Azərbaycan dili uzun inkişaf yolu keçmiş, bu dildə dünya ədəbiyyatı və 
mədəniyyətinə çoxsaylı sənət nümunələri bəxş edilmişdir. Müasir Azərbaycan 
dilinin semantik və qrammatik normaları istənilən funksional üslubda ünsiyyət 
qurmağa, gözəl danışmaq və ifadəli yazmağa imkan verir. Dünyanın istənilən 
dilindən tərcümə etmək üçün Azərbaycan dilinin zəngin leksik bazası və lüğət fondu 
mövcuddur. 
Bütün dillər iki prinsip əsasında təsnif edilir: genealoji və tipoloji. Genealoji təsnif 
dillərin soykökü, qohumluq dərəcəsinnə görə, tipoloji təsnif isə qrammatik, əsasən 
də morfoloji strukturuna əsasən aparılır. Azərbaycan dili genetik baxımdan türk 
dilləri ailəsinə mənsubdur. Lakin daha geniş rakursdan Azərbaycan dilinin 
söykökünü belə təqdim etmək mümkündür: 
Ural-
Altay dil ailəsi
Ural
fin
macar
Altay
türk
monqol
Tunqus-
mancur
Yapon, 
koreya


Cədvəldən də göründüyü kimi, bəzi türkoloqlar Ural və Altay dillərini də qohum 
hesab edirlər. Lakin əksəriyyət türk dillərinin tarixini Altay dövrü ilə başlayır. Türk 
dillərinin ən qədim mərhələsi hesab edilən Altay dövründə ümumi Altay dilinin 
zamanla parçalanması nəticəsində türk, monqol, tunqus və mancur dilləri əmələ 
gəlmişdir. 
Qədim türk dili bütün müasir türk dillərinin, o cümlədən də Azərbaycan dilinin 
əcdadıdır. Qədim türk dilinin tədqiqi göstərir ki, müasir türk dillərinin leksik və 
qrammatik quruluşu öz mənbəyini bu dildən almışdır. Qədim türk dili (türki) uzun 
zaman əcdad babalarımızın ortaq istifadəsindən sonra I minilliyin sonu II minilliyin 
əvvəllərində oğuz, qıpçaq və karluk türkcələrinə bölünmüşdür.
Azərbaycan dili tipoloji cəhətdən isə iltisaqi (elmi ədəbiyyatda daha çox 
“aqlütinativ” terminindən istifadə olunur) dillərə aiddir. Ümumiyyətlə, tipoloji 
cəhətdən dillər 4 qrupa bölünür: 
1.Amorf (kök) dillər – Çin dili; 
2.Aqlütinativ dillər – türk dilləri, monqol, macar, mari, fin-uqor dilləri; 
3.Flektiv dillər – ingilis, fransız, rus, alman, ərəb, fars və s. 
4.İnkorporlaşan dillər – Amerika hindularının dili. 
Qədim 
türk dili 
Oğuz
Türk dili
Azərbaycan 
dili
Qaqauz dili
Türkmən dili
Qıpçaq
Bulqar
Karluk-
uyğur
Uyğur
-
oğuz


Aqlütinativ dillərin, o cümlədən Azərbaycan dilinin əsas qrammatik xüsusiyyətləri 
bunlardır: 
1. Aqlütinativ dillərdə sözlər asanlıqla kök və şəkilçiyə ayrılır. Bu dillərdə söz 
kökünün leksik mənası olur. 
2. Aqlütinativ dillərdə şəkilçi yalnız sözün sonuna əlavə edilıir: dağda, dağlar, 
dağdakı və s. Flektiv dillərdə təsadüf etdiyimiz prefiks və infikslərə bu dillərdə rast 
gəlmək mümkün deyil. Dilimizdə işlənən “bivəfa”, “nainsaf”, “biqeyrət” kimi 
sözlərin ön şəkilçiləri ərəb-fars mənşəlidir. 
3. Aqlütinativ dillərdə vurğu sözün sonuncu hecasına, sözə şəkilçi artırıldıqda isə 
vurğu əsasən şəkilçinin üzərinə düşür. 
4.Aqlütinativ dillərdə cins kateqoriyası yoxdur. Yalnız bioloji cinsi ifadə etmək üçün 
leksik (ana-ata, bacı-qardaş, toyuq-xoruz və s.), morfoloji (müəllim-müəllimə, şair-
şairə və s.) üsullar mövcuddur. 

Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin